Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə20/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   16   17   18   19   20   21   22   23   ...   357

Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə yanaşmalar  _____________________  

 



İşin əvvəlki primitiv emprik metodlarını dəyişərək onun 

hər bir elementinin elmi metodlarını işləyib hazırlamalıdır; 

 

elmi  əsaslarla  işçilərin  seçilməsinin,  inkişaf  etdirilməsini  və 



öyrədilməsini  həyata  keçirməlidir..  Bundan  əvvəl  isə  işçilər  özlərini 

öyrətməli və əsasən maşınlara üstünlük verməli idilər

 

işçiləri  və  elmi  vahidə  tamda  birləşdirməli  və  işçilərə  onların 



bütün  fəaliyyətinin  elmi  prinsiplər  əsasmda  qurulmasmı  təlqin 

etməlidirlər; 

 

işçilər və menecerlər arasında əməyi daha dəqiq bölüşdürərək, 



birinciləri  icraçı  əmək,  digərlərini  isə  inzibati  və  nəzarət  işləri  icra 

etməyə istiqamətləndirməlidir. 

Bü  tədbirlər  nəticəsində  Teylorun  fikrincə  əvvəlki  metodların 

subyektivizmi  və  sərbəstliyi  «elmi  məntiqin»  qaydaları,  qanunlan  və 

formulları ilə əvəz olunurdu. Bu mənada elmi menecmentin prinsipləri 

insani fəaliyyətin istənilən sferalarına tətbiq oluna bilər. 

Teylor  şəxsi  təcrübəsindən  müəyyən  etmişdir  ki,  əmək 

prosesinində  nəticəliliyinin  artırılması  işçilərin  səyinin  artırılması  ilə 

aparılmalıdır.  Ona  görə  işçilər,  «düzgün  gündəlik  əmək  haqqına  görə» 

«düzgün  gündəlik  işi»  mübadilə  etməyə  hazırdılar.  Lakin,  həqiqətdə 

birinci  və  ikincinin  nədən  ibarət  olduğunu  heç  kim  dəqiq  müəyyən 

etməmişdi.  Hər  iki  zidd  tərəf  -  inzibatçılar  və  işçilər  -  münaqişələrdə 

hasilat normaları və əmək haqqı ölçülərini köhnə adətlərə və intuisiyaya 

əsasən müəyyən edirdilər. Teylor bu problemin həllinə hər bir istehsal 

tapşınğmm  yerinə  yetirilməsinə  sərf  edilən  vaxt  standartlarının  və 

hərəkətlərinin  dəqiq  və  detallaşdırılmış  şəkildə  ölçülməsi  yolu  ilə, 

həmçinin əldə edilmiş nəticələr əsasında əmək haqqı sisteminə yenidən 

baxılması ilə nail olmağa cəhd edirdi. 

Teylor  elmi  menecmentə  bütün  heyətin  maraqlarının 

yaxınlaşdırılması  aləti  kimi  baxırdı.  Bu  isə  işçilərin  maddi  rifah 

vəziyyətinin  yaxşılaşdırılmasına,  inzibatçı  və  mülkiyyətçilərin 

əməkdaşılığmm  genişlənməsinə  istiqamətləndi.  Teylor  hesab  edirdi  ki, 

elmi menecment sistemini tam qavrayan şəxs, müxtəlif tərəflər arasında 

ziddiyyətləri  aradan  qaldıracaq,  çünki  «düzgün  hesabat»ın  tərtibi  elmi 

yanaşmanın  predmetinə  çevriləcəkdir.  Əgər  əvvəllər  işçi  işin  20% 

hissəsini çox pis  şəraitdə keçirirdisə, məhsuldarlığın  artması ilə hər bir 

işçinin vəziyyəti yaxşılaşacaq və onun dünyaya münasibəti dəyişəcəkdir. 

Teylor  inanırdı  ki,  işçinin  məhsuldar  işinin  artması  hesabına,  bütün 

millətin və ölkənin istehsal qüvvəsi artacaq, bəlkə 

55 



Menecmentin mərhələləri və elmi məktəbləri 

daha da inkişaf edəcəkdir. 

Teylor  sənaye  menecmentini  qarşılıqlı  maraqlann  ümumiliynə 

əsaslanan  idarəedici  və  işçilərin  birgə  fəaliyyəti  adlandıraraq  bir  növ 

«intellektual  inqilab»  etmişdir.  Menecment  onun  tərəfindən  istehsalın 

maddi resurslannm  və texnologiyasmm istehsalın müasir potensialı ilə 

sənaye  təşkilatmın  məqsədlərinə  çatmaq  üçün  birləşməsi  kimi  qəbul 

etmişdir. O hesab edirdi ki, elmi menecment yoldaşlıq hissinin inkişaf 

etdirilməsinə  kömək  edir.  İstehsalatda  insanların  münasibətləri  köhnə 

idarəetmə sistemlərində olduğu kimi sahib və tabeçi münasibətləri deyil, 

artıq  dostlar  arasmdakı  münasibətlərdir  və  buna  hər  bir  tərəf  hazır 

olmalıdr. 

Ənənəvi  idarəetmə  zamanı  işçilərin  iəşəbbüskarlığma  çox  az 

hallarda nail olunurdu. Teylora görə elmi menecmentdə təşəbbüskarlıq 

hər  yerdə  əldə  olunur.  Bunun  üçün  menecerlər  öz  üzərlərinə  yeni 

öhdəliklər,  məsuliyyət  götürürlər.  Misal  üçün  onlar  ənəvi  bilikləri, 

qabiliyyətləri,  vərdişləri  yığmalı,  təsnifləşdirməli,  kodlaşdırmalı  və 

müvafiq  qaydalara,  qanunlara,  formullara  daxil  edərək  işçilərə 

ötürməlidirlər. Məhz belə yollarla menecment elmi təkamül edir. Teylor 

qoyulmuş  standartlara  əsasən  istehsalm  unifikasiya  edilmiş  metodlann 

hazırlamağa  cəhd  edirdi.  Bu  məqsəd  üçün 

0

  müxtəlif  xarakterli 

təlimatlar,  metodiki  göstəricilər,  standartlar  və  sair  hazırlanmışdı.  O 

hesab  edirdi  ki,  firma  üçün  səmərəninin  əsas  meyarı  məhsulun  maya 

dəyərinin aşağı salınmasıdır. Onun sistemində əmək səmərəliliyin əsas 

mənbəyi  kimi,  sex  isə  elmi  menecmentin  tətbiqinin  əsas  həlqəsi  kimi 

çıxış  edirdi.  İstehsal  fəaliyyətinin  ötürülməsinin  müxtəlif  metodlan 

əməyin  təşkilinin  təkmilləşdirilinəsinin  əsas  vasitəsi  kimi  çıxış  edirdi. 

İnkişaf hasilatı artırır və nəticədə fabrikin məhsuldarlığı da artır, çünki 

işçilər  işi  ən  optimal  üsullarla  həyata  keçirirlər  və  buna  görə  də  artıq 

maaş alacaqlar. İnzibati sistem istehsalm və idarəetmənin təşkilinin yeni 

metodlarma nisbətən daha çox diqqət edilən element idi. Lakin işçilərin 

əməyi  inzibatçılann  müəyyən  etdiyi  müəyyən  ümumi  çərçivədə  icra 

olunduğundan,  işçilərin  əmək  məhsuldarlığı  inzibati  sistemin  işinin 

təkmilləşdirilməsindən çox asılı idi. 

Teylorun  novator  ideyalan  ilk  dövrlərdə  bir  çox  sahibkarlar 

tərəfindən müqavimətlə qarşılandı. Elmi menecment onlarm idarəetmə 

sferasma bir başa müdaxilə kimi qəbul edildi.  Onlardan bəziləri hesab 

edirdilər ki, Teylorun sistemi tətbiq edildikdən sonra menecerlər «elmi 

texnika» və rasional idarəetmə metodları ilə əvəz olunacaq. Nəticədə isə 

heç idarəedicilərə də lazım olmayacaqdır. 

56 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə