Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə18/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   14   15   16   17   18   19   20   21   ...   357

Menecmentin ilkin tarixi şərtləri 

VƏ bir elmi fənn kimi sistemləşdirilməsidir. İdarəetməyə ilk dəfə böyük 

maraq 1911-ci ildə özünü qabarıq şəkildə biruzə vermişdir. Məhz həmin 

dövrdə Frederik U.Teylor özünün «elmi idarəetmənin pinsipləri» kitabın 

nəşr etdirmişdir ki, bu da elmi idarə edilmənin və onun sərbəst tədqiqat 

sahəsi kimi qəbul edilməsinin başlanğıcı idi. Əlbəttə doğrudur ki, qarşıya 

qoyulmuş  məqsədlərə  effektiv  şəkildə  nail  olmaq  üçün  təşkilatın  elmi 

idarəedilməsi anlayışı qısa bir dövrdə yaranmamışdır. Bu konsepsiyanın 

inkişafı uzun bir dövrü əhatə edir (XIX əsrdən başlayaraq XX əsrin 20-ci 

illərinədək).  İdarəetməyə  ilkin  marağı,  İngiltərədə  başlamış  sənaye 

inqlabi  sürətləndirdi.  Lakin  idarəetmənin,  təşkilatın  inkişafı  və  uğur 

qazanmasma  əhəmiyyətli  tövhə  verməsi  haqqında  ideya  ilk  dəfə 

Amerikada yaranmışdır. İdarəetmənin elmi fənn kimi inkişafı, irəliləyişi 

təmin edən ardıcıl silsilə addımları özündə əks etdirmirdi. 

Daha doŞusu bu bir-birinə uyğun gələn bir neçə müxtəlif yanaşma 

idi. İdarəetmənin obyekti bu həm texnika, həm də insanlardır. İdarəetmə 

nəzəriyyəsindəki  müvəffəqiyyət  həmişə  idarəetmə  ilə  bağlı  olan 

riyaziyyat,  mühəndislik  elmləri,  psixologiya,  sosialogiya  və 

antropologiya  -  kimi  sahələrin  uğurundan  asılı  olmuşdur.  Bu  elm 

sahələrinin  inkişafı  dərəcəsindən  asılı  olaraq,  idarəetmə  sahəsindəki 

tədqiqatçılar, nəzəriyyəçilər və praktiklər təşkilatın uğuruna təsir edəcək 

amillər  haqqında  daha  çox  məlumat  əldə  edirdilər.  Bu  biliklər, 

mütəxəssislərə  daha  əvvəllər  yaranmış  nəzəriyyələrin  təcrübədə  tətbiq 

edilə bilməmtisi və idarəetməyə yeni yanaşmaların meydana çıxmasına 

kömək  etdi.  Dünyanın  sürətli  dəyişikliklər  meydanına  çevrilməsi, 

elmi-texniki yeniliklərin daha tez-tez baş verməsi və əhəmiyyətli olması 

səbəbindən,  hökumət  biznesə  münasibətdə  daha  əzmkarlıq  göstərməyə 

başladı. Bu və digər amillər idarəetmə fikrinin nümayəndələrini təşkilata 

münasibətdə xarici  mühiti nəzərə  almağa və  yeni  yanaşmaların işlənib 

hazırlanmasına məcbur etdi. 

Hal  hazırda  idarəetmə  nəzəriyyə  və  təcrübəsinin  inkişafını 

əhəmiyyətli  dərəcədə  təmin  edən  dörd  mühüm  yanaşma  məlumdur 

(aşağıdakı şəkildə gösətrilib.). 

İdarəetməyə müxtəlif məktəblərin mövqeyindən yanaşma olan, 5 

müxtəlif nöqteyi-nəzərdən elmi menecment məktəbi, inzibati idarəetmə, 

insan münasibətləri, davranış haqqında elm, həmçinin idarəetmə elmi və 

kəmiyyət metodları məktəbi mövqeyindən baxmağa imkan verir. 

49 



Menecmentin mərhələləri və elmi məktəbləri 

Zaman dövrü 

1885 1920 1930 1940 1950 1960 Cari dövr 

1.

 



İdarəetmə məktəbləri 

◄ -------  

1.1 .Elmi menecment məktəbi 

M

 -------  

1.2.

 

İnzibati məktəb



^

 

 



l.S.İnsan münasibətləri məktəbi  ........  <- 

1.4.


 

Davranış haqqında elmi məktəb  ---  

1.5.

 

Kəmiyyət metodları məktəbi < ... 



2.

 

Prosesli yanaşma 



3.

 

Sistemli yanaşma 



<— 

4.

 



Situasiyalı yanaşma 

<— 

Prosesli  yanaşma  idarəetməyə  idarəetmə  funksiyalarının  bir- 

birilə  qarşılıqlı  əlaqədə  olan  fasiləsiz  bir  seriyası  kimi  baxır.  Sistem 

yanaşmada  təşkilat  özündə  qarşılıqlı  əlaqədə  olan  elementlərin  - 

insanların,  strukturların  vəzifələrin  və  texnologiyaların  məcmusunu 

birləşdirir.  Bu  elementlər  dəyişən  xarici  mühit  şəraitində  müxtəlif 

məqsədlərə nail olunmasına istiqamətlənir. Situasiyalı yanaşma bu və ya 

digər  idarəetmə  metodunun  tətbiqini  situasiya  ilə  müəyyən  edildiyini 

nəzərdə  tutur.  Çünki,  həm  təşkilatın  daxilində,  həm  də  ondan  kənarda 

çoxlu  sayda  amillər  mövcuddur  və  bunların  hamısını  vahid  «yaxşı» 

üsulla idarəetmək mümkün deyildir. Ona görə də konkret situasiyada ən 

effektli metod həmin situasiyaya daha çox müvafiq gəlməlidir. 



§2. Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə 

yanaşmalar 

Menecmentin bir elm kimi təkamülü 100 ildən artıq deyil. İlk dəfə 

olaraq  elmi  əsaslarda  sənaye  istehsalının  təşkili  İngiltərədə  XIX  əsrdə 

artıq mövcud olmuşdur. «Bulton, Uott end Ko» London şirkətinin tökmə 

sexinin  mühəndis  xidməti  tərəfindən  hələ  1820-ci  illərdə  metal 

məhsulların axın üsulu ilə istehsalı xəttinin təşkili məqsədi üçün sexlərdə 

maşın  və  mexanizmlərin  rasional  yerləşdirilməsi  üzrə  elmi  tədqiqatlar 

keçirilirdi.  Bunun  üçün  bütün  istehsal  prosesi  ardıcıl  əməliyyatlar 

seriyasına  bölünürdü,  hər  bir  işçiyə  standartlaşdırılmış  funksiya 

tapşırılırdı,  iş  yerləri  isə  attestasiyadan  keçirildi.  Bu  attestasiya  ixtisar 

normativlərinə və funksional ixtisaslaşmaya - dəmirçi, təmir və sair görə 

aparılırdı. 

zamanlar sənaye istehsalının inkişafının əsas 



50

 



Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə yanaşmalar  ____________________   

problemlərindən biri əmtəə məhsullarının keyfiyyətinə nəzarət idi. Çünki 

məhsullar  qeyri  kondision  materiallardan  hazırlanırdı,  texnoloji 

prosedurlar gözlənilmirdi, bu isə eyni məhsulun istehlak keyfiyyətlərində 

«qayçı»  yaradırdı.  Təerübədə  real  həyata  keçirilən  standartlar  isə  ölçü, 

çəki və məhsulun inqridientlərinin təmizliyidir. Əmtəələrin keyfiyyətinə 

nəzarət onun istehlak keyfiyyətlərinin və xüsusiyyətlərinin istehlakçılar 

tərəfindən öyrənilməsi idi.  İstehsalın idarəedilməsi metodları  hələ ilkin 

inkişaf  mərhələsində  idi,  lakin  onların  bəziləri  sənayeçilər  tərəfindən 

artıq istifadə olunurdu. Çox az adam şübhə edirdi ki, işəmuzd əmək haqqı 

alan işçinin məhsuldarlığı, eyni işi saathesabı qaydasında yerinə yetirilən 

işçinin əməyindən daha məhsuldar olaeaqdır. 

XVIII

 

əsrin sonu XIX əsrin əvvəllərində istehsal vasitələrinin 



mülkiyyətçilərini  xalis  kapitalistlər  kimi  xarakterizə  etmək  çətin  idi. 

Onların çox hissəsi ticarətçi-man u fakturaçılar idilər və onlar istehsalın

 

təşkilinin  təkmilləşdirilməsi, 



məhsulun istehlak 

xüsusiyyətlərini artırılması və maya dəyərinin aşağı salınmasından daha 

çox istənilən yollarla məhsulun satışı maraqlandırırdı. Lakin sürətlənən 

rəqabət  amili  yeni  idar  >etmə  elminin  elementlərini  öyrənməyə  və 

onların praktik planlaşdırılmasına məcbur edirdi. Fabrik istehsal sistemi 

insanların əmək predmetlərinin və istehsal vasitələrinin vahid texnoloji 

və  iqtisadi  sistemdə  birləşməsinin  hesabına  yaranmışdırsa,  kapitalist 

müəssisələrinin  fəaliyyətinin  ilk  tədqiqatçıları  fabriklərin  istismarının 

texniki  iqtisadi  aspektləri  ilə  məşğul  idilər.  Bu  isə  təşkilati  idarəetmə 

.məsələlərindən çox uzaq idi. 

Artıq XIX əsrin birinci yarısında iqtisadçılar kapitalist istehsalında 

və  onun  effektiv  təşkilində  idarəedici  rolunun  əhəmiyyətini  başa 

düşməyə başladılar. 1935-cu ildə İngilis iqtisadçısı 

S.Nyumen qeyd edirdi ki: «Hal-hazırda bir insanın çox az malik olduğu 

keyfiyyətlərin  kombinasiyasına  malik  yaxşı  sahibkarlar  lazımdır.  O 

qabaqgörmə və hesab qabiliyyətlərinə malik olmalıdır ki, onun nəzərdə 

tutduğu  ideyaları  planlaşdıra  bilsin.  O  eyni  zamanda  planlarınm 

reallaşdırılması  üçün  qətiyyət  və  inadkarlığa  malik  olmalıdır.  Çox 

hallarda o insanların səylərinin idaəedilməsi və koordinasiyası üçün tələb 

olunur  və  bu  tapşırığın  icrası,  xarakterin  qətiyyəti  və  tarazlıq  üçün 

lazımdır. Bundan başqa istehsalın müxtəlif sahələrini uğurla idarəetmək 

üçün  bütövlükdə  dünya  haqqında  müxtəlif  əmək  və  məşğuliyyətlər 

haqqmda dəqiq biliklər lazımdır». 

XIX


 

əsrin  birinci  yarısı,  İngiltərə  və  ABŞ-da  menecment 

adlanacaq predmetin yaranması ilə əlaqədardır. 

51 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə