Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə31/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   27   28   29   30   31   32   33   34   ...   357

Menecmentin mərhələləri və elmi məktəbləri 

proses  təşkil  edir  ki.  onlar  da  idarəetmə  funksiyaları  adlandırırlar.  Bu 

funksiyalann  hər  biri  proses  olaraq,  öz  növbəsində  bir-birilə  qarşılıqlı 

əlaqədə  olan  fəaliyyətlər  seriyasıdır.  İdarəetmə  prosesi  -  bütün 

funksiyalann  ümumi  cəmidir.  Bu  yanaşmanın  ilk  dəfə  işlənib 

hazırlanması  Anri  Fayolun  adı  ilə  bağlıdır  o,  hesab  edirdi  ki, 

menecmentin  ilkin  olaraq  5  funksiyası  var.  Onun  sözlərinə  görə, 

«idarəetmək  qabaqcadan  demək  (proqnozlaşdırmaq),  planlaşdırmaq, 

sərəncam  vertnək,  əlaqələndirmək  və  nəzarət  etməkdir».  Digər 

müəlliflər  isə  idarəetmə  funksiyalarının  digər  siyahısını  işləyib 

hazırlamışlar. Faktiki olaraq idarəetmə ilə bağlı hər bir əsərdə idarəetmə 

funksiyalarının siyahısı verilmişdir. Bütün bu təsnifatlar bir-birindən az 

da olsa fərqlənməsinə baxmayaraq onlarında əsasında dörd funksiyanın 

durduğunu görmək olar. 

İdarəetmə  funksiyaları  -  idarəetmə  fəaliyyətinin  istiqamətinin 

xüsusiləşməsidir.  İdarəetmə  prosesi  -  planlaşdırma,  təşkiletmə, 

motivasiya  və  nəzarət  funksiyalarının  qarşılıqlı  əlaqəsinin  özündə  əks 

etdirir.  Bu  proses  kommunikasiya  və  qərarların  qəbulu  ilə  tamamlanır 

(şək. 2.I.). 

 

-



4

” 

◄- 



-► 

kommunikasiya 

qərarlarm qəbulu. 

Şəkil 2.1. İdarəetmə funksiyalar 

82 



Proses yanaşma 

Ayrı-ayrı  İşçilər  və  ya  işçilər  qrupuna  təsirin  mümkünlüyünü 

özündə  cəmləşdirən  rəhbərlik  (liderlik)  təşkilati  məqsədlərə  çatılması 

istiqamətində fəaliyyət göstərməsini nəzərdə tutur. Buna yəni rəhbərliyə 

biz  gələcəkdə  ayrıca  fəaliyyət  növü  kimi  baxacağıq.  Planlaşdırma 

məqsədlərin  müəyyənləşməsi  və  onlara  çatılması  yollarını  özündə 

birləşdirən prosesdir. O bu və ya digər təşkilatın müxtəlif səviyyələrini 

əhatə etməklə uzunmüddətli və ya qısamüddətli xarakter daşıyır. 

Bir  sıra  iri  təşkilatlar,  dövlət  müəssisələri  uzunmüddətli 

planlardan  istifadə  edirlər.  Müəssisənin  fəaliyyət  məqsədinin  və  onun 

inkişaf perspektivlərinin, imkanlarının müəyyən  edilməsi üçün istifadə 

edilən  uzunmüddətli  planlaşdırmanın  sistematik  prosesi  strateji 

planlaşdırma adlanır. 

Strateji  planlaşdırma  təşkilatın  qarşısında  duran  bir  sıra 

fundamental suallara cavab verməyə imkan verir. Məsələn, biznesdə biz 

hansı istiqamətləri seçə bilərik? Hansı alıcılara xidmət göstərə bilərik? 

Rəqiblərlə  müqayisədə  hansı  əmtəələri  (xidmətləri)  biz  daha  yaxşı 

istehsal edə bilərik? 

Strateji planlaşdırma peşəkar menecerlər vasitəsilə həyata keçirilir 

Yalnız  onlar  müəssisənin  strateji  məqsədini  müəyyən  və  modifıkasiya 

etmək səlahiyyətlərinə malikdirlər və yalnız menecmentin bu səviyyəsi 

təşkilatın inkişafınm bütöv mənzərəsini təsvir edə bilər. Eyni zamanda 

cari planlaşdırma da vacibdir və müxtəlif formalarda meydana çıxır. Belə 

formalardan  birini  uzunmüddətli  planların  qısa  müddətə,  daha  dəqiq 

hissələrlə bölünməsi təşkil edir. İstehsal, maliyyə və marketinq planı bir 

il  müddətinə  hazırlanır.  Əgər  bu  planlar  yaxşı  işlənmiş  uzunmüddətli 

plana  əsaslanırsa,  onda  məsələlərin  həlli  çox  asan  olacaqdır.  Cari 

planlaşdırmanın  digər  formasını  gələcəkdə  bərabər  olmayan  oxşar 

olmayan  halların  meydana  çıxması  zamanı  tənzimləmənin  siyasət  və 

mexanizmlərinin işlənib hazırlanmasından ibarətdir. Belə ki, tətillər və 

digər  hallar  zamanı  müəssisənin  siyasətinin  əvvəlcədən  müəyyən 

edilməsi vacibdir. 

Cari planlaşdırmanın digər formasını büdcə planlaşdırılması təşkil 

edir.  Büdcə  planlaşdırmasında  uzunmüddətli  planlaşdırmanın  bütün 

məsələləri əks olunur. Planlaşdırma, eyni zamanda strateji planlaşdırma 

iri  müəssisələrlə  yanaşı  kiçik  həcmli  müəssisə  və  təşkilatlar  üçün  də 

əhəmiyyətlidir. Bu planların yazılı formada olması vacib deyildir. Vacib 

olan  odur  ki,  siz  bazarda  mövcud  tendensiyaları  müəyyən  edərkən 

düzgün seçim etmək bacarığına malik olasınız. 



Menecmentin ınorholöləri və elmi məktəbləri 

İstər  böyük,  İstərsə  də  kiçik  təşkilatlar  üçün  əsas  məsələ  hansı  biznes 

növünün  seçilməsidir.  Səhv  seçim  istər  nəhəng,  istərsə  də  kiçik 

müəssisələr üçün eyni dərəcədə məhvedici təsirə malikdir. 

Planlaşdırma kiçik təşkilatlar üçün daha zəruridir. Çünki onların 

fəaliyyət  sferaları  daha  tez-tez  dəyişilir.  Bütün  bunları  perspektiv 

planlarda nəzərə almaq lazımdır. 

Təşkiletmə  planların  reallaşdırılması  idarəetmənin  digər 

funksiyasını  əks  etdirən  təşkil  etmənin  olunmasını  tələb  edir.  Təşkil 

olunma  dedikdə  işçi  heyəti  və  ya  əməkdaşlar  qrupu  arasında  işlərin 

bölünməsi və onların fəaliyyətinin koordinasiya edilməsi başa düşülür. 

İstənilən  fəaliyyət  sahəsi  onun  həcmindən  asılı  olmayaraq  yaxşı  təşkil 

olunmalıdır. Yalnız  yaxşı  ideyaya malik  olmaq kifayət  deyil.  Bununla 

yanaşı  müəssisənin  bütün  sahələrinin  bir  yerdə  vahid  tam  kimi 

işləməsinə nail olmaq lazımdır. 

Yaxşı  işləyən  müəssisələr  aydın  və  sadə  struktura  malik  olur. 

Lakin istənilən müəssisə əgər konflikt aparan bölmələrdən ibarət olarsa 

idarə olunmaz bir təşkilata çevrilə bilər. 

Təşkilatda  işi  insanlar  həyata  keçirir,  buna  görə  də  təşkiletmə 

funksiyasınm  vacib  aspekti  müxtəlif  tapşırıqlar  çərçivəsində  hər  bir 

konkret  tapşırığı  məhz  kim  yerinə  yetirməli  olduğunu  müəyyən 

etməkdir.  Rəhbər  ayrı-ayrı  insanlara  tapşırıq  və  əslahiyyətləri  və  ya 

təşkilatın resurslarından istifadə etmə hüququnu ötürərək konkret iş üçün 

insanları  seçir.  Səlahiyyət  ötürülmüş  subyektlər  öz  səlahiyyətlərinin 

müvəffəqiyyətlə  yerinə  yetirilməsi  məsuliyyətini  öz  üzərinə  götürür. 

Belə hərəkət edərək onlar rəhbərə münasibətdə özlərini tabeçilikdə olan 

kimi  hesab  etməyə  razı  oldu.  Səlahiyyətlərin  ötürülməsi  -  rəhbərliyin 

əlində digər şəxslərin köməyi ilə işin yerinə yetirilməsini həyata keçirən 

vasitədir. 

Motivasiva. 

Motivasiya  funksiyasının  vəzifəsi  təşkilatın 

nümayəndələri tərəfindən müəyyən işi onlara ötürülən səlahiyyətlərə və 

plana uyğun yerinə yetirilməsidir. İdarəetmə funksiyası kimi motivasiya 

təşkilatın  nümayəndələrində  təşkilatın  məqsədlərinə  nail  olmaq  üçün 

onlara tapşırılan səlahiyyət və plana uyğun fəaliyyətlərində daxili maraq 

yaradılması  prosesidir.  Motivlər  -  insanların  fəaliyyətinə  məqsəd  və 

istiqamət  verən  psixoloji  stimullardır.  Bu  stimullar  bizim  özümüzdən 

yaranır.  Əgər  biz  başqalarını  motivləşdirən  rəhbərlərdən  danışırıqsa 

onda  biz  təşkilatın  məqsədinə  nail  olmq  üçün  insan  fəaliyyətinin 

motivləşdirilməsinə yönəldilmiş üsullarını başa dühürük. 

Nəzarət işgüzar adəmdə istifadə olunan elə bir termindir ki, bu 

84

 




Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə