Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə55/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   51   52   53   54   55   56   57   58   ...   357

Kiçik müəssisələrin idarə edilməsi 

sağlamlaşdırılması  üçün  əlverişli  şərait  yaradır:  rəqabət  mühiti  inkişaf 

edir; fəal strukturun yenidən qurulması həyata keçirilir; istehlak sektoru 

genişlənir. Kiçik müəssisələrin inkişafı bazarm xidmətlər və əmtəələrlə 

təchizatının  yüksəlməsinə,  eksport  potensialmın  çoxalmasına,  yerli 

xammal resurslarından daha yaxşı istifadə edilməsinə gətirib çıxarır. 

Kiçik  müəssisələrm  əmək  tətbiqi  sferasmm  genişləndirməsi, 

yalnız  əhalinin  işə  düzəlməsi  üçün  deyil,  hər  şeydən  əvvəl  əhalinin 

sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaratması, yaradıcı qüvvələrin 

genişləndiriliəsi  və  sərbəst  istehsal  güclərindən  istifadə  edilməsi  ücün 

böyük əhəmiyyət kəsb edir. 

Müxtəlif  ölkələrdə  kiçik  müəssisələrin  fəaliyyət  göstərməsi 

təcrübəsi. 

Kiçik müəssisələr bütün dünyada mühüm rol oynayır. Son bir 

neçə ildə Qərbi Avropa, ABŞ və Yaponiyada çoxlu sayda kiçik və orta 

müəssisələrin  məcmusunu  gzündə  birləşdirən  kiçik  biznes  böyük 

əhəmiyyət  kəsb  etməyə  başlamışdn.  Onların  böyük  əksəriyyətini  20 

nəfərə  qədər  adam  çalışan  xırda  müəssisələr  təşkil  edir.  Kiçik 

müəssisələr yeni iş yerlərinin artımınm 2/3 hissəsini təmin edir. Bu da öz 

növbəsində həmin ölkələrdə işsizliyin azalmasma əhəmiyyətli dərəcədə 

təsir göstərir. 

Kiçik müəssisələr yalnız istehlak sferasmda deyil, həm də ayn  - 

ayrı  qovşaqların  və  kiçik  mexanizmlərin,  yarımfabrikatlarm  və  digər 

elementlərin  istehsalı  sferasmda  da  səmərəlidir.  Son  məhsul  istehsalı 

üçün  zəruri  olan  bu  elementlərin  istehsalı  iri  müəssisələr  üçün  sərfəli 

deyildir.  Bütün  bunlar  hamısı  cəmiyyətin  iqtisadiyyatmda  kiçik 

müəssisələrin  yeri  və  rolunun  müəyyən  edilməsinə  kompleks 

yanaşılması  zəruriliyini  əsaslandırır.  Kiçik  sahibkarlığın  böyük 

ehtiyacları  vardır  ki,  bunu  da  Azərbaycan  Respublikasınm 

iqtisadiyyatınm dirçəldilməsinə yönəltmək olar. 

Məsələn, ABŞ - da kiçik və orta firmalar ümumi milli məhsulun 

və  xüsusi  sektorun  ümumi  məhsulunun  40  faizini  istehsal  edir.  O, 

cümlədən emal sənayesində 21% ; tikintidə 80%; topdan ticarətin 86%; 

xidmət  sferasmda  isə  81%  işlərin  yerinə  yetirilməsi  kiçik  və  orta 

müəssisələrin payma düşür. Bu müəssisələrdə xüsusi bölmənin işçilərin 

təqribən yansı çalışır. Onlar ABŞ iqtisadiyyatmda elmi - texniki tərəqqi 

sferasına  aid  olan  yeniliklərin  50  faizə  qədərinin  yaranmasını  və 

mənimsənilməsini təmin edir. Bıma görə də onlar orta hesabla hər dollara 

iri müəssisələrə nisbətən 17 dəfə çox yeniliklər tətbiq edirlər. 

Son illərdə Avropa ölkələrində kapitalın mərkəzləşdirilməsi və 

149 



Menecmentin təskilati formaları 

təmərküzləşdirilməsi sürətlənmişdir. Məsələn, polad sənayesi Belçikada, 

neft konsernləri  İspaniyada, ASK  - lar Danimarkada və Hollandiyada, 

həmçinin  polad,  formakologiya,  ağac  emalı  konsernləri  İsveçdə,  saat 

sənayesi 

isə 


İsveçrədə. 

Kapitalın 

mərkəzləşdirilməsi 

və 


təmərküzləşdirilməsinin  mühüm  əlamətləri  ondan  ibarətdir  ki,  çoxlu 

sayda kiçik və orta müəssisələrin iflasa uğraması kiçik biznesin iflasına 

səbəb  olmamışdır.  O,  həyatiliyini  və  təkrar  istehsala  qadir  olduğunu 

göstərməklə yanaşı iri konsernlər tərəfindən onlara marağın artmasmı da 

göstərdi.  Kiçik  və  orta  firmalar  iri  seriyalı  istehsalda  konsernlərin 

subpodratçıları  kimi  çıxış  edərək  «ixtisaslaşdırılmış  yoxsullan» 

axtarırlar. Qərbi Avropada emal sənayesi məhsullarının təxminən yarısı 

kiçik və orta müəssisələrdə hazırlanır. İnhisarçı olmadıqlarına görə onlar 

öz güclərini daxili istehsal və satış şəraitinə uyğunlaşmağa yönəldhlər. 

Transmilli  şirkətlər  kütləvi  istehsala  başlamazdan  əvvəl  yeni  məhsulu 

birinci olaraq onların aprobasiya etmələrinə imkan verü*. İflasa uğrayan 

kiçik  müəssisələrin  yerini  yeniləri  tutur.  Beləliklə  də  onlann  təkrar 

istehsalı baş verir. Təqdirə layiq haldır ki, böhran illərində kiçik biznesdə 

məşğulluq azalmır. 

Bütün inkişaf etmiş ölkələrdə kiçik müəssisələrə kömək edilir. Bu 

fakt  kiçik sahibkarlığın  ictimai  - zəruri  əməyin  təşkilinin  yeni  forması 

olduğunu təsdiq edir. Bu da müasir dövrdə Azərbaycanın sosial - iqtisadi 

maraqlarına cavab verir. Bu fəaliyyət eyni dərəcədə bütövlükdə ölkənin 

iqtisadiyyatı  üçün,  həm  də  ayrılıqda  hər  bir  vətəndaşm  mənafei  üçün 

faydalıdır. Buna görə də dövlət tərəfindən qəbul olunur və ona kömək 

göstərilir. Kiçik müəssisələr ictimai istehsal prosesinə əlavə əmək cəlb 

edir.  Bu  isə  öz  növbəsində  yeni  dəyərlər  yaradır,  milli  gəliri  və  milli 

sərvəti  artırır.  Kiçik  sahibkarlıq  iqtisadiyyatın  mkişafmm  elə 

mənbələrindəndir  ki,  Azərbaycan  Respublikası  nə  indi,  nə  də  ki, 

gələcəkdə bundan imtina edə bilməz. 

Kiçik  müəssisələr  bir  və  ya  bir  neçə  fəaliyyət  növünü  yerinə 

yetirərək  xalq  təsərrüfatının  bütün  sahələrində  və  sferalarında  öz 

fəaliyyətlərini həyata keçirirlər. Lakin qeyd etmək lazımdır ki, ayrı - ayrı 

fəaliyyət növləri yalnız dövlət müəssisələrində yerinə yetirilir və bir sıra 

əmtəələrm  istehsalı  yalnız  xüsusi  icazə  (lisenziya)  əsasında  həyata 

keçirilə  bilər.  Kiçik  müəssisələr  öz  təsərrüfat  fəaliyyətlərini  həyata 

keçirməkdə,  buraxılan  məhsula  sərəncam  verməkdə,  vergilər  və  digər 

məcburi  ödəmələri  ödədikdən  sonra  yerdə  qalan  mənfəət  məbləğinə 

sərəncam verməkdə müstəqildirlər. 

Bütün 

növ 


müəssisələrin 

maliyyə 


nəticələrinin 

əsas 


ümumiləşdirici göstəricisi mənfəətdir. Müəssisənin təsərrüfat 

150

 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə