Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə47/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   43   44   45   46   47   48   49   50   ...   357

Sosial məsuliyyət və menecmentin etikası 

əhəmiyyətli 

dərəcədə 

töhfə 


vermək 

təcrübəsindən 

məhrumdurlar. Cəmiyyətin təkmilləşdirilməsinə müvafiq dövlət 

müəssisələrində 

və 

xeyriyyə 



təşkilatlarında 

işləyən 


mütəxəssislər kömək etməlidirlər. 

Azərbaycanda  bazar  münasibətlərinin  formalaşması  şəraitində 

müasir menecmentin etik problemləri xüsusi aktuallıq kəsb edir. 

Sosial  məsuliyyət  probleminin  mərkəzində  şəxsi  dəyərlər  (xeyir 

və şərə münasibətdə ümumi inamlar) durur. Təşkilatların qanunlara tabe 

olaraq  mənfəəti  maksimuma  çatdırılmasını  hesab  edən  insanlar  hər 

şeydən  əvvəl  mənfəətin  maksimuma  çatdırılmasına,  effektliyə  və 

qanunlara  ciddi  şəkildə  əməl  edilməsinə  yüksək  qiymət  verirlər, 

altruizmi'  isə  aşağı  dəyərləndirirlər.  Bu  tip  insanlar  hesab  edirlər  ki, 

təşkilatın  hərəkətləri  nə  qədər  ki,  mövcud  sistemin  dəyərlərinə  cavab 

verirsə  onda  demək  olar  ki,  o  düzgün  hərəkət  edir  və  sosial  cəhətdən 

məsuliyyətlidir. 

Lakin  biznesin  etikası  yalnız  sosial  cəhətdən  məsuliyyətli 

davranış  problemini  əhatə  etmir.  O,  menecer  və  idarəedicilərin 

davranışlarının  geniş  aspektli  variantlarını  özündə  birləşdirir.  Bundan 

əlavə onların bu və ya digərinə nail olmaq üçün istifadə etdiyi məqsədlər 

və  vasitələr  də  onun  diqqət  mərkəzindədir.  Məsələn,  demək  olar  ki, 

bütün  iş  adamları  müqavilə  bağlamaq  xatirinə  məmurlara  rüşvət 

verilməsini qeyri-etik hesab edirlər. Bu vasitələr qeyri-etikdir. 

Müəssisə  rəhbərləri  işin  gedişində  istifadə  edilən  qeyri-etik 

tədbirlərin genişləndirilməsi səbəblərinə aşağıdakıları aid edirlər: 

-

 



etik mülahizələri kənara sıxışdıran Rəqabət mübarizəsini; hər 

üç aydan bir başqa sözlə rüblük hesabatlarda mənfəət 

səviyyəsini göstərməyə cəhd edilməsini

-

 



rəhbərlərin etik davranışa görə lazımi mükafatlandırmanı 

təmin etməkdə uğursuzluğunu

Azərbaycan cəmiyyətində etik normaların əhəmiyyətinin 

ümumən aşağı düşməsini. Bunun nəticəsidir ki, iş yerlərindəki 

qeyri-etik davranışları adətən bağışlayırlar; İşçilərin özlərinin 

şəxsi mənafeləri ilə idarəedicinin mənafeləri arasında 

kompromisə nail olmaq məqsədi ilə təşkilatın xeyrinə sıravi 

işçilərə təziq göstərilməsini. 

'  Altruizm (fr.allruisme, lal.  Alttr  - başqa) digor in.sanların rifahı namino təmənnasız 

çalışmaq,  öz  şəxsi  maraqlarını  digərlərinin  xeyrinə  qurban  verməyə  hazır  olmaq 

(eqoizmin-əksi) 

125 



Təşkilat menecmentin obyekti kimi 

Təşkilat  rəhbərlərin  və  sıravi  işçilərin  etik  davranış 

xarakteristikalarını  yüksəltmək  məqsədilə  müxtəlif  tədbirlər  nəzərdə 

tutur.  Belə  tədbirlərə  etik  normativlərin  hazu'lanmasını,  etika  üzrə 

komitələrin  yaradılmasını,  sosial  təftişlərin  keçirilməsini  və  etik 

davranışlann öyrədilməsini aid etmək olar. 

Etik  normativlər etik dəyərlər və qaydaların  məcmusu sistemini 

özündə birləşdirir. Təşkilat rəhbərliyinin fikrincə onun bütün işçiləri öz 

fəaliyyətlərində  bunları  rəhbər  tutmalıdırlar.  Onlar  təşkilatın 

məqsədlərini  təsvir  edilməsi,  normal  etik  atmosferin  yaradılması  və 

qərarların qəbulu prosesində etik tövsiyyələri müəyyən etmək məqsədi 

ilə işlənib hazırlanır. 

Etika üzrə komitələr etika nöqteyi-nəzərindən gündəlik təcrübəni 

qiymətləndirmək  üçün  bir  sıra  təşkilatlarda  daimi  əsasda  yaradılır. 

Demək  olar  ki,  belə  komitələrin  bütün  üzvləri  yuxarı  səviyyə 

rəhbərləridir.  Bir  sıra  təşkilatlar  belə  komitələr  yaratmırlar,  bunun 

əvəzində  muzdla  etika  üzrə  vəkillər  adlanan  biznes  etikası  üzçə 

mütəxəssislərindən istifadə edirlər. Belə vəkilin rolu təşkilatın fəaliyyəti 

ilə, həmçinin təşkilatın «sosial vicdanı» fimksiyasının yerinə yetüilməsi 

ilə bağlı olan etik məsələlər üzrə mülahizələr hazırlamaqdan ibarətdir. 

Sosial  təftiş  təşkilatın  sosial  təsir  hərəkətləri  və  proqramları 

haqqında hesabatları tərtib etmək və onları qiymətləndirmək üçün təklif 

edilir. Sosial təftişin tərəfdarları belə hesab edirlər ki, bu tip hesabatlar 

təşkilatın sosial məsuliyyət səviyyəsi haqqında məlumatlar verir. Sosial 

təftiş metodunun cari vəziyyətinə baxaraq tədqiqatçılar göstərirlər ki, bu 

metod yüksək maraq və sürətli inkişaf dövrünü başa vuraraq ən yüksək 

səviyyəyə  çatıb.  Bununla  da  haradasa  ilkin  məqsədlərdən  məhrum 

olaraq,  son  nəticədə  onun  daha  aktiv  ardıcıllarmın  qabaqcadan 

söylədiyinə nisbətən daha az ambisiyalı formada özünü binizə verir. Bu 

fəallığın yeganə nəzərə çarpan izi - demək olar ki, universaldır. 

Etik  davranışın  öyrədilməsi.  Təşkilatlar  rəhbərlərin  və  sıravi 

əməkdaşlarm  etik  davranış  göstəricilərini  yüksəltmək  üçün  bundan 

istifadə  edirlər.  Bu  məqsədlə  işçiləri  biznes  etikası  ilə  tanış  edirlər  və 

qarşıya  çıxa  bilən  etik  problemlərin  həllinə  onların  həssaslığını 

yüksəldirlər.  Etikanın  bir  fənn  kimi  ali  məktəb  səviyyəsində  biznesin 

öyrədilməsi kursuna daxil edilməsi etik davranışın öyrədilməsinin daha 

bir  formasıdır.  Bunun  sayəsində  təhsil  alanlar  bu  problemi  daha  yaxşı 

başa düşməyə başlayu*lar. 

Təşkilatlar keçmiş dövrə nisbətən bu gün etik məsələlərində 

126 



Sosial məsuliyyət və menecmentin etikası 

daha qayğılı görünürlər. Onlar öz təcrübəsində etik davranışların tətbiqi 

ilə  bağlı  konkret  addımlar  atırlar.  Gündəlik  qazetlərdə  istənilən  tip 

təşkilatların işçilərinin qeyri-etik və hüquqa zidd davranışları haqqmda 

çoxlu  sayda  informasiyalar  ilə  rastlaşdığımıza  baxmayaraq  belə  hesab 

edirik ki, təşkilatlar özləri də əməkdaşlarmın etik hərəkətlərinə dair əks 

nümunələr göstərməkdə çatışmamazlıqlar hiss etmirlər. Yuxarıda adları 

çəkilən müxtəlif proqram və metodları tətbiq etməkdə davam edərək və 

təşkilatm yüksək səviyyə rəhbərliyinin lazımi etik davranışın nümunəvi 

modelinə  xidmət  etməsinə  nail  olmaqla  təşkilatlar  özlərinin  etik 

standartlanm yüksəldə bilərlər və yüksəltməlidirlər. 

127 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə