Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə49/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   45   46   47   48   49   50   51   52   ...   357

İstehsal kooperativləri 

Məhdud  resurslara  malik  olan  fərdi  müəssisələr  mənfəətdən 

razılaşdırılmış paylarını aldmaqla daha iri həcmdə məhsul buraxılışı və 

onun  bazara  çatdırılması  üzrə  iri  firmalarla  razılığa  gələ  bilərlər.  Bu 

eksportun həyata keçirilməsində rast gəlinən adi praktikadır. 

Yuxarıda qeyd edilən hallarda müəssisəyə tək başına rəhbərlik 

etməklə dar ixtisaslaşdırmamn üstünlüklərini saxlamaqdır. 

§2. İstehsal kooperativləri 

İstehsal  kooperativi  (arteli)  kimi  birgə  isitehsal  və  ya  digər 

təsərrüfat  fəaliyyəti  (sənaye,  emal,  sənaye  satışı,  kənd  təsərrüfatə  və 

digər məhsullar, işlərin yerinə  yetirliməsi,  ticarət,  məişətxidməti, digər 

xidmətlər  göstərilməsi  və  s.)üçün  üzvülük  əsasmda  vətəndaşlarm 

könüllü birləşməsi  qəbul  olunur. Bu birləşmə onların əməkdə şəxsi  və 

digər formada iştirakıvna əsaslanır və onun üzvlərinin (iştirakçılarının) 

əmlak pyları ödəmələrinə əsaslanır. 

«İstehsal koperativi» və ya «artel» i sözü koperativin firma adına 

daxil olur. 

İstehsal  kooperativinin  təsis  sənədi  onun  üzvlərmin  ümumi 

yığıncağında təsdiq olunmuş nizamnaməsidir. Koperativ üzvlərinin sayı 

beş nəfərlən az olmamalıdır. İstehsal kooperativnini mülkiyyətində olan 

əmlak  kooperativin  nizamnaməçsinə  uyğun  olaraq  onun  üzvlərinin 

payına  bölünür.  Koperativin  mənfəəti  əgər  onun  nizamnaməsində  və 

digər  qanunlarda  nəzərdə  tutulan  qaydası  yoxdursa  onun  üzvlərinin 

əməkdə iştirakına görə bölüşdürülür. Koperativ ləğv edildtkedən sonra 

əmlak  və  onun  kreditorlannın  tələblərinin  ödənilməsi  də  eyni  qaydada 

həyata keçirilir. 

Koperativin idarə edilməsinin ali orqanı-onun üzvlərinin ümumi 

yığmcağıdır.  Koperativin  üzvləri  ümumi  yığmcaqda  qərarlar  qəbul 

edilərkən  bir  səsə  malik  olur.  Onun  öz  mülahizirələrinə  görə 

kooperativdən çıxmaq huququ var. Bu halda o müvafiq payın dəyərini və 

ya ona verilmiş əmlakı, həmçinin kooperativin nizamnaməsində nəzərdə 

tutulan ödəmələri qaytarmalıdır. 

istehsal  kooperativi  onun  üzvlərinin  bir  səslə  qəbul  etdikləri 

qərara görə könüllü olaraq təsərrüfat yoldaşlığına çevrilə və ya ləğv edilə 

bilər. 


Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  «Müəssisələr 

haqqında»  və  «Sahibkarlıq  fəaliyyəti  haqqında»  kı  qanunları  və 

özəllişdirmə haqqındakı qammvericiliyi sahibkarlığın, müstəqil təşkilati 

hüquqi forması kimi-kommersiya təşkilatının növlərindən 

131 



Menecmentin təskilati formaları 

biri olan İstehsal kooperativlərinin dirçəlməsinə əlverişli şərait yaradır. 

İstehsal  kooperativi  həm  yoldaşlıq  müəssisələrindən  və  həm  də 

cəmiyyətlərdən aşağıdakı əlamətlərə görə fərqlənir: 

-

 

istehsal  kooperativ  fiziki  şəxslərin-fərdi  sahibkar  olmayan, 



lakin  kooperativin  işində  şəxsi  əməkləri  ilə  iştirak  edən  vətəndaşların 

könüllü  birləşməsinə  əsaslanır.  Buna  müvafiq  olaraq  kooperativin  hər 

bir  üzvü  özünün  qoyduğu  əmlak  payının  həcmindən  asılı  olmayaraq 

onun idarə edilməsində bir səsə malikdir

-

 

kooperativin  əldə  etdiyi  mənfəət  hər  şeydən  əvvəl  əmlak 



payına görə deyil, əmkdə iştirak nəzərə almaqla bölüşdürülür. 

Məhz  buna  görə  də  istehsl  kooperativləri  Əmək  Məcəlləsində 

artel kimi xarakteriza olunmuşdur

-əmək məcəlləsi kooperativ- artel klassik konsktruksiyasını iki 

mühüm müddəa ilə tamamlayır: 

Kooperativin  üzvləri  onun  borclarpına  görə  əlavə  məsuliyyət 

daşıyır.  Lakin  bütün  əmlakı  İlə  deyil,  əvvəlcədən  nizamnamədə 

müəyyən edilmiş həcmdə (Bu onu müəyyən mənada əlavə məsuliyyətli 

cəmiyyətlə yaxınlaşdırır). Adətən bu məbləğ ödəniş payı və ya koopertiv 

üzvlərinin iştirak payı ilə müqyisədə dəfələrlə çox olur. Lakin bu məbləğ 

qanunda  nəzərdə  tutulan  minimumdan  az  ola  bilməz.  Koperativ 

yaradılarkən  müəyyən  əmlak  payı  qoyan  və  buna  müvafiq  gəlir  alan, 

lakin onun fəaliyyətində bilavasitə iştirak etməyən həm hüquqi həm də 

fiziki şəxslər koopertivin üzvü hesab olunur. 

Kooperativləri təsərrüfatçılığın digər təşkilati hüquqi formasından 

fəmləndirən bir sır xüsusiyyətləri də vardır. 

Atıq  yuxarıda  qeyd  edildiyi  kimi  əmək  Məcəlləsində  koopertiv 

üzvlərinin  minimum  sayı  nəzərdə  tutulmuşdur.  Bu  say  beşdən  az 

olmamalıdır. Çünki,  cəmiyyətdən fərqli olaraq kooperativ  "bir şəşxsin 

kompaniyası" kim fəaliyyət göstərə bilməz. Kooperativələrin bölünməz 

fond  yaratmaq  imknı  vardır.Kooperativ  ləğv  edildiyi  halda  bu  əmlak 

kreditorların  bütün  iddiaları  ödənildikdən  sonra  onun  iştirakçıları 

arasında  bölüşdürülür.  Kooperativ  üzvlərinin  şəxsi  borclarına  görə 

kreditorların tələbləri bu əmlakdan ödənilə bilməz . 

Kooperativələrin  mühüm  xüsusiyyətlərindən  biri  də  ondan 

ibarətdir  ki,  burada  əməkdə  iştirak  nəzərə  alınmaqla  yalnız  mənfəət 

bölüşdürülmür, həm də ləğv etmə kvortalı bölüşdürülür. 

İstehsal kooperativlərinin üstünlükləri aşağıdakılardır: 

-koperativin mənfəəti onun üzvləri arasında qoyduqları paya görə 

professional deyil onların əmək töhfəsinə görə bölüşdürülür. 

132 



Dövlət müəssisəsi 

-kooperativ 

ləğv  edildikdən  və  kreditorların  tələbləri 

ödənildikdən  sonra  yerdə  qalan  əmlak  da  eyni  qaydadva  bölüşdürülür. 

Belə  bölgü  qaydası  kooperativin  hər  bir  üzvünün  öz  əməyinə  daha 

vicdanla yanaşmsını maddi cəhətdən mraqlandırır; 

-koopertiv üzvlərinin sayı qanununvericiliklə məhdudlaşdırılmır. 

Bu  da  kooperativə  daxil  olmaq  üçün  fiziki  şəxslərə  böyük  imkanlar 

yaradır; 

-koopertivin idarə edilməsində onun bütün üzvləri bərabər hüqüqa 

malikdir. Belə ki kooperativin hər bir üzvü bir səsə mlikdir. 

Nöqsanları  isə  aşağıdakılardır:  kooperativ  üzlərinin  minimum 

sayının  beş  nəfərdən  az  olmamsı  onun  yaradılması  imkanlarını  xeyli 

dərəcədə  məhdudlaşdırır;  kooperativin  hər  bir 



üzvü

  kooperativin 

borclarına görə məhdud subsidar(maddi) məsuliyyət daşıyır. 

§3. Dövlət müəssisəsi 

Dünya  təcrübəsinin  göstərdiyi  kimi  təsərrüfatçılığın  müxtəlif 

təşkilati-hüquqi formasının mövcud olması bütün ölkələrdə olduğu kimi 

Azərbaycanda da bazar iqtisadiyyatının effektli fəaliyyət göstərməsinin 

ilkin şərtidir. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsərrüfatçılığın 

müxtəlif formalarının olması nəzərdə tutulmuşdur. Onlardan hər birinin 

öz  xüsusisiyyəti,  üstünlüyü  nöqsanı  və  fəaliyyət  göstərmək  hüququ 

vardır. Onların hər birinin mahiyyətinə daha ətraflı nəzər salaq. 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  uyğun  olaraq 

əmlak  paylarının  bölünmək  hüququ  olmayan  mülkiyyətçilərin 

yaratdıqları təşkilatlar dövlət müəssisəsi hesab olunur. 

Dövlət  müəssisəsinin  nizamnaməsində  adi  məlumatlardan  (adı, 

yerləşdiyi ünvan və s.) başqa müəssisənin fəaliyyət predmeti və məqsədi 

haqqında,  həmçinin  müəssisənin  nizamnamə  fondunun  həcmi,  onun 

formalaşması qaydaları və mənbələlri haqqında məlumatlar da öz əksini 

tapmalıdır. 

Dövlət müəssisəsi öz öhdəliklərinə görə ona məxsus olan bütün 

əmlakı ilə məsuliyyət daşıyır. Lakin, bu əmlakın mülkiyyətçisinin, yəni 

dövlətin  öhdəliklərinə  görə  isə  heç  bir  məsuliyyət  daşımır.  Dövlət 

müəssisəsinin 

hüquqi 


vəziyyəti 

(əsasnaməsi) 

Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsi  və  Müəssisələr  haqqında  Qanunla 

müəyyən edilir. 

Azərbaycanda dövlət mülkiyyətinə əsaslanan müəssisələrin 

133 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə