Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə23/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   19   20   21   22   23   24   25   26   ...   357

Menecmentin mərhələləri və elmi məktəbləri 

xətti  təşkiletmə  üzərində  birbaşa  nəzarət  qoyaraq  planlaşdırma  və 

qərarqah  tövsiyyələrinə  əsaslanan  idarəetmə  ştatını  irəli  sürmüşdü  və 

o,hesab  edirdi  ki,təkbaşçılıq  və  kollegialığın  bu  prinsipi  mənfi 

nəticələrdən  qaçmaq  şansı  verir.  H.Emerson  hesab  edirdi  ki,  işgüzar 

təşkilatlarm əvvəlki, dövrü hərbi təşkilatlar tipinə uyğun idi. Lakin belə 

təmayül  müasir  təşkilatların  məqsədlərinə  uyğun  deyil.  Çünki 

təşkilatların hərbi tipi öz mahiyyətinə görə qeyri-məhsuldardır. 

Məhsuldarlıq  dedikdə  çox  vaxtı  qüv>/ənin  həddindən  artıq 

gərginləşməsi başa düşülür. H.Emersona görə bu tamamilə başqa cürdür. 

«Gərgin  işləmək  maksimal  səylərini  qoymaqdan  ibarətdir;  məhsuldar 

işləmək isə işə minimal səylər etməkdən ibarətdir». Gərginlik prinsipinə 

əməyin işəmuzd ödənilməsi aiddir, əksinə hasilatın normalaşdırılması və 

mükafat sistemi məhsuldarlıq prinsipi üzərində qurulmuşdur. Məhsuldar 

əməyin təşkilinin əsas vəzifəsi «insanın 

mexaniki  enerji  üzərindəki 

hakimiyyətini 

genişləndirməkdən ibarətdir». 

Amerikan  meneceri  R.Robbidə  (1864-1929)  eyni  fikirləri  qeyd 

edirdi. 1910-cu ildə o «Təşkiletmə üzrə mühazirələrini» çap etdirmişdir. 

Ümumi fikrə əsasən kamil təşkilat ordu ilə eyniləşdirilir. İnsanların rota 

və alaylara bölücüsü səlahiyyətlərin və öhdəliklərin dəqiq bölgüsü, sərt 

nizam-intizam,  əmrlərin  dəqiq  icrasını  təmin  edərək  digər  təşkilatların 

yaradılması  üçün  bir  nümunə  olmuşdur.  Adətən,  gündəlik  ünsiyyətdə 

«sənayenin  kapitanları»,  «Sənaye  ordusu»  kimi  aniayıcılardan  istifadə 

olunur.  R.Robbun  ideyalarına  əsasən  hərbi  təşkilat  öz  mtizamı, 

nizamnamələrin sərtliyi, məsuliyyət və tabeçiliyin səmərəliliyi ilə digər 

təşkilatlara  çox  kömək  etmişdir.  Çünki 



0

  böyük  kütlələrlə  münasibət 

yaratmaq və idarəetməklə çox əlaqədardır. Lakin o digər tip təşkilatların 

qurulmasında  böyük  səhvlərə  gətirib  çıxarmışdır.  Çünki  bu  təşkilatlar 

özünü inkişaf və daxili motivasiyaya əsaslanır. Belə təşkilatlarda hərbi 

təşkilatın  xüsusiyyətləri  olan  rəhbərlik,  təşkilatdan  kənar  amillər  və 

sistemlər  üçün  məqsədlərin  qoyulması,  işlərin  ixtisaslaşdu*ılması  və 

müxtəlif  işlərin  koordinasiyası  üzərində  nəzarət  funksiyasının 

gücləndirilməsi  iqtisadi  səmərəsizliyə  və  resurslarm  qeyri-düzgün 

istifadə olunmasına səbəb olurdu. 

Bundan bir qədər sonra  Q.Xopf (1882-1949) tərəfindən optimal 

təşkilat  ideyası  irəli  sürülmüşdü.  «Menecment  və  optimum»  (1935) 

məqaləsində o qeyd edirdi ki,: «Optimum işgüzar təşkilatın inkişafının 

elə  bir  forması  kimi  müəyyən  edilə  bilər  ki,  ölçü,  maya  dəyəri,  insani 

qabiliyyətlər kimi amillər arasmda tarazlığı saxlaya və 

62 



Müxtəlif məktəblərin fərqləndiriltnəsi əsasında menecmentə yanaşmalar  _____________________  

biznesin  vəzifələrini  reallaşdırmağa  kömək  edər».  Optimal  şəraitin 

müəyyən  edilməsi,  əldə  edilməsi  və  saxlanılması  kimi  məsələ  bütün 

təşkilatlar  üçün  problemdir.  Bu  gün  vacib  məsələlərindən  olub 

«optimalogiya» elmi tərəfindən həll edilməlidir. Bu optimizm haqqında 

elm  olub  biznes  də  müxtəlif  amillərin  nisbətini  öyrənir.  Onun  əsas 

vəzifəsi  -  bütün  elmlərin,  texnikanın,  insani  fəaliyyətin  müxtəlif 

sferalarında 

proseslərin 

öyrəşməsi; 

onların 

müəssisənin 

xüsuçsiyyətlərinə  və  optimallığına  uyğun  təsnifləşdirilməsindən 

ibarətdir.  Xopf  menecmenetin  təkmilləşdirəcək  bir  sıra  təkliflər 

verilmişdir: 

o biznesim məqsəd və vəzifələrini aydın şəkildə təsvir edilməsi

o  operativ  fəaliyyət  və  nəticələrdən  asılı  olmayaraq  həyata 

keçirilən xarici siyasətin müəyyən edilməsi; 

o menecmentin vəzifələrini insanların başa düşülən səviyyəsində 

formalaşdırılması; 

o  inzibati  heyətin  qarşısına  qoyulmuş  vəzifələrin  icrasında 

səriştəli olan işçilərdən təşkil edilməsi

®  inzibati  qrupu  vəzifələrin  icrasının  dəqiqliyini  yoxlamağa 

imkan verən standartlarla təmin edilməsi; 

o  operativ  nəticələri  öyrənmək  və  onların  həyata  keçirilməsi 

istiqamətlərinin müəyyən edilməsi

o  təşkitlatda  müəyyən  edilmiş  qaydalara  əsasən  inzibati  qrupun 

bir-birini əvəz etmə templərinin tənzimlənməsi; 

o inzibatçıların məhsuldar imkanlarına münasibətdə yaş amilinin 

nəzərə alınması; 

o qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan verəcək təşkilatın 

optimal ölçülərinin müəyyən edilməsi. 

Menecment konsepsiyalarının formalaşmasına ingilis alimi Oliver 

Şeldon  (1894-1951)  ciddi  təsir  etmişdir.  «İdarəetmə  fəlsəfəsi»  (1923) 

kitabında menecmentin etik tərəfini qeyd edirdi və ona aid məsuliyyəti 

açıqlayırdı: «Sənaye - maşın və texniki proseslərin məcmusu deyil; bu 

insanların  məcmusudur.  Bu  əşyaların  məcmusu  deyil,  insanlığın 

məcmusudur».  Şeldona  əsasən  menecmentin  fəlsəfəsini  hazırlamaq 

lazımdır,  yəni  elmi  əsaslandırılmış  və gündəlik qəbul  edilən prinsiplər 

formalaşdırmaq  və  onlardan  gündəlik  fəaliyyətdə  istifadə  etmək  üçün 

hər bir menecer idarəetmə fəlsəfəsinin üç prinsipini qavramalıdır: 

- sənaye siyasəti, şərtləri və metodları cəmiyyətin maddi 

63 



Menecmentin mərhələləri və elmi məktəbləri 

rifahının inkişafına kömək etməlidir; 

-

 

menecment  ali  cəmi)^ətin  mənəvi  öhdəliklərini  sosial  ədalət 



baxımından konkret hallara uyğunlaşdırmalıdır; 

-

 



menecment  etik  sosial  ədalətin  prinsip  və  standartlarının  ali 

səviyyəyə qaldırılmasma təşəbbüs göstərməlidir. 

Bu prinsiplərin tətbiqi zamanı menecer həm texnoloji effektivlik, 

həm  də  sosial  effektivlik  kimi  aspektləri  təhlil  edir.  Onlar  isə  əməyin 

tədqiqi və insani imkanların inkişafı ilə əlaqədardır. 

Ümumi  formada  O,  Şeldonun  menecment  fəlsəfəsi  aşağıdakı 

müddəalara əsaslanır. 

1.

 



Sənaye, cəmiyyətin maddi rifahının vacib elementi olan əmtəə 

və xidmətlərin istehsalı üçün mövcuddur; 

2.

 

Sənaye  menecmenti  kollektivə  xidmətlər  göstərilməsinə 



əsaslanan prinsipləri rəhbər tutmalıdır; 

3.

 



Sənayenin bir hissəsi kimi menecment kapitaldan ayrılmışdır 

və üç hissədən ibarətdir: müdriyyət, menecment və təşkilat. 

4.

 

Nə  qədər  ki,  sənaye  hələlik  iqtisadi  şərtlərə  əsaslanır 



menecment  həm  insani,  həm  maddi  amillərin  səmərəliliyinin  inkişafı 

vasitəsilə məqsədlərə nail olmalıdır; 

5.

 

Bu  effektlik  idarəetmədə  elmdən  istifadə  edilməsinə  və 



sənayedə insan resurslarınm inkişafına əsasən təmin edilir 

6.

 



Səmərəlilik  tiəşkilatın  strukturadan  asılıdır.  Bu  struktur  işin 

dəqiq təhlilindən və lazımi vasitələrin müəyyən edilməsinə əsaslanır. 

7.

 

Menecmentdə  elmi  metodlardan  istifadə  aşağıdakılara 



əsaslanır: 

 



tədqiqat və ölçmələrdən menecmentin qəbul etdiyi və nəzarətdə 

saxladığı bütün proseslərdə istifadə edilməsi; 

 

bir  işi  vaxtının  hər  bir  hissəsinin  hazırlanması  və  təcrübi 



istifadəsi; 

 



arzu olunan nəticələrin  müəyyən edilməsi və əsaslandırılması 

üçün əmək xərclərinin təyini

 

bu  standartların  daha  səmərəli  istehsal  və  menecment 



metodlarının təhlili üçün institutlaşdırılması. 

8.

 



Menecmentin  məsuliyyəti,  siyasəti  istehsalm  insani  amilinə 

diqqət tələb edir; işçiyə bir fərd kimi münasibətə isə aşağıdakı qaydalara 

riayət etmək lazımdır: 

 



işçilər əmək şəraitinə aid məsələlər həllində iştirak edirdilər; 

 



işçilərin sivil ^cəmiyyətə aid həyat səvij^əsi təmin edilir

 



ona şəxsi inkişaf üçün daha çox asudə vaxt verilir; 

64 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə