Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə39/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   35   36   37   38   39   40   41   42   ...   357

Təşkilatın daxili və xarici mühiti 

mahiyyətinə  görə  böyük  və  mürəkkəb  təşkilatlar  konkret  məqsədləri 

üçün  yaradılmış  bir  neçə  xüsusi,  bir-birilə  qarşılıqlı  əlaqədə  olan 

təşkilatların  və  daxili  səbəblərdən  meydana  çıxan  çoxlu  sayda  qeyri- 

formal qruplann məcmusundan ibarətdir. 

Əməvin  şaquli  bölgüsü.  Təşkilatda  yerinə  yetirilən  işlər  tərkib 

hissələrinə  bölündüyündən  onun  müvəffəqiyyətlə  yerinə  yetirilməsi 

üçün  kimsə  qrupların  işini  koordinasiya  etməlidir.  Təşkilatda  əməyin 

bölgüsünün  iki  daxili  üzvi  forması  mövcuddur.  Birincisi,  ümumi 

fəaliyyətin  tərkib  hissələrinin  komponentlərinə  görə  əmək  bölgüsü, 

başqa  sözlə  üfüqi  əmək  bölgüsü.  İkincisi,  yerinə  yetirilən  hərəkətlərin 

koordinasiyası üzrə işlərin bölüşdürülməsi - şaquli əmək bölgüsü. Məhz 

digər  insanların  işinin  koordinasiyası  üzrə  yerinə  yetirilən  fəaliyyət 

idarəetmənin mahiyyətini təşkil edir. 

idarəetmənin 

zəruriliyi. 

Təşkilatın 

öz 


məqsədlərini 

reallaşdırılmasına  nail  olması  üçün  tapşırıqlar  şaquli  əmək  bölgüsü 

vasitəsilə koordinasiya edilməlidir. Büna görə də idarəetmə təşkilat üçün 

əhəmiyyətli dərəcədə vacib fəaliyyətdü-. Yalnız kiçik təşkilatlarda dəqiq 

müəyyən  edilmiş  idarəedicilər  qruppu  ola  bilməz.  Təşkilatın  uğurla 

fəaliyyət göstərməsi üçün idarəetmə üzrə işlər qeyri idarəçilik işlərindən 

dəqiq olaraq aynimalıdır. Başqa sözlə, rəhbər təyin edilməli və onlann 

öhdəlik,  həmçinin  məsuliyyətlərinin  dairsəsi  müəyyənləşdirilməlidir. 

Faktiki olaraq müasir iri təşkilatları yaratmaq o zaman mümkün oldu ki 

artıq idarəetmə işlərinin kommersiya və ya texniki fəaliyyətdən ayniması 

ideyası meydana çıxdı və reallaşdı. 

§3. Təşkilatın daxili və xarici mühiti 

Təşkilatm  xarici  mühiti.  Sistem  yanaşmanm  idarəetmə  elminə 

verdiyi  tövhə  xarici  mühitin  əhəmiyyəti  haqqmdakı  təəsüratla  və 

təşkilata münasibətdə xarici qüvvələrin nəzərə alınmasmın zəruriliyi ilə 

meydana çıxdı. Belə münasibət XX əsrin 50-ci illərində meydana gəldi. 

Situasiyalı yanaşma sistemlər nəzəriyyəsini genişləndirir. 

Açıq sistemlər prinsipindən çıxış etməyi arzu edən tədqiqatçıların 

qarşılaşdıqları ilk problem xarici mühitin müəyyən edilməsi oldu. Dünya 

böyük  olduğundan  bütün  amilləri  uçota  almağa  cəhd  etmək  əbəs  yerə 

qüvvə  sərf  edilməsi  demək  olardı.  Görünür  ki,  rəhbərlik  xarici  mühit 

amillərinin  təsirini  müəyyən  edərkən  xarici  mühitin  təşkilatın  uğur 

qazanması  üçün  son  dərəcədə  zəruri  olan  aspektlərini  nəzərə  almışdır. 

Təşkilati əhatə edən mühitin müəyyən 

103 



Təşkilat menecmentin obyekti kimi 

edilməsi və onun təşkilata təsirinin uçota alınmasının asanlaşdınimasmın 

üsullarından  biri  xarici  mühit  amillərinin  birbaşa  və  dolayı  təsir 

amillərinə bölünməsidir. 

Birbaşa təsir edən xarici mühit amilləri dedikdə təşkilatda yerinə 

yetirilən əməliyyatlara bilavasitə təsir edən və təşkilatın əməliyyatlarm 

birbaşa  təsirini  öz  üzərində  hiss  etməsi  başa  düşülür.  Bu  amillərə 

tədarükçüləri,  əmək  resurslarmı,  qanunları  və  dövlət  tənzimlənməsi 

orqanlarını,  istehlakçılan  və  rəqibləri  aid  etmək  olar.  Xarici  mühitin 

dolayı təsir amilləri dedikdə isə təşkilatda yerinə yetirilən əməliyyatlara 

birbaşa sürətdə təsir etməyən amillər başa düşülür. Belə amillərə siyasi 

və sosial-mədəni amillər, iqtisadiyyatın vəziyyəti, beynəlxalq hadisələr, 

elmi-texniki tərəqqi aiddir (şək. 3.I.). 

 

Xarici  mühitin  xarakteristikasma  amillərin  bir-birilə  qarşılıqlı 



əlaqədə  olması,  mürəkkəblik,  mütəhərriklik  (dəyişkənlik)  və  qeyri 

müəyyənlik aiddir. 

Xarici mühitin bir çox amilləri təşkilata təsir göstərə bilər. Xarici 

mühit  amillərinin  bir-birilə  qarşılıqlı  əlaqədə  olması  -  bu  bir  təsir 

amilinin dəyişməsinin digər amillərə qarşılıqlı surətdə təsir göstərməsi 

səviyyəsi deməkdir. Həmçinin, birbaşa təsir amillərindən 

104

 



Təşkilatın daxili və xarici mühiti 

birinin (daxili dəyişənlərdən hər hansı birinin) dəyişməsi digərlərinə də 

təsir göstərə bilər, həmçinin dolayı təsir amillərindən birinin dəyişməsi 

digərlərinin dəyişməsini şərtləndirə bilər. 

Müxtəlif  xarici  mühit  amillərinin  qarşılıqlı  əlaqəsi  müasir 

təşkilatları  əhatə  edən  mühitin  kəskin  şəkildə  dəyişməsinə  səbəb  olur. 

Artıq rəhbərlər xarici amillərə təcrid olunmuş şəkildə baxa bilmirlər, indi 

onlar belə bir mövqeydən çıxış edirlər ki, xarici mühit amilləri bir-birilə 

qarşılıqlı əlaqədədirlər və dəyişikliklərə məruz qalmaları labüddür. 

Xarici mühitin mürəkkəbliyi dedikdə təşkilatın reaksiya verməyə 

borclu  olduğu  amillərin sayı,  həmçinin onlardan  hər birinin variantlığı 

səviyyəsi başa düşülür. Əgər təşkilatın dövlət qərarları, bir sıra maraqlı 

qruplar,  çoxsaylı  rəqiblər  və  sürətli  texnoloji  dəyişikliklər  şəraitində 

reaksiya verməyə məcbur olduğu xarici mühit amillərinin sayı haqqında 

danışılırsa  onda  təsdiq  etmək  olar  ki,  bu  təşkilat  cəmisi  bir  neçə 

tədarükçü,  bir  neçə  rəqiblə  işləyən  və  tədricən  texnoloji  dəyişiklikləri 

həyata  keçirən  təşkilatlara  nisbətən  daha  mürəkkəb  şəraitdə  fəaliyyət 

göstərir. 

Mühitin  mütəhərriklivi  -  bu  təşkilatm  ətrafmda  baş  verən 

dəyişikliklərin  sürətidir.  Bir  çox  tədqiqatçılar  göstərirlər  ki,  müasir 

təşkilatları əhatə edən mühit artan sürətlə dəyişir. 

Xarici  mühitin  qeyri-müəyyənliyi  təşkilatm  malik  olduğu 

informasiyanın miqdar funksiyası ilə müəyyən edilir. Əgər informasiya 

azdırsa  və  ya  onun  dəqiqliyi  şübhəlidirsə  onda  adekvat  informasiyaya 

malik olana və onun yüksək etibarlığma inam olan situasiyalara nisbətən 

mühit daha qeyri-müəyyən olacaqdır. 

Eyni zamanda yuxanda qeyd etdiyimiz xarici mühit amilləri bu və 

ya digər dərəcədə bütün təşkilata və beynəlxalq səviyyədə təşkilata təsir 

edir  və  mürəkkəbliyinin  artması  ilə  fərqlənir.  Bu  isə  hər  bir  ölkəni 

xarakterizə edən unikal amillər məcmusu ilə şərtlənir. 

Təşkilatın  xarici  mühitinə  təsir  edən  birbaşa  amillər.  Təşkilatm 

xarici mühitinə təsir edən amillərə nəzər salarkən müəyyən etmək olur 

ki,  mühitin  xarakteristikası  fərqlidir.  Lakin  onun  amilləri  ilə  qınimaz 

surətdə bağlıdır. Qarşılıqlı bağlılığın, mürəkkəbliyin, mütəhərrikliyin və 

qeyri-müəyyənliyin xarakteristikası həm birbaşa və həm də dolayı təsir 

amillərini  özündə  birləşdirir.  Bu  asılılıq  mühitə  birbaşa  təsir  edən 

amillərə:  tədarükçülərə,  qanunlara və dövlət orqanlarına, istehlakçılara 

və rəqiblərə, əmək resurslarına baxarkən aydın olur. 

Tədarükçülər. Sistem yanaşma nöqteyi-nəzərindən təşkilat - 

105 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə