Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə30/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   26   27   28   29   30   31   32   33   ...   357

Menecmentin mərholələri və elmi məkrəbləri 

menecer  informasiya  ilə  bölüşürdüsə,  tabeçilikdə  olanlarla 

məsləhətləşirdisə və özünü idarəetməni stimullaşdırırdısa və bunun əsas 

məqsədi  işçinin  əmək  şəraitindən  razı  qallması,  müəssisədə  mənəvi 

mühitin yaxşılaşdırılması və əmək məhsuldarlığının artımı olmuşdursa, 

insani  resurslar  üzrə  menecer  işçiləri  idarəetmədə  iştiraka  cəlb  edirdi, 

çünki ən əsas qərarlar onu icra edənlər tərəfindən qəbul edilir. 

İnsan  resurslarınm  idarə  edilməsi  konsepsiyasının  əsas  tezisi 

ondan  ibarətdir  ki,  müəssisədə  mənəvi  mühit  işçilərin  razılığı  kimi 

problemlərin yaradıcı həllidir və bunu da işçiləri idarəetmədə iştirakı ilə 

təmin etmək olar. Lakin belə iştirak ilkin əmək qruppası ilə məhdudlaşır 

və onların birbaşa səriştələri ilə müəyyən edilir. 

İnsan münasibətləri məktəbinin və idarəetmədə davranış elminin 

əsas məqsədi istehsalatda olan sərt formal və depersonolizasiya edilmiş 

münasibətləri  qeyri  səmərəlilik  nöqteyi  nəzərindən  kənarlaşdu'ilması 

olmuşdur. Bu mənada sənaye təşkilatlanmn bütöv sistemləri kimi izahı 

sosial  amillərin  istehsal  prosesində  gücünü  göstərmişdir.  İlk  dəfə 

təşkilatın  individuallıq  amili  gücləndi,  qeyri-formal  münasibətlərin 

firma  və  müəssisələrin  iqtisadi  göstəricilərinə  təsiri  müəyyən  edildi. 

Bununla yanaşı qeyd edilən nəzəriyyələr bir sıra zəif cəhətləri də vardu". 

Onlar  əsas  diqqəti  sosial  münaqişələrdə  deyil,  kooperasiya 

məsələlərində  cəmləşdirmişdir.  İşçi  istehsal  prosesinə  təsir  edən 

müstəqil amil kimi tanmırdı. Lakin bu işçilərin istehsalatda özünütəşkil 

və  özünüidarəetmə  üçün  kifayət  olmadı  və  iştirak  haqqında  məsələ 

müsbət nəticələrə gətirib çıxarmadı. 

Kəmiyyət  metodları  məktəbi.  Riyaziyyat,  statistika,  mühəndis 

elmləri  və  digər  biliklər  idarəetmə  nəzəriyyəsinə  dəyərli  töhvələr 

vermişdir.  Onların  təsirini  Frederik  U.Teylor  tərəfindən  işin  təhlilində 

tətbiq  etdiyi  elmi  metod  vasitəsilə  izləmək  olar.  Lakin  II  Dünya 

müharibəsinə  qədər  idarəetmədə  kəmiyyət  metodları  kifayət  qədər 

istifadə  olunmurdu.  İngilislər  özlərinin  qırıcı  təyyarələrinin  və  hava 

hücumuna  qarşı  müdafiələrini  almanların  kütləvi  hava  hücumlarından 

qorunmaq üçün onların məhdud sayından daha səmərəli istifadə edilməsi 

üsullarını  axtarmalı  idilər.  Sonralar  müttəfiqlərin  Avropada 

yerdəyişməsini 

təmin 


etmək 

üçün 


hərbi 

təhcizatm 

maksimumlaşdırılması  üsullarının  axtıralması  zərurətə  çevrildi. 

«Əməliyyatların tədqiqatı» ümumi adı altında qruplaşdırılmış kəmiyyət 

metodları,  sualtı  qayıqların  müharibəsi  və  Yapon  postlarının 

minalanmasmı özünə daxil edən bu və ya digər 



80

 



Proses yanaşma 

problemlərin həllində istifadə olunmuşdur. 

Öz  mahiyyətinə  görə  əməliyyatların  tədqiqi  -  bu  elmi  tədqiqat 

metodlarının  təşkilatın  əməliyyat  problemlərinə  tətbiqidir.  Problemin 

qoyuluşundan  sonra  əməliyyatın  tədqiqatı  üzrə  mütəxəssislər  situasiya 

modelini  işləyib  hazırlayırlar.  Model  -  bu  reallığın  təqdim  edilmə 

formasıdır. Adətən model reallığı sadələşdirir və ya onun abstrakt şəkildə 

təqdim  edir.  Modellər  reallığın  mürəkkəbliliyini  başa  düşməyi 

asanlaşdırır.  Misal  üçün  yol  xəritəsi  məkanı  vilayətə  (rayona)  olan 

nisbətini  görmək  inamını  asanlaşdırır.  Bu  modelsiz  nəzərdə  tutulmuş 

yerə,  sınaq  metodlarına  və  səhvlərə  əsaslanaraq  gedib  çıxmaq  çox 

çətindir. Əməliyyatların tədqiqatı əsasında işlənib hazırlanmış modellər, 

mürəkkəb problemləri sadələşdirir. 

Model  yaradılmasından  sonra,  dəyişənlərə  kəmiyyət  mənası 

verilir.  Bu  hər  bir  dəyişəni  və  onlar  arasında  olan  əlaqəni  obyektiv 

müqayisə  etməyə  imkan  verir.  Kəmiyyət  metodları  məktəbinin  əsas 

xarakteristikası  -  sözşəkilli  düşüncələr  təsviri  təhlillər,  simvolların 

kəmiyyət  mənalarıdır.  Güman  ki,  (Ehtimalki)  menecmentdə  kəmiyyət 

metodlarının tətbiqinə ən böyük təkan kompüterlərin inkişafı vermişdir. 

Kompüter  əməliyyat  tədqiqatlarına  sürətlə  mürəkkəbləşən  riyazi 

modellərin  işlənilməsinə  imkan  verdi  ki,  bu  da  reallığa  daha  yaxşı  və 

nəticə  etibarı  ilə  daha  dəqiq  idi.  Kəmiyyət  metodları  məktəbinin  təsiri 

bixeviorist  yanaşmaya  nisbətən  qismən  az  olmuşdur.  Belə  ki,  bir  çox 

rəhbərlər  gündəlik  tədqiqat  predmeti  əməliyyatlar  olan  problemlərdən 

çox  insani  münasibətlər,  insan  davranışı  problemi  ilə  qarşılaşırlar. 

Bundan başqa XX  əsrin  60-cı  illərində çox az sayda  rəhbər var idi ki, 

onlar təhsili mürəkkəb kəmiyyət metodlarının tətbiqi və başa düşməsinə 

kifayət  edirdi. Hazırda isə zaman, dövr tez dəyişdiyindən daha çox ali 

məktəb  müəssisələri  öz  tədris  proqramlarına  menecmentdə  təşkilatın 

təsərrüfat  fəaliyyətində uçot  və təhlilində kəmiyyət  metodları  kursu və 

kompüterlərin tətbiqindən geniş istifadə edilir. 

§3. Proses yanaşma 

Bu yanaşma hal hazırda da tətbiq olunmaqdadır. Bu yanaşma ilk 

dəfə inzibati məktəbin tərəfdarları tərəfindən təklif (təqdim) edilmişdir. 

Onlar  menecerin  funksiyalarının  təsvir  edərək  ona  bir-  birindən  asılı 

olmayan şəkildə baxırdılar. 

İdarəetmə özündə bir proses kimi fasiləsiz qarşılıqlı əlaqədə olan 

fəaliyyətiləri birləşdirir. Bu fəaliyyətlər də özü-özlüyündə bir 

81 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə