Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə19/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   15   16   17   18   19   20   21   22   ...   357

Menecmentin mərhələləri və elmi məktəbləri 

Sənaye  menecmentinin  nəzəriyyəsinin  inkişafı  üçün  əsas 

başlanğıc  Amerikanm  peşəkar  menecment  ensiklopediyasının 

müəlliflərinə  görə  1886-cı  ildə  «Yel  end  Taun»  manufakturasının 

prezidenti  Q.Taun  (1844-1929)  Amerikanm  mühəndis-mexaniklərinin 

mühəndis  cəmiyyətində  (ASME)  «Mühəndis  bir  iqtisadçı  kimi» 

hesabatını təklif edəndən sonra başlandı. Bu hesabatda o ilk dəfə olaraq 

menecmentin  müstəqil elmi  bilik  və peşəkar ixtisaslaşma kimi  təqdim 

edir  və  onun  praktik  əhəmiyyətinə  görə  mühəndis  əməyinə  bərabər 

hesab  edir.  Taun  təsdiq  edirdi  ki,:  menecment  öz  predmetinə, 

ədəbiyyatına  və  assosasiyalarma  malik  bir  elm  kimi  fərqlənməlidir. 

Çünki,  məhz  bu  halda  sahibkarlar  və  menecerlər  birgə  təcrübədən 

faydalana biləcəklər. 

Menecmentin  öyrənilməsinin  əsası  ilk  fabrikləri  və  firmaları 

idarəedənlər tərəfindən qoyulmuşdur. Lakin menecment firmanın uğuru 

və uğursuzluğunun əsası kimi qəbul edilmirdi. Bu o vaxta qədər davam 

etdi  ki,  eyni  problemlərə  malik  olan  çoxlu  müəssisələr  yarandı  və  bu 

müəssisələrdə  işgüzar  inzibatçılıq  xüsusi  sənətə  və  məşğuliyyətə 

çevrildi. 

Menecmentin  pionerləri  sırasında  Hyuqo  Myuntserbcrq  (1863- 

1916)  fərqləndirmək  lazımdır.  O  sənaye  psixologiyasının  əsasını 

qoyanlardan biri idi. Onun «Psixologiya və sənaye effektivliyi» (1913) 

və «Biznesin psixologiyası» (1918) kitabları çox məşhur idi. 

Sənave  menecmenti  istehsal  prosesində  təşkilati-idarəetmə 

problemlərinin çəkisinin artması ilə əlaqədar idi. Onun ilk vəzifələrindən 

biri işçilərin əməyinin yüksək məhsuldarlığını təmin etməkdən ibarət idi. 

Bunun üçün işçilərdən qətiyyətlə  icra qayda- qanunlarına əməl etmək, 

peşəkar  mədəniyyətə,  malik  olmaq,  vəzifə  öhdəliklərini  vaxtında  və 

səliqəli  icra  etmək  tələb  olunurdu.  Bununla  yanaşı  menecment  öz 

inkişafmm, ilk dövrlərində ənənəvi avtoritar rəhbərlik üslubuna (işçilərlə 

sərt  davranmaq  və  sair)  yaxm  idi.  Ümumilikdə  menecment  o  dövrdə 

idarəetmənin  güc  metodlarmdan,  cərimə  və  cəzalandırmadan  əməyin 

tənzimləyicisi  kimi  çox  istifadə  edirdi.  Bu  mərhələdə  əməyə  nəzarət 

prinsipindən onun rasional təşkili (elmi əsaslarla təşkili) prinsipinə keçid 

oldu.  Lakin  bütövlükdə  menecment  öz  səylərinin,  diqqətini  xarici 

nəzarətdən idarəetməyə keçirməmişdi. 

Elmi menecment məktəbi bütün dünyada XX əsrin əvvəllərində 

«elmi menecment» və ya «əməyin elmi təşkili» kimi tanınmışdu-. Elmi 

menecment F.U.Teylorun, Frenk və Lili Cilbertlərin, Henri Qantin elmi 

tədqiqatları ilə sıx əlaqədardır. Elmi menejment 52 




Müxtəlif məktəblərin fergləndirilməsi əsasında menecmentə yanaşmalar  _____________________  

məktəbinin bu yaradıcılan hesab edirdilər ki, müşahidə, ölçü, məntiq və 

təhlildən  istifadə  edərək  əl  əməyinin  çoxlu  əməliyyatlarmı 

təkmilləşdirmək  olar  ki,  bu  işlər  daha  səmərəli  icra  olsunlar.  Elmi 

menecmentin  metodologiyasmm  ilkin  mərhələsi  əməyin  məzmunun 

təhlili və onun əsas komponentlərinin müəyyən edilməsi olmuşdur. Belə 

ki, Teylor işçinin müxtəlif ölçülü bellər vasitəsilə qaldıra biləcəyi dəmir 

və kömürü ölçərək müəyyən etmişdir ki, götürmə qabiliyyəti 21 funt (8,6 

kq) olan beldən istifadə etməklə ən maksimal nəticələrə nail olmaq olar. 

Cilbertlər  isə  mikroxronometr  adlana  cihaz  yaratdılar.  Onlar  onu 

kinokamera  ilə  birlikdə  istifadə  edirdilər  və  dəqiq  müəyyən  etməyə 

çalışırdılar  ki,  hansı  hərəkətlər  nə  qədər  vaxta  icra  olunur.  Əldə  edilən 

informasiyaya əsasən onlar iş əməliyyatlarmı dəyişir və səmərəsiz olan 

artıq hərəkətləri ləğv edirdilər. 

Elmi  menecment  insani  amili  inkar  etmirdi.  Bu  məktəbin  əsas 

nailiyyətlərindən biri ondan ibarət olmuşdur ki, sistematik stimullaşdırma 

vasitəsilə  işçinin  əmək  məhsuldarlığmın  və  istehsal  həcminin  artırmaq 

olar.  Bundan  başqa  istehsalatda  kiçik  istirahətlər  və  fasilələr  nəzərdə 

tutulurdu  ki,  proses  bərpa  olunsun.  Bu  rəhbərliyə  icra  oluna  biləcək 

istehsal normalarmı müəyyən etməyə və artıq nəticələrə nail olanlara isə 

əlavə  imkan  verməyə  şərait  yaradırdı  və  əksinə.  Bu  yanaşmada  əsas 

element ondan ibarət idi ki, əlavə iş nəticələri əlavə maaşla tərtib edilirdi. 

Elmi menecment məktəbinin nümayəndələri işə intelektual və fiziki qrup 

olan  işçilərin  seçilməsi  idi  və  eyni  zamanda  öyrənmədə  vacib  hesab 

olunurdu. 

Elmi idarəetmə planlaşdırma kimi idarəetmə funksiyasını praktik 

olaraq  yerinə  yetirilən  işlərdən  ayırmağı  tələb  edirdi.  Teylor  və  onun 

müasirləri belə hesab edirdilər ki, idarəetmə üzrə iş ayrıca bir ixtisasdır və 

bu  cür  mütəxəssisləri  olan  təşkilat  daha  uğurla  işləyəcəkdir.  Bu  qrup 

insanlar daha uğurla yerinə yetirə biləcəkləri fəaliyyətə istiqamətləndikdə 

daha çox uduş əldə edəcəklər. Bu yanaşma köhnə sistemdə işçilərin öz 

işini planlaşdırmasına yanaşmalanndan fərqli idi. 

Elmi  menecmentin  konsepsiyası  menecmentin  əsas  inkişaf 

mərhələlərindən  biri  olaraq  onu  müstəqil  elmi-tədqiqat  sahəsi  kimi 

yaymağa başladı. İlk dəfə olaraq rəhbər-praktiklər və alimlər gördülər ki, 

elm  və  texnikada  istifadə  olunan  metodlardan  və  yanaşmalardan 

təşkilatın məqsədlərinə çatmasında istifadə oluna bilər. 

Əvvəl qeyd olunduğu kimi bu məktəbin banisi Uinston Frederik 

53 



Menecmentin mərhələləri və elmi məktəbləri 

Teylor  (1856-1915)  bütün  yeni  idarəetmənin  atası  oldu.  1878-ci  ildə 

Texnoloji  Universiteti  qurtardıqdan  sonra  Teylor  «Medveyl  Stil 

kompani»  metallurgiya  şirkətində  briqadirdən  zadov  mühəndisi 

vəzifəsinə  kimi  qalxdı.  1886-cı  ildə  o  Amerikanın  mühəndis- 

mexaniklərinin mühəndis cəmiyyətinə daxil olur və Q.Taunun çıxışına 

baxu"  və  o  buna  təsir  edir.  Teylor  metallurgiya  ilə  yanaşı  «işəmuzd 

sistemi»  (1895),  «Sex  menecmenti»  (1903),  «Elmi  menecmentin 

prinsipləri»  (1911)  kimi  kitabların  müəllifidir.  O  Filodelfiyada  dəfiı 

edilmişdir  və  məzar  daşında  «Elmi  menecmentin  atası»  sözləri 

yazılmışdır. 

Öz smaqları və elmi işləri ilə F.Teylor təsdiq etmək istəyirdi ki, 

onun  hazırladığı  əməyin  elmi  təşkili  metodları  və  onun  əsasında  da 

formalaşdırdığı  «elmi  menecmentin  prinsipləri»  müasir  istehsala  əsas 

inqilab  kimi  daxil  olacaq  və  köhnəlmiş  avtoritar  idarəetməni  rasional 

elmi yanaşmalarla əvəz edəcəkdir. Menecmentin taraxçiləri haqlı olaraq 

teylorizm fenomeninin Amerika mənşəli olduğunu qeyd edirdilər. Çünki 

o  zaman  kapitalizmin  proqresiv  inkişafı  məkrəzi  Avropadan  Şimali 

Amerikaya keçmişdi.. 

Teylor  öz  peşəkar  və  elmi  fəaliyyətinə  başlayan  zaman  işgüzar 

menecmentə ayrıca fəaliyyət sahəsi kimi diqqət yetirmirdi. Menecment o 

zaman  dəmir,  köynək  və  sair  məhsulların  istehsalının  təşkili  üzrə  sırf 

empirik  biliklər  kimi  qəbul  edilirdi.  Zavod  və  müəssisələrin 

idarəediciləri  səhv  və  yoxlama  metodu  ilə  təcrübədən  idarəetmə 

qabiliyyətlərini  öyrənirdilər.  Səriştəli  idarəedici  olmaq  üçün  xüsusi 

hazırlıq keçmək ideyası hələ heç kimin fikrində yox idi. Kor təbii surətdə 

formalaşmış  istehsal  üsulları  və  işlərin  aparılması  metodları  öz 

səmərəsizliyini  təsdiq  etdi.  Lakin  təcrübə  əsasında  formalaşmış 

id&rəetmə  metodları  digərlərinə  ötürülmürdü  və  elmi  tədqiqatın 

obyektindən kənar idi. 

İşçilərin istehsal tapşırıqları öz mühafizəkarlığı və yckcinsliyi ilə 

fərqlənirdi, onların yaradıcılıq və təşəbbüsü cari xeyirə qurban verilirdi. 

XX əsrin ilk illərində menecerlər öz xidmətlərinə tələbi hiss etdilər. Bu 

isə sənaye əməyinin səmərəliliyinin səviyyəsinin artırılması ilə əlaqədar 

idi.  Teylor  elmi  idarəetmənin  sənaye  əməyinin  sahəsinə  çevrilməsinə 

çox sevinirdi. Onun sistemi ondan ibarət idi ki, əmək icraçı və idarəedici 

əməyə  bölünməlidir.  İstehsalat  sistemində  hər  bir  işçi  müəyyən 

funksiyaya cavabdeh olmalıdır. Teylor yazırdı «Aydındırdı ki, - bir tip 

insan  əvvəlcə  işin  planını  hazırlamalı,  digər  tip  insan  isə  onu  icra 

etməlidir». 

Teylora görə inzibatçı sistem aşağıdakı vəzifələri icra etməlidir: 

54 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə