Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə50/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   46   47   48   49   50   51   52   53   ...   357

Menecmentin təskilati formaları 

aşağıdakı növləri fəaliyyət göstərir: 

-

 

əmlakı tamamilə dövlətə məxsus olan müəssisələr



-

 

səhmlərinin  nəzarət  paketi  dövlət  orqanlarma  məxsus  olan 



müəssisələr. 

Dövlət  müəssisəsi  Azərbaycan  Respublikası  qanunvericiliyinə 

görə  dövlət  əmlakmı  idarə  etməyə  vəkil  edilən  dövlət  orqanları 

tərəfindən  yaradıla  bilər.  Belə  müəssisə  mülkiyyətçi  tərəfindən  ona 

verilmiş hüquqlar çərçivəsində təhkim edilmiş əmlak üzərində sahiblik, 

istifadə və sərəncam fəaliyyətini həyata keçirir. 

Dövlət  müəssisələrini digər müəssisələrdən fərqləndirən bir sıra 

xarakterik xüsusiyyətlər vardır: 

-

 

dövlət  müəssisələrində  təsərrüfatçılığın  əsasını  unitar 



prinsiplər  təşkil  etdiyi  halda,  digər  müəssisələrdə  təsərrüfatçılığın 

əsasmı  korparativlik  prinsipləri  təşkil  edir.  Müəssisənin  unitarlığı 

prinsipi 

0

, deməkdir ki, müvafiq təşkilat ona təhkim olunmuş əmlakın 

mülkiyyətçilər  arasında  bölüşdürülməsi  hüququna  malik  deyildir.  Bu 

əmlakın mülkiyyətçisi həmin təşkilatın təsisçisi, başqa sözlə dövlətdir

-

 

dövlət  müəssisəsinin  əmlakı  bölünməzdir  və  heç  bir  şəraitdə 



əmanətlərə,  hissələrə,  paylara,  həmçinin  dövlət  müəssısəsinüı  işçiləri 

arasmda bölüşdürülə bilməz; 

-

 

dövlət  müəssisəsinm  xüsusi  (əsas)  əmlak  statusu  onun 



təsisçilərinin  mülkiyyət  hüququnu  özündə  saxlamasmdadır  və  yalnız 

məhdud  əşya  hüququ  ilə  əmlakın  dövlət  müəssisəsinə  təhkim 

edilməsindən ibarətdir

-

 



dövlət müəssisələrmin idarə edilməsinin də bir sıra fərqləndirici 

xüsusiyyətləri vardu*. Belə müəssisənin orqanı təkbaşına rəhbərdir. O, 

mülkiyyətçi  tərəfindən  və  ya  bu  orqanın  səlahiyyətli  mülkiyyətçisi 

tərəfindən təyin edilir və onun qarşısında hesabat verir. 

Dövlət müəssisələri təsisçilərin verdiyi hüquqdan asılı olaraq iki 

kateqoriyaya bölünür: 

-

 

təsərrüfatı aparmaq hüququ; 



-

 

operativ idarəetmə hüququ. 



Təsərrüfatı aparmaq və operativ idarəetmə hüququ klassik bazar 

iqtisadiyyatı  olmayan  ölkələrdə  əşya  hüququnun  xüsusi  növlərindən 

biridir.  Onlar  hüquqi  şəxslərin  -  qeyri  mülkiyyətçilərin  mülki  hüquqi 

münasibətlərdə müstəqil iştirakı üçün əmlak bazası rolunu oynayır. 

Təsərrüfatı  aparmaq  hüququ  dedikdə  bu  dövlət  müssisəsinə 

qanunverici orqan tərəfindən qəbul edilmiş qanunlar və digər hüquqi 134 




Yoldaşlıq müəssisələrinin təşkili və idarə edilməsi 

aktlar çərçivəsində mülkiyyətçinin əmlakını əldə etmək, ondan istifadə 

etmək və ona sərəncam vermək hüququnu nəzərdə tutur. 

Operativ  idarəetmə  hüququ  dedikə  isə  fəaliyyət  məqsədinə, 

mülkiyyətçinin  tapşırığma  və  mülkiyyətin  təyinatına  uyğun  olaraq 

müəyyən  edilmiş  qanun  çərçivəsində  mülkiyyətçinin  ona  tapşırılmış 

əmlakından  istifadə  etmək  və  ona  sərəncam  vermək  hüququ  olan 

müəssisə başa düşülür. 

Təsərrüfatı  aparmaq  hüququ  ilə  operativ  idarəetmə  hüququ 

arasmdakı  fərq  müəssisənin  mülkiyyətçidən  aldığı  səlahiyyətin 

məzmunundan  və  həcmindən  asılıdır.  Təsərrüfatı  aparmaq  hüququ 

operativ  idarəetmə  hüququndan  genişdir.  Başqa  sözlə  təssərrüfatı 

aparmaq  hüququ  əsasında  fəaliyyət  göstərən  müəssisələr  idarəetmədə 

operativ idarəetmə hüququna əsaslanan müəssisələrə nisbətən daha çox 

müstəqilliyə malikdirlər. 

Təsərrüfatı  aparmaq  hüququna  əsaslanan  dövlət  müəssisəninin 

təsisçiləri  müəssisənin  iflasa  uğraması  təsisçilərin  günahı  üzündən  baş 

verməsi halı istisna olmaqla müəssisənin öhdəlikləri üçün cavabdehlik 

daşımırlar.  Dövlət  müəssisələrinin  müflisləşməsi  zamanı  Azərbaycan 

Respublikası  təsisçisi  kimi  onun  əmlakı  kifayət  etmədikdə  belə 

müəssisələrin öhdəlikləri üçün subsidar məsuliyyət daşıyır. Buradan belə 

bir  nəticə  çıxır  ki,  operativ  idarəetmə  hüququna  əsaslanan  dövlət 

müəssisəsi prinsipcə iflasa uğraya bilməz. 

§4. Yoldaşhq müəssisələrinin təşkili və idarə edilməsi 

Menecmentin  təşkilati  formalarından  biri  də  yoldaşlıq 

müəssisələridir.  Yoldaşlıq  müəssisələrində  həm  istehsal  fəaliyyətinin 

təşkili  həm  də  nizamnamə  kapitalının  formalaşması  iki  və  daha  çox 

şəxsin  (fiziki  və  ya  hüquqi)  birgə  səyi  və  vəsaiti  ilə  həyata  keçirilir. 

Onlardan hər biri müəyyən hüquqlara malik olur və müəyyən məsuliyyət 

daşıyırlar.  Bu  hüqüq  və  məsuliyyət  dərəcəsi  onların  hər  birinin 

nizamnamə  kapitalmdakı  payının  həcmindən  və  belə  yoldaşlıq 

müəssisəsinin idarə edilməsi strukturunda tutduğu yerdən asılıdır. 

Məsələn Siz dostunuzla hər hansı bir müəssisə yaradırsınız və ora 

1,5  milyon  manat  vəsait  qoyursunuz,  dostunuz  isə  1,0  milyon  manat 

vəsait qoyur. Bu o, deməkdir ki, nizamnamə kapitalının 60 faizi Sizə, 40 

faizi isə dostunuza məxsusdur. Əgər sonradan ya Siz, ya da ki, dostunuz 

əlavə  vəsait  qoymursunuzsa,  onda  alınan  xalis  mənfəət  hər  birinizin 

qoyduğunuz paya müvafiq olaraq 

135 



Menecmentin təşkilatı' formaları 

bölüşdürüləcəkdir.  Yəni  Sizə  60  faiz  və  dostunuza  isə  40  faiz.  Eyni 

zamanda  zəruri  hallarda  (məsələn,  müəssisənin!  zərərli  fəaliyyət 

göstərdiyi  dövrlərdə)  Sizin  hər  biriniz  qoyduğunuz  kapitala  uyğun 

olaraq məsuliyyət daşıyırsınız. 

Yoldaşlıq müəssisələri aşağıdakı şəxslər tərəfindən yaradıla 

bilər: 

1)

 



fərdi şəxslər tərəfindən; 

2)

 



fərdi şəxslər və kommersiya təşkilatları tərəfindən; 

3)

 



kommersiya təşiklatları tərəfindən 

Mülki  Məcəlləyə  görə  nizamnamə  kapitalı  təsisçilərin 

(iştirakçıların)  payına  bölünən  kommersiya  təşkilatları  təsərrüfat 

yoldaşlığı və ya cəmiyyət hesab olunur. 

Təsərrüfat  yoldaşlığı  və  cəmiyyətin  ümumi  əlamətləri 

aşağıdakılardır: 

1

 

-  təsisçilərin  əmanəti,  həmçinin  onun  fəaliyyəti  prosesində 



təsərrüfat yoldaşlığı və cəmiyyətin əldə etdiyi vəsait hesabına yaradılan 

əmlak ona mülkiyyətçi hüququ verir; 

2

 

-  bütün  onlar  hamısı  ümumi  hüquqi  səlahiyyətə  malik  olan 



kommersiya təşkilatları hesab olunur

3

 



-  cəmiyyət  və  yoldaşlıq  hüquqi  şəxs  kimi  digər  cəmiyyət  və 

yoldaşlıq müəssisələrinin iştirakçısı ola bilər; 

4

 

-  cəmiyyət  və  yoldaşlıq  müəssisələri  öz  əmlaklarınm 



mülkiyyətçiləri olduğuna görə cəmiyyətə münasibətdə onun iştirakçıları 

(təsisçiləri)  məsuliyyət  xarakterli  hüquqlara  malikdir.  Onlar  əmlak 

üzərində əşya hüququna malik deyillər. 

Təsərrüfat  yoldaşlığı  və  cəmiyyət  təsərrüfatçılığın  təşkilati- 

hüquqi formasına görə bir-birinə yaxındırlar. Bu da bir növün digərinə 

çevrilməsinə  imkan  verir.  Lakin  onlan  bir-birindən  fərqləndirən 

əhəmiyyətli  fərqləri  də  vardır:  Belə  ki,  əgər  yoldaşlıq  şəxslərin 

birləşməsidirsə, cəmiyyət kapitalların birləşməsidir. Bu əsas fərqə görə 

də cəmiyyət və yoldaşlığın müxtəlif hüquqi vəziyyətləri müəyyən edilir; 

5

 



-  iştirakçıları  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmalı  olan 

yoldaşlıqda yalnız fərdi sahibkarlar və ya kommersiya təşkilatları iştirak 

edə bilərlər; 

6

 



- cəmiyyət bir nəfər tərəfindən yaradıla bilər, yoldaşlıq isə 

yox. 


Təsərrüfatçılığın bu formaları üzərində daha ətraflı dayanaq. 

Mülki  Məcəlləyə  görə  təssərrüfat  yoldaşlığı  tam  yoldaşlığa  və 

inama əsaslanan (kommandit) yoldaşlığa bölünə bilər. Bunu əyani 136 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə