Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə15/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   11   12   13   14   15   16   17   18   ...   357

Menecmentin ilkin tarixi şərtləri 

cəmiyyətində  istehsalın  sənayeləşməsinin  daha  da  güclənməsi, 

idarəetmənin  spesifik  formalarına  və  iri  müəssisələrdə  işçilər  üzərində 

nəzarətə ehtiyac duyurdu. Bu şəraitdə idarəetmə məhsuldar  fəaliyyətin 

xüsusiyyətlərini əldə etdi ki, ondan kənarda ictimai istehsal fəaliyyətinin 

müəyyən dərəcədə ləğv edilməsi praktiki olaraq qeyri mümkündür. 

Bu şəkildə ehtiyaclar müəssisədə vahid inzibati əsasda ödənilirdi. 

Mülkiyyətin  artırılması  kapital  qoyuluşunun  həm  üzvi  həm  də  texniki 

çətinləşməsi  istehsal  vasitəri  sahiblərinin  öz  səlahiyyətlərinin  bir 

hissəsini  idarəetmə  heyətinin  yüksək  səviyyəli  ixtisaslaşmış  muzdlu 

işçilərinə-menecerlərə  verməyə  başladılar.  Sosial-iqtisadi  proseslərin 

təşkil edilməsi və idarə edilməsi sferasının peşəkarları kimi menecerlər 

müəssisədə sahibkarın istəyinin bələdçisi və icraçısı kimi çıxış edirlər. 

Belə ki, proseslərin gedişatında idarəetmə fəaliyyətinin ixtisaslaşması və 

peşəkarlaşması  nəticə etibarı ilə ayrıca bir funksiya  şəklində kapitalist 

mülkiyyətindən ayrılır. 

Bazar  iqtisadiyyatının  meydana  gəlməsi  və  təkmilləşdirilməsi 

müəssisələri  daha  uğurla  idarə  etmək  üçün  daha  yaxşı 

məlumatlandırılmış yaradıcı idarəedicilərin fəaliyyətində bir zəruriyyətə 

çevrildi.  Müasir  rəqabət  və  dəyişkən  xarici  mühitdə  menecerlər 

resurslardan  daha  yaxşı  istifadə  edilməsi  sahəsində  bilik  sisteminin 

daşıyıcılarıdırlar. 

Biznes dünyasında bütövlükdə qərarların qəbul edilməsinin 2 əsas 

tipi var: 

1.

 

Bazar vasitəsilə



2.

 

İerarxiya vasitəsilə. 



Bazar vasitəsilə qərarların qəbul edilməsi daha effektlidir. Lakin 

qərarların  qəbul  edilməsini  ierarxiya  vasitəsi  də  geniş  yayılmışdır,  öz 

təbiətinə görə bazar metodu bürokratiyanın dağıdıcısıdır və buna görə də 

hakimiyyət  ierarxiyasına,  qərarların  qəbulunda  bazar  modelinin  tətbiq 

edilməsi vasitələrini axtarıb tapmaq lazımdır. 

Tanınmış  menecment  tarixçisi  D.Ren  bazar  iqtisadiyyatmın 

fəaliyyəti  ilə  idarəetmənin  kapitalist  tipi  arasında  üzvi  bağlılığı  qeyd 

edirdi.  Bazar  iqtisadiyyatının  meydana  gəlməsi  və  təkmilləşməsi 

müəssisələrin daha yaxşı idarə edilməsi barədə yaxşı məlumatlandırılmış 

yaradıcı idarəedicilərin həyatında ehtiyaca çevrildi. 

Rəqabətlə, dəyişkən xarici mühitlə qarşı-qarşıya gələn 

41 



Menecmentin mərhələləri və elmi məktəbləri 

menecerlər  ehtiyatlann  daha  yaxşı  istifadə  edilməsi  haqqında  biliklər 

sistemini  təkmilləşdirdilər.  İnsanlar  öz  şəxsi  mənafeləri  haqqında 

düşünməyə  və  istənilən  rasional  inzibati  sistemə  uyğunlaşmağa 

başladılar. Müasir menecmentin meydana gəlməsi qərarların qəbulunun 

rasional  üsullarına  əsaslanır,  «Müəssisələr  artıq  bir  neçə  şəxsin 

şiltaqlığına uyğun işləyə bilmirdilər». 

Beləliklə,  istehsalın  sənayecə  təşkili  ilə  yanaşı  bazar 

münasibətlərinin  inkişafını  nəzərdə  tutan  formalaşmış  yetkin  bazara 

menecmentin  yaranmasının  mühüm  ilkin  şərti  kimi  baxmaq  lazımdır. 

İstənilən  idarəetmə  -  bu  təkcə  öz  dövrünün  idarəetməsi  deyil,  eyni 

zamanda  vaxt  prosesinin  idarə  edilməsidir.  B.Franklinin,  məşhur 

formulası  <  vaxt-pul»  (1748-ci  il)  onilliklər  ərzində  təsərrüfatçılıq  və 

təşəbbüskarlığın devizinə çevrilmişdir. 

Müasir menecment praktikasında aparıcı  kompaniyaların vaxtın 

idarə edilməsində istifadə etdikləri üsullar - istehsalatda, yeni məhsulun 

işlənib  hazırlanmasında,  tətbiqində,  satış  həcmində  -  yeni  rəqabət 

üstünlüyünün mənbəyi  kimi  çıxış  edir. Vaxtın səmərəli idarə edilməsi 

aparıcı Yapon kompaniyalarına nəinki istehsal xərclərini aşağı salmağa, 

eləcə də məhsulların geniş çeşidini təklif etməyə, daha çox bazar payının 

ələ  keçirilməsyə  və  öz  məhsullarının  texnoloji  mükəmməlliyini 

artırmağa  imkan  verdi.  Qədim  hərbi  stretaji  həqiqət  hələ  vaxtilə 

Klauzcvis  tərəfindən  belə  səslənirdi;  «Müharibə  nəzəriyyəsi  həlledici 

nöqtədə  material  vasitələri  və  üstünlükləri  necə  əldə  etmək  sualının 

tədqiqatı  ilə  məşğul  olur».  Müasir  iqtisadi  şəraitdə  eləcə  də 

təşkilati-iqtisadi  münasibətlərdə  məhz  vaxtla  uduş,  əsas  strateji 

üstünlüyə  çevrilir.  Beləliklə,  menecmentin  əsas  tarixi  ilkin  şərtləri 

təsərrüfatçılığın  bazar  tipinin  təşəkkül  tapması  istehsalın  sənayecə 

təşkilinin inkişafı, menecmentə vaxtın köməyi ilə keçiddən ibarətdir. 

Kiçik Kold St.Corcun «İdarəçilik fikrinin tarixi» (The History of 

Menegmant  Thought)  kitabının  «İdarəçilik  kontinuumu*»  adlı 

başlığında  eramızdan  5000  il  əvvəl  menecmentin  inkişafı  mərhələləri 

verilir.  Həmin  başlıqda  Şumerlərin  mixi  yazıları  kəşf  etməsindən 

başlayaraq  psixologiya  və  insan  davranışının  idarəetmədə  mühüm  yer 

tutmasına  qədər  XX  əsrin  50-ci  illərinədək  olan  bütün  hadisələrin 

qeydiyyatı aparılmışdır. 

Kontinuum - latıncadan continuum - proses və hadisələrin arasıkəsilməzliyi, 

fasiləsizliyi kimi tərcümə olunur 42 




Menecmentin ilkin tarixi şərtləri 

Cədvəl2.1 

illər

 

Fərd və ya etnik qruplar



 

Menecmentin inkişafına verilən əsas tövhələr

 

1

 



2

 

3



 

Bizim erayadək

 

5000


 

Şumerlər (Sumerians)

 

Yazılış, faktların qeydiyyatı



 

4000


 

Misirlilər (Egyztians)

 

Planlaşdırma,  təşkiletmə  və  nəzarətin  zəruriliyinin 



qəbul edilməsi

 

2700



 

Misirlilər (Egyztians)

 

«Düzgün  oyunun»  zəruriliyinin  qəbul  edilməsi. 



İnandırıcı müzakirələr «özünü rahat hiss et».

 

2600



 

Misirlilər (Egyztians)

 

İdarəetmənin dcsenüalizasiyası və təşkili



 

2000


 

Misirlilər (Egyztians'

 

Yazılı  sorğuların  zəruriliyinin  qəbul  edilməsi. 



«Qərargahın» tövsiyyələrindən istifadə

 

1800



 

Ilammurapi

 

(Hammurabi)



 

Şahid  və  yazılı  sənədlərin  nəzarət  üçün  istifadə 

olunması; minimal əmək haqqının müəyyən edilməsi; 

məsuliyyətdən  yayınmanın  yolverilməzliyinin  qəbul 

edilməsi

 

1600



 

Misirlilər (Egyztians)

 

İuaroetmənin mərkəzləşdirilməsi və təşkili



 

1491


 

Yəhudilər (Hebrews)

 

Təşkilciiıiə  konsepsiyası,  skalyar  prinsip,  istisna 



prinsipi

 

1100



 

Çinlilər (Chinese)

 

Təşkiletmənin 



planlaşdırmanın, 

rəhbərlik 

və 

nəzarətin zəruriliyinin qəbul edilməsi



 

600


 

Navuxodonsor

 

(Nebuchadnezzar)



 

İstehsala  nəzarət  və  əmək  haqqı  vasitəsilə 

stimullaşdırma

 

500



 

Mensius (Mencius) 

Çinlilər (Chinese) 

(Sun-Tszi)

 

Sistem  və  standartların  zəruriliyinin  qəbul  edilməsi. 



İxtisaslaşma 

prinsipinin 

qəbul 

edilməsi. 



Planlaşdırma, rəhbərlik və təşkiletmənin zəruriliyinin 

qəbul edilməsi.

 

400


 

Sokrat (Socrates)

 

Menecmentin 



universallığı 

prinsipinin 

formalaşdırılması

 

400



 

Ksenfont (Xenophon) Kir 

(Cyrus)

 

Məharətin  əsas  forması  kimi  menecmentin  qəbul 



edilməsi.  İnsanlar  arasında  əlaqənin,  motivasiya 

tədqiqatlarmın 

aparılmasının, 

materialların 

işlənməsinin  və  planların  tərtibinin  zəruriliyinin 

qəbul edilməsi.

 

350


 

Yunanlar (Greeks) Platon 

(Plato)

 

Elmi metodlardan istifadə. Əmək metodlarının \ > iş 



ahənginin öyrənilməsi. İxtisaslaşma prinsipir 

formalaşdırılması

 

325


 

Böyük Aleksandr 

(Alexandes the Great)

 

Qərargahın yaradılması



 

175


 

Kato (Cato)

 

İş siyahısının istifadəsi



 

50

 



Varron (Varro)

 

İş spesifikasından istifadə



 

Bizim era

 

20

 



isa Məsih (Jesus Christ)

 

Təkhakimiyyəllilİk. Qızıl qayda. İnsani münasibətlər



 

284


 

Diokletian

 

(Diocletian)



 

Səlahiyyətlərin ötürülməsi

 

43 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə