Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə56/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   52   53   54   55   56   57   58   59   ...   357

Kiçik müəssisələrin idarə edilməsi 

fəaliyyətinin  mühüm  momenti  planlaşdırmadır.  Kiçik  müəssisələr  öz 

fəaliyyətlərini  sərbəst  olaraq  planlaşdırırlar  və  inkişaf  perspektivlərini 

məhsul  istehsalına  və  xidmətlərə  olan  tələbi,  müəssisənin  istehsal  və 

sosial  inkişafını  təmin  etmək  zəruriliyini,  işçilərinin  şəxsi  gəlirlərinin 

yüksəlməsini nəzərə alaraq müəyyən edirlər. Planın əsasını məhsul, iş və 

xidmət istehlakçıları (alıcılarla), həmçinin  məhsul  istehsalı  üçün zəruri 

olan  xammal  və  material  tədarükçüləri  ilə  bağlanan  müqavilələr  təşkil 

edir. Müqavilələr həmçinin müvafiq dövlət orqanları ilə də bağlana bilər. 

Qiymətlərin  liberallaşdırılması  şəraitində  müəssisələr  öz 

məhsullarını, işlərini, xidmətlərini, istehsal tullantılarını, sərbəst olaraq 

müqavilə  əsasmda  müəyyənləşdirilən  qiymətlər  və  tariflər  üzrə 

reallaşdırırlar.  Azərbaycan  qanunvericiliyində  nəzərdə  tutulan  hallarda 

isə dövlət qiymətləri üzrə reallaşdırırlar. 

Təşkilati  -  hüquqi  formalarından  asılı  olaraq  müəssisələrin 

maliyyə resurslarının formalaşması mənbələri mənfəətdir, amortizasiya 

ayırmalandır,  qiymətli  kağızların  satışından  alman  vəsaitdir,  əmək 

kollektivlərinin  pay  və  digər  rüsumlandu*,  həmçinin  kreditlər  və 

qanunvericiliyə zidd olmayan digər daxil olmalardır. 

Pul  vəsaitini  saxlamaq;  bütün  növ  hesablaşma,  kredit  və  kassa 

əməliyyatlannı  həyata  keçirmək  üçün  müəssisələr  istənilən  bankda 

hesablaşma və digər hesablar açır. Müəssisənin qeydiyyatdan keçdiyi yer 

üzrə bank və ya onun şöbəsi müəssisənin tələbi üzrə hesablaşma hesab 

açmağa borcludur. 

Müəssisə  kredit  müqavilələrinə  əməl  etməkdə  və  hesablaşma 

intizamına əməl etməkdə tam məsuliyət daşıyırlar. 

Hesablaşma üzrə öz öhdəliklərini yerinə yetirə bilməyən müəssisə 

məhkəmə  qaydasında  iflas  olunmuş  elan  edilir.  (Müflisləşmə  və  iflas 

haqqında Azərbaycan Respublikası qanunu.) 

Kiçik  müəssisələr  ümumi  əsaslarla  xarici  tərəfdaşlarla  müqavilə 

bağlaya  bilərlər  və  invalyuta  hesabı  aça  bilərlər.  Müəyyən  edilmiş 

qaydaları gözləmək şərti ilə kiçik müəssisələr sərbəst olaraq beynəlxalq 

bazarlara  çıxa  bilərlər,  valyuta  qazana  bilərlər,  həmçinin  onu 

auksionlarda əldə edə bilərlər. 

Müəssisə  işçilərinin  əmək  haqlarının  ölçüsü,  formaları  və 

sistemləri,  həmçinin  onların  digər  gəlir  növlərini  müəssisələr  sərbəst 

sürətdə müəyyən edirlər. Müəssisə mülkiyyətin növündən və təşkilati - 

hüquqi  formasından  asılı  olmayaraq  əmək  haqqının  qanunla  təminat 

verilmiş  minimum  ölçüsünü,  normal  əmək  şəraitini  və  işçilərin  sosial 

müdafiəsi tədbirlərini təmin edir. Bunun üçün o

151 



Menecmentin təskilati formaları 

Özünün bütün  İşçiləri üçün əlavə məzuniyyətlər müəyyənləşdirə bilər, 

qısaldılmış  iş  günü  müəyyən  edə  bilər  və  digər  güzəştlər  edə  bilər. 

Müəssisə  həmçinin  müəssisənin  tərkibinə  daxil  olmayan,  lakin  əmək 

kollektivinə xidmət edən təşkilatların işçilərini də mükafatlandıra bilər. 

Qanunda nəzərdə tutulmuşdur ki, müəssisə öz işçilərini təhlükəsiz 

əmək  şəraitini  təmin  etməyə  borcludur  və  qanunla  müəyyən  edilmiş 

qaydada  onların  sağlamlığına  və  əmək  qabiliyyətinə  vurulmuş  ziyana 

görə məsuliyyət daşıyır. 

Kiçik  müəssisələrin  işçiləri  də  dövlət  müəssisələrinin  fəhlə  və 

qulluqçulan üçün müəyyən edilmiş şərtlərlə və qaydalarla sosial və tibbi 

sığorta,  həmçinin  sosial  təminat  hüququna  malikdirlər.  Kiçik 

müəssisələr  mövcud  qanunlarla  müəyyən  edilmiş  ölçüdə  və  qaydada 

sosial və tibbi sığorta və sosial təminat üzrə ayırmaları da həyata keçirir. 



§7. Birjalar 

Birjalar  peşəkar  sahibkarlıq  fəaliyyətinin  digər  növlərindən  bir 

sıra  xüsusiyyətlərinə  görə  fərqlənir.  Bu  da  onu  işgüzar  praktikanın 

müstəqil növü kimi öyrənməyə əsas verir. 

Birincisi,  birja  (ingilis  sözü,  purse  -  pul  kisəsi)  özündə  vasitəçi 

sturkturu əks etdirir. Lakm o, bir sıra vasitəçi müəssisələrdən fərqlənir. 

Belə ki, heç bir sahibkar ona müraciət etmədən keçinə bilmir. İkincisi, 

birjalar  müştərilərə  xidmət  edir  -  bu  onların  başlıca  funksiyalarıdır. 

Azərbaycanda  birjaların  bu  funksiyası  özünəməxsus  formada  biruzə 

verir.  Belə  ki,  onlar  müştərilərə  xidmətdən  çox  təchizat  kanalları  və 

qiymətlər vasitəsilə istehsalçılara nəzarət funksiyasmı yerinə  yetirirlər. 

Bu  gün  biija  fəaliyyətinin  məzmunu  və  prinsiplərini  diqqətdə 

saxlamadan  sahibkarlıq  fəalİ

3

^ətini  kifayət  qədər  effektli  səviyyədə 

həyata keçümək mümkün deyildir. 

Birjalar özündə topdan ticarətin xüsusi formasını əks etdirir. Bir 

qayda olaraq birjalar üçün ixtisaslaşma xarakterikdir. Bu, ixtisaslaşma ya 

coğrafi  regionlar  (regional  universal  birjalar),  ya  da  ki,  fəaliyyət 

profilləri  üzrə  müəyyən  edilir.  İxtisaslaşması  fəaliyyət  prinsipi  üzrə 

müəyyən edilən birjaların aşağıdakı növləri vardır: 

-

 

əmtəə  birjaları  -  belə  birjalar  adətən  sabit  və  dəqiq  keyfiyyət 



parametri olan kütləvi əmtəələrin topdan ticarəti üzrə ixtisaslaşırlar; 

-

 



fond birjaları - qiymətli kağızların müntəzəm olaraq alqı- 

152


 


Birjalar  ____________________________________________________________________________  

satqısı üzrə əməliyyatların keçirildiyi mərkəz

-

 

valyuta  birjaları  -  qızıl  və  valyutaların  alqı-satqısının  həyata 



keçirildiyi yer; 

-

 



əmək  birjası  müxtəlif  növ  işçi  qüvvəsinə  tələbatın  uçota 

alınması və onların təklif edliməsi üzrə ixtisaslaşır. Başqa sözlə burada 

vasitəçilərin  köməyi  ilə  işçi  qüvvəsinin  alqı-satqısı  həyata  keçirilir. 

Doğrudur,  klassik  anlamda  əmək  birjası  "Əmək  və  əhalinin  sosial 

müdafiəsi  "  Nazirliyinin  himayəsi  altında  fəaliyyət  göstərən  əmək 

yarmarkalarını bu fəaliyyəti həyata keçirməkdə güzəştə gedirlər. 

Bazar  infrastrukturunun  inkişafının  mühüm  amili  əmtəə 

birjalarının  yaradılması  oldu.  Əmtəə  birjalarının  təşkili  qiymətlərin 

tənzimlənməsi  üçün  şəraiti  təmin  edir,  məhsulun  əldə  edilməsi  və 

təsərrüfat əlaqələrinin müəyyənləşdirilməsi prosesini yüngülləşdirir. 

Əmtəə  birjaları  bu  gün  regional  maneələri  aradan  götürən  və 

topdan tiearətin formalaşmasına kömək edən işgüzar fəallıq mərkəzidir. 

Onlar  könüllülük  əsasında  təsisçilərin  və  əmtəə  birjalarının  üzvlərinin 

əmanət  paylarından  istifadə  edilməklə  yaradılır.  Birjalarda  əmtələlrin 

alqı-satqısı həyata keçirilir. Birjalar istehsalçılarla - istehlakçılar arasında 

əlaqələrin müəyyənləşdirmə- sinə kömək edir. Qiymətlərin kotirovkası 

yolu ilə birja sövdələşmələr bağlanması üçün oriyentar olan əmtəələrin 

real qiymətlərini aşkara çıxarır. 

Birja tiearəti açıq və müəyyən edilmiş yerdə həyata keçirilir. Bir 

qayda olaraq birjada sazişlər birja vasitəçilərinin kömyi ilə bağlanır. 

Birja fəaliyyəti yuxarıda adları çəkilən normativ aktlar vasitəsilə 

tənzimlənir.  Eləcə  də  "Əmtəə  birjaları  və  birja  fəaliyyəti  haqqında"kı 

qanunla tənzimlənir. 

Əmtəə  birjaları  haqqındakı  qanun  açıq  hərrac  formasında  birja 

ticarətini  təşkil  etmək  və  tənzimləmək  yolu  ilə  topdan  bazarı 

formalaşdıran  hüquqi  şəxs  statusuna  malik  təşkilat  kimi  birjaların 

statusunu  müəyyən  edir.  Onu  da  bilmək  vacibdir  ki,  qanunvericilər 

birjaların  sahibkarlıq  fəaliyyətini  bir  arada  ticarətin  təşkili  dairəsəində 

həyata keçirməklə məhdudlaşdırmışdır. 

Birja  üzvlüyünü  qadağan  edən  şərtlərdə  qanunla  müəyyən 

edilmişdir. Belə ki, aşağıdakı şəxslər əmtəə birjalarının üzvü ola bilməz: 

əmtəə  birjalarmm  qulluqçuları,  rəhbərləri  həmi  birjanın  qulluqçuları 

olan, müəssisələr, idarələr və təşkilatlar; dövlət hakimiyyəti və idarəetmə 

orqanları; bank əməliyyatları aparmaq üçün 



153 


Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə