Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə58/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   54   55   56   57   58   59   60   61   ...   357

Birjalar  ____________________________________________________________________________   

(əks sövdələşmə həyata keçirilir). Bu da nəqdi bazardakı itkiləri birjadan 

alman mənffət hesabına aradan qaldırmağa imkan verir və ya əksinə. 

Fyuçers sövdələşmələri qiymətlərin bərabərləşdirilməsinə kömək 

edir. Çünki, onun bağlanması ilə yerinə yetirilən sazişlərin sayı çoxalır 

və qiymətlərin enib-qalxması azalır. Bu isə öz növbəsində iqtisadiyyatın 

sabitləşməsinə müsbət təsir göstərir. 

Loqistika və məmulatı tədarükünün *'dəqiq vaxtmda*V 

Loqistika - bu istehsal və tədavül sferasında material potokunun 

idarə  edilməsindən  ibarət  olan  təsərrüfat  fəaliyyəti  istiqamətidir, 

həmçinm  material  potoklarının  effektliyinin  yüksəldilməsinin  yeni 

imkanlarmm axtarılmasının elmi istiqamətləridir. 

Əmtəə tədavülü sferasında loqistika təsərrüfat prosesini və vahid 

tam  kimi  əmtəələrin  hərəkətinin  ayn-ayrı  mərhələlərini,  pillələrini  və 

əməliyyatlarını  ifadə  edir.  Təsərrüfat  münasibətlərinin  bu  sahəsində 

loqistikanın  başlıca  məqsədi  "lazımi  məhsulun  lazımi  yerdə,  lazımi 

vaxtda, lazımi xərclərlə və lazımi vəziyyətdə" olmasında ifadə olunur. 

Bazar  münasibətlərinin  intensivləşməsi  şəraitində  təsərrüfat 

fəaliyyətində  loqistikanm  inkişafı  əmtəə  hərəkəti  sferasında  loqstika 

tsiklinin məzmununu formalaşdırmağa və açmağa imkan verir. 

Loqistika tsikli - bu tədarük şifarişinin tərtib olunması ilə istehsal 

vasitələri  tədarükü  və  sifariş  edilmiş  məhsulım  istehlakçmın  ambarma 

çatdırılması  arasındakı  vaxt  intervalıdır.  Loqistika  tsiklinin  aşağıdakı 

elementləri müəyyənəlşdirilmişdir: 

-

 

sifarişin formalaşmasına və onun tərtibinə sərf olunan vaxt



-

 

tədarükçünün  sifarişmin  yerinə  yetirilməsinə  və  ya 



ötürülüməsinə sərf olunan vaxt; 

-

 



tədarükçülərin sifarişlərinin yermə yetirilməsüıə sərf olunan 

vaxt; 


-

 

hazırlanmış məhsulun tədarükçüyə çatdırılması vaxtı. 



İstehlakçmın nöqteyi-nəzərincə axırmcı iki element daha 

vacibdir.  Onlar  həm  müqavilənin  yerinə  yetirilməsi  və  həm  də 

tədarükçünün  qiymətləndirilməsüıin  seçilməsi  nöqteyi-nəzərindən 

vacibdir. 

Tədarükün  «dəqiq  və  vaxtmda»  yerinə  yetirilməsi  -  bu  yalnız 

öhdəliklərin yerinə yetirilməsi deyildir, həm də partniyorlarla qarşılıqlı 

münasibətdə təsərrüfat strategiyasmm aydmiaşdırılmasıdır, təzahürüdür. 

157 



Menecmentin təskilati formalan 

§8. Banklar 

Banklar. 

Bank  özündə  müvəqqəti  sərbəst  pul  vəsaitlərini 

(əmanətləri) cəmləşdirən, onu kredit şəklində (borc, ssuda) müvəqqəti 

istifadəyə  verən,  müəssisələr,  idarələr  və  şəxslər  arasmdakı  qarşılıqlı 

ödəmələrdə  və  hesablaşmalarda  vasitəçilik  edən  ixtisaslaşdırılmış 

maliyyə institutudur. 

Banka  verilən  bu  tərif  dövlət  və  ya  kommersiya  (xüsusi  və  ya 

səhmdar) bankları üçün doğrudur. Mərkəzi (Milli) bank əsasən emissiya 

da  daxil  olmaqla  ölkədə  pul  tədavülünün  tənzimlənməsi  funksiyasını 

yerinə  yetirir.  Mərkəzi  (Milli)  bank  bir  qayda  olaraq  dövlətə  məxsus 

olur. Kommersiya bankları mənfəət əldə etmək üçün fəaliyyət göstərən 

müəssisələr kateqoriyasına aiddir. 

Bank  işinin  təşkilində  başlıca  problem  müştərilərə  keyfiyyətli 

xidmətdir. 

Bank 

strukturlannm 



fəaliyyətinin 

mühüm 


xarakteristikalarından  biri  bank  ödəmələrinin  həyata  keçirilməsidir. 

Bank ödəmələrinin üç növünü bir-birindən fərqləndirirlər: 

-

 

bank daxili ödəmələr



-milli səviyyədə banklararası ödəmələr; 

-

 



beynəlxalq səviyyədə banklararası ödəmələr. 

Bankdaxili  ödəmələr  -  bu  hər  şeydən  əvvəl  filiallarla  olan 

hesablaşmalardır.  Bu  istiqamətdəki  operativ  iş  üçün  adətən  rabitənin 

ənənəvi  növlərindən:  telefondan,  teletauypdan  və  poçtdan  istifadə 

edirlər. Teletayp əlaqəsi bütün dünyada qəbul olunan standart cədvəllər 

açarı şəklində tətbiq edilir. Şəhərlərarası hesablaşmalarda çox vaxtı əsas 

yük bu məqsəd üçün xüsusi ayrılmış telefon xəttinə düşür. 

Bankın əsas funksiyası korporartiv müştərilərə (hüquqi şəxslərə) 

və xüsusi müştərilərə (fiziki şəxslərə) xidmət etməkdir. 

Müştərilər üçün bank hesablar açır. Bu hesablar cari və təcili ola 

bilər. 

Cari  hesab 

özündə  depozit,  başqa  sözlə  müştəriyə  maliyyə 

xidməti üçün əmanətlər qəbul edilməsini əks etdirir. Müştərinin tapşırığı 

ilə bank bu əmanətdən digər şəxslərin xeyrinə ödəmələr həyata keçirir 

və ya müştərinin tələbi üzrə bu hesabda olan vəsaitin bir hissəsini özünə 

verir,  həmçinin  digər  ödəyicilərdən  (borclulardan,  kreditorlardan)  bu 

müştərinin ünvanına daxil olan bütün vəsaiti onun hesabma köçürür. 

Təcili  hesab, 

özündə  xüsusi  şərtlərlə  depozitləri  əks  etdirir.  Bu 

zaman hər iki tərəfin (bank və müştərinin - bu hesabın 158 



Banklar ____________________________________________________________________________   

mülkiyyətçisinin) qeyd etdikləri müddət ərzində müştəri öhdəlik götürür 

ki, bu hesabda olan vəsaitlə heç bir manipulyasiyaya yol verməyəcəkdir. 

Bu isə banka imkan verir ki, razılaşdırılmış müddət ərzində bu məbləğə 

sərbəst sərəncam versin. 

Müştərilərin nöqteyi-nəzərindən 

bankm funksiyalarına 

aşağıdakılar aiddir: 

-

 

müştərilərdə olan vəsaitin salamatlığmın təmin edilməsi



-

 

onun tələbatlannm maliyyə təminatı; 



-

 

 müştərilərin sərbəst pul 



vəsaitlərinin 

bankda 


yerləşdirilməsi  ilə  əlaqədar  olaraq  müəyyən  gəlirin  təmin 

edilməsi; 

-

 

müştərilərin  bankdan  ssuda,  müəyyən  haqq  müqabilində 



müəyyən müddətə pul formasında borc istəmək imkanı. 

Bankm  öz  nöqteyi-nəzərindən  onun  fəaliyyəti  iki  əsas  hərəkətin 

daima həyata keçirilməsinə xidmət etməlidir: 

-müştərilərdə və ya potensial mümkün müştərilərdə olan müxtəlif 

həcmli  pul  vəsaitlərini  cəlb  etmək  və  bu  əsasda  iri  məbləğdə  pul 

vəsaitlərinin təmərküzləşməsi; 

-

 

hər  hansı  bir  layihənin  həyata  keçirilməsi  üçün  bu 



məbləği  kredit  formasmda  müəyyən  müddətə  daha  əlverişli  şəkildə 

yerləşdirmək. 

Bankm  gəliri  maliyyə  vəsaitinin  bir  tərəfdən  cəlb  edilməsi  və 

digər  tərəfdən  yerləşdirilməsi  hesabma  təmin  edilir.  Mənfəəti  isə  belə 

vəsaitdən  müvəqqəti  istifadə  etdiyinə  görə  bankm  maliyyə  vəsaitinin 

mülkiyyətçisinə ödədiyi məbləğlə banka cəmlənmiş maliyyə vəsaitindən 

müvəqqəti istifadə etmək hüququ verilmiş üçüncü şəxsin banka ödədiyi 

məbləğ arasındakı fərqlə təmin edilir. 

Banka və onun müştərilərinə münasibətdə müəyyən edilən qiymət 

ssuda faizi, qiymətlərin səviyyəsi isə ssuda faizinin dərəcəsi adlanır. 

Bank  iki  hərəkəti  (depozitlərin  cəlb  edilməsi  və  kreditlərin 

yerləşdii'ilməsi)  yerinə  yetirdiyinə  görə  ssuda  faizinin  dərəcəsi  ikili 

xarakter daşıyır: 

-

 



depozitlər üzrə ssuda faizinin dərəcəsi

-

 



kreditlər üzrə ssuda faizinin dərəcəsi. 

Bu  iki  dərəcə  keyfiyyət  cəhətdən  eyni  bir  şeydir,  yəni  özgənin 

maliyyə  vəsaitindən  müvəqqəti  istifadə  hüququna  görə  haqqdır; 

kəmiyyət cəhətdən isə onlar bir-birindən fərqlənir, belə ki, həmişə kredit 

üzrə dərəcə depozit üzrə dərəcədən 

3

diksəkr. Çünki, məhz bu 

159 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə