Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə yanaşmalar _____________________
göstəricisi rolunu oynayır və yalnız individ özü bu şərtə əməl olunub-
olunmadığını müəyyən edə bilər.
İnsanlar ona görə əməkdaşlıq edirlər ki, təklikdə edə
bilmədiklərini birlikdə həyata keçirsinlər. Müvəffəqiyyət qazanılan halda
onların hərəkətini məhsuldar hesab etmək olar. Lakin ayrı-ayrı
individlərə kooperasiyanın şəxsi motivləri xasdır və onlar müəyyən
həddədək təşkilati məqsədlərə nail olmaq üçün yardım etməkdə davam
edirlər. Əgər onların şəxsi cəhdləri ödənmirsə, insanlar özləri öz
cəhdlərindən əl çəkirlər və sistemdən aralanırlar. Bu mənada sistem
«qeyri-effektiv» olur. Kooperasiyanın müvəffəqiyyəti həm xarici
əhatənin xarakterindən, həm də onun bütün üzvlərinin razı qalma
səviyyəsindən asılıdır. İdarəedicinin funksiyaları məhz ondan ibarətdir
ki, təşkilatın kooperativ və fərdi komponentlərinin üst-üstə düşməsini
təmin etsinlər.
Ç.Bamard hesab edirdi ki, «individ həmişə təşkilatın strateji
faktorudur». Məhz insanların cəhdləri sosial təşkilatların enerjisini təşkil
edir. Lakin onlar müəyyən stimullar nəticəsində fəaliyyət göstərirlər.
«İnsan ehtiyatları» nəzəriyyəsinin digər görkəmli nümayəndəsi
Duqlas Mak-Qreqor (1906-1964) olmuşdur. 1960-cı ildə özünün
«Müəssisənin insani tərəfi» əsərində yazırdı: «Biz öz idarəedici
qabiliyyətlərimizi nəzarətin insan təbiətinə uyğun olaraq seçildiyi halda
təkmilləşdirə bilərik. Bu isə insanı öz arzularımıza tabe etdirmək
cəhdlərindən çox uzaqdır. Əgər belə nəzarəti əldə etmək uğursuzdursa,
onda bunun səbəbi, düzgün vasitələrin seçilməməsindədir».
D.Mak-Qreqor hesab edirdi ki, menecerlərin formalaşması formal
menecmentdə idarəetmə üzrə özünü inkişafın səylərinin çox cüzi
nəticəsidir. Bu çox hallarda menecment tərəfindən özünün məqsəd,
siyasət və təcrübəsinin başa düşülməsidir. Bıma görə səhv yola o insanlar
düşür ki, menecmentin inkişafını formal fəaliyyət göstərən menecment
proqramları
terminləri
ilə
öyrənmək
istəyirlər.
Hal-hazırda
Mak-Qreqorun fikrincə hətta, yaxşı hazırlanmış menecerlərin də
nəticəliliyi çox aşağıdır. O qeyd edirdi ki, biz hələ istedaddan səmərəli
istifadə etmək və insan inkişafma kömək edən təşkilati mühit yaratmağı
öyrənməmişik ki, insan inkişaf etsin və ümumilikdə isə insani resursların
təqdim etdiyi potensialı düzgün başa düşməkdən hələ çox uzaqdayıq.
«Menecmentin uğuru» insan davranışını qabaqcadan bilmək və ona
nəzarət etmək qabiliyyətindən çox asılıdır.
D.Mak-Qreqorun nöqteyi nəzərindən tarix boyu təşkilatlarda
77
Menecmentin mərhələləri və elmi məktəbləri
İnsan davranışına nəzarət etmək üçün vasitələrdə iki əsas dönüş
olmuşdur. Birinci dönüş fiziki qüvvənin tətbiqindən formal hakimiyyətə
keçid oldu. Bu proses bir əsrdən çox vaxt tələb etmişdir. İkinci dönüş bu
prosesin., keçən əsrdə başlanmasına baxmayaraq son 100 ildə baş verdi
və formal hakimij^ətdən liderliyə keçidlə nəticələndi. Hətta bu gündə bu
proses sona çatmamışdır. Belə ki, siyasətdə avtoritarizm şübhəlidir və
həqiqət ondan ibarətdir ki, hakimiyyətə əsaslanma həll etdiyi
məsələlərdən çox problem yaradır. Əgər hakimiyyət menecerin malik
olduğu yeganə vasitədirsə, onda onun qarşıya qoyduğu məqsədlərə
uğurla nail olmasına inam olmayacaqdır lakin bu o demək deyildir ki, o
bu silahı tullamalıdır. Vaxt olur ki, - Mak-Qreqor hesab edir - heç bir
vasitə bu silah kimi məqsədə çatmağa imkan vermir.
Liderlik - müəyyən sosial münaisbətdir. Ona ən azı dörd dəyişən
daxildir:
•
liderin xüsusiyyətləri;
•
onun davamçılarının mövqeləri, tələbatları və digər
xüsusiyyətləri;
•
təşkilatın xüsusiyyətləri o, cümlədən məqsədləri, strukturu,
vəzifələrinin təbiəti;
•
sosial, iqtisadi və siyasi mühit.
Öz
konsepsiyanın
əsasma
D.Mak-Qreqor
nəzəriyyələr
dixotomiyasmı qoyaraq onu «x» və «y» nəzəriyyəsi adlandırmışdır.
Onlardan birincisi sosial idarəetmənin problemlərinə ənənəvi baxışı əsas
götürürdü, ikinci isə individual və təşkilati məqsədlərin idarəetmə
prosesində inteqrasiyasını əsas götürürdü. «X» nəzəriyyəsinin əsas
müddəaları aşağıdakılardır:
-
adi insan daxilən işi qəbul etmir və ondan müxtəlif yollarla
çəkmmək istəyir;
-
buna görə insanlarm çoxu məcbur edilməli və
istiqamətləndirilməlidirlər ki, məqsədləri reallaşdırsınlar;
-
adi insan nəzarət olunmağa və məsuliyyətdən azad olmağa
çalışır;
-
adi insan kiçik ambisiyalara malik olur və müdafiəyə ehtiyacı
var.
«Y» nəzəriyyəsinin əsas müddəalan aşağıdakılardır:
-
əməkdə fiziki və intellektual qüvvələrin sərfi, oyun və
istirahətdə olduğu kim təbiidir;
-
xarici nəzarət və ya cəza təhlükəsi təşkilati məqsədlərə
78
Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə yanaşmalar ______________________
çatmaq üçün yeganə vasitələr deyil;
-
insan ona tapşırılmış vəzifələrin icrası zamanı özünüidarəetmə
və özünə nəzarəti həyata keçirir;
-
mükafatlandırma vəzifələrin reallaşdınimasmın mühüm tərkib
hissəsi olmalıdır;
-
adi insan müvafiq şəraitdə təkcə məsuliyyəti öz üzərinə
götürməklə yanaşı, həm də onu axtarır;
-
təşkilati problemlərin həlli zamanı yüksək təxəyyül, orijinallıq
və yaradıcılıq insanlar arasında daha geniş yayılır;
-
hal-hazırdakı şəraitdə sənaye həyatmda opta insanın imkanları
çox az istifadə olunur.
«X» nəzəriyyəsinin mərkəzi prinsipi - idarəetməyə ənənəvi
yanaşma, birbaşa hakimiyyət tətbiq etmək vasitəsilə rəhbərlik və
nəzarətdir, insan isə hakimiyyət təsirinin inert obyektidir. Əksinə, «Y»
nəzəriyyəsinin əsas mahiyyəti - inteqrasiyadır - elə bir şəraitin
yaradılmasıdır ki, təşkilatın bütün üzvləri individual məqsədlərinə
müəssisənin kommersiya uğuru vasitəsilə nail ola bilərlər.
Sosial tələbatlarla yanaşı həm menecment, həm də insana böyük
əhəmiyyət verən tələbatlar vardır. Qəbul olunur ki, qida, yaşayış, geyim
və sair ilkin tələbatlar ödənilməyibsə bu sosial tələbatlar
ödənilməyəcəkdir. Bu eqoistik tələbatlardır. Onlar iki qrupa bölünür:
özünüqiymətləndirməyə aid - misal üçün, özünə hörmət, ləyaqət hissi və
yüksək sosial statusun aid olduğu reputasiyaya, prestijə olan tələbatlar
qrupudur. İlkin tələbatların əksinə olaraq eqoistik tələbatlar çox az
hallarda ödənilir və bununla yanaşı hər bir insan onlarm ödənilməsinə
imkan axtarır. Eqoistik maraqlar ödənilən zaman sosial məqsədlərə nail
olmaq mümkünləşir. D.Mak-Qreqor qeyd edirdi ki,: «Menecmentin
fəlsəfəsi direksiya və nəzarət vasitəsilə həyata keçirilərək - sərt və
mülayimliyindən asılı olmayaraq motivasiyaya uyğun deyil, çünki bu
yanaşmanm istifadə etdiyi insani tələbatlar indiki cəmiyyətdə çox da
geniş yayılmamışdır. Direksiya və nəzarətə insan motivasiyasında sosial
və eqoistik tələbatlara nisbətən daha az dəyərlidir».
Davranış haqqında məktəbin nailiyyətləri insani resursların idarə
edilməsi konsepsiyasının əsasıdır. Onun əsas məzmunu insan
münasibətləri nəzəriyyəsində olduğu kimi təkcə mənəvi komponent və
təşkilatda şəxsi razıqalma səviyyəsi deyil. Təşkilatı, insani resursları
əsasında idarəetmənin məqsədi qərarların qəbulu prosesinin və nəzarətin
effektivliliyinin təkmilləşdirilməsidir. İnsani münasibətlər nəzəriyyəsinə
məxsus yanaşmaların tətbiqi zamanı
79
Dostları ilə paylaş: |