Sosial məsuliyyət və menecmentin etikası
hüquqi
və
sosial
ölçüb-biçmək (götür-qoy etmək) lazımdır.
Əksər tədqiqatçılar təşkilatlarm
məsuliyyətlərini bir-birindən fərqləndirirlər.
Hüquqi məsuliyyət dedikdə təşkilatın nəyi edə və nəyi edə
bilməyəcəyini müəyyən edən konkret qanunlar və dövlət tənzimlənməsi
normaları başa düşülür. Hər bir məsələ üzrə çoxlu sayda qanunlar və
normativlər mövcuddur. Bütün bu aktlara tabe olan təşkilatlar özlərini
hüquqi cəhətdən məsuliyyətli aparırlar. Lakin, bu zaman onun sosial
məsuliyyətlə hesablaşması məcbur deyil.
Biznesin məsuliyyətindən danışan zaman biz həqiqətdə
menecerlərin və menecment sisteminin məsuliyyətini nəzərdə tuturuq.
Biznes fikirləşmədən və seçim etmədən həm dövlət, həm xüsusi və həm
də kommersiya formalarında yerinə yetirilə bilər. Bu insanların müəyyən
şəkildə özlərini aparmalarmm strukturu, çərçivəsi və hüdududur. Buna
görə də bizim müzakirənin mərkəzində menecerlər şəxsiyyət kimi
durmalıdırlar. O, kimin qarşısında hesabat verməlidir, müəyyən sosial
nəticələrə gətirib çıxaran seçim zəruriyyəti qarşısında qalarkən necə
hərəkət etməlidir?
Əvvəlcə menecerlərin hüquqi məsuliyyətinə nəzər salaq.
Qanunlara riayət edilməsi vəzifəsi. Menecerlərin fəaliyyəti ölkə
konstitusiyası və dövlətin qanunlarına zidd olmamalıdır. Qanunlara
riayət edilməsi menecerlərin vəzifəsidir. Buna görə də mülki qanunlarla
yanaşı o, təşkilatın fəaliyyətini tənzimləyən bir sıra spesifik qanunları da
icra etməlidir.
Əlbəttə, menecerlər heç də həmişə qanunlara diqqət yetirən
olmurlar. Onlardan bir qismi qanunları pozur, bəzilərində bu hətta
vərdişə çevrilir. Lakin, bundan belə nəticə çıxarmaq olmaz ki, hamı belə
edir.
Kontrakt şərtlərini yerinə yetirmək vəzifəsi. Kontraktlar
menecment qarşısında çoxlu sayda və rəngarəng vəzifələr qoyur.
Birincisi, menecerlər işlədikləri insanlar qarşısmda, xüsusilə də firmanın
mülkiyyətçiləri qarşısında məsuliyyət daşıyırlar. Əgər söhbət
mülkiyyətin idarəetmədən ayrıldığı korporasiyalar haqqında gedirsə
onda onun qanuni sahibi səhmdar adlanır. Səhmdarlar firmanın
fəaliyyətə başlaması üçün zəruri olan kapitalı investisiya edirlər,
əvəzində isə firma tərəfindən əldə edilmiş mənffətin bir hissəsini alırlar.
Səhmdarlar direktorlar şurasını seçirlər. Onlar isə öz növbəsində
firmanın cari fəaliyyətini idarə etmək üçün menecerlər təyin edirlər.
Beləliklə, korporasiyanın menecerləri direktorlar şurası qarşısında
birbaşa və səhmdarlar qarşısında isə dolayı məsuliyyət
117
Təşkilat menecmentin obyekti kimi
daşıyırlar.
Firmanın sahibinin maraqlarına uyğun olaraq işləri yerinə
yetirmək üçün menecerləri muzdla işə qəbul edirlər. Onlardan tələb
olunan başlıca şərt mənfəət əldə edilməsidiı. Şəxsi hakimiyyət və nüfiız
(hörmət) qazanmağa çalışmaq, özgə kapitalı ilə riskli əməliyyatlar
yerinə yetirməklə bərabər həddən artıq ehtiyatlılıq göstərmək menecerin
vəzifələrinə aid deyildir. Menecerlər fəhlələrlə, istehlakçılarla və yerli
icmalarla yaxşı münasibətlər qurulmasına kömək etməli və bunu
qorumağa çalışmalıdır. Onlarla kontakta girərək menecerlər firma ilə
üçüncü şəxs arasında neytral vasitəçi kimi deyil kapital mülkiyyətçisinin
qanuni nümayəndəsi (təmsilçisi) kimi çıxış edirlər. Əgər menecer öz
vəzifələrinin öhdəsindən gələ bilmirsə direktor şurasının onu azad etmək
hüququ vardır.
Mülkiyyətçinin eyni vaxtda menecer olduğu firmalarda
idarəedicinin məsuliyyəti alman mənfəətin ölçüsündən kəskin şəkildə
asılı olmur. Çünki, bu halda mənfəət belə firmaların fəaliyyətinin yeganə
məqsədi deyildir. Əgər menecer potensial mənfəətin bir hissəsini yerinə
yetirilən işdən özü üçün məmnunluq olmağa sərf etmək istəyirsə buna
onun hüququ vardır.
İkincisi, menecerin mülkiyyətçiyə münasibətdə öhdəlikləri ilə
yanaşı müştərilər qarşısmda da müəyyən öhdəlikləri vardır. Müştərilərlə
yaxşı münasibətlər qurulması firmanın mənfəətliyinin rəhnidir. Bir çox
menecerlər bu vəzifəni birinci sayırlar və belə hesab edirlər ki, əgər
müştəri narazı gedirsə mənfəət haqqında söhbət belə gedə bilməz.
Müştərilərə münasibətdə firmanın əsas vəzifəsi onun istehlakçıları
məlumatlandırdığı xüsusiyyətlərə malik olan əmtəə və xidmətlərlə
təchiz etməkdən ibarətdir. Əks halda firma yalan məlumat vermiş olur
ki, bu da cəzaya layiq cinayət hesab edilir.
İstehlakçılara əmtəə haqqında doğru informasiya vermək öhdəliyi
(vəzifəsi) ilə yanaşı menecerlər tədarükün müddəti, əlavə xidmətlər
göstərilməsi, təminatlar verilməsi və s. əlaqədar olan bir sıra öhdəlikləri
də yerinə yetirməlidir.
Üçüncüsü, muzdlu heyət qarşısında kontrakt öhdəliklərinin yerinə
yetirilməsi də menecerin vəzifələrinə daxildir. Belə kontraktlar əmək
haqqının, təqaüdlərin, mükafatların həcmi haqqında; vəzifədə olma
müddəti haqqında; xidməti vəzifələr üzrə irəli çəkilmək haqqında və s.
haqqında ola bilər. O, qədər də böyük olmayan firmalarda kontraktlar
qeyri-formal olaraq bağlanır. Bəzən sadəcə olaraq əl sıxmaqla kontrakt
bağlanmış hesab olunur. Lakin bu
118
Sosial məsuliyyət və menecmentin etikası
məsuliyyəti heç də azaltmır. Kontraktda razılaşdırılmış şərtlərə əlavələr
edilməsi üçün idarəedici iş gününün uzunluğunu, əmək şəraitini və s.
tənzimləyən qanunları gözləməlidir.
Müxtəlif kontraktlarla menecerlər üzərinə qoyulan öhdəliklərin bu
heç də tam siyahısı deyildir. Bunlardan əlavə tədarükçülər, mərkəzi və
yerli hakimiyyət orqanları, habelə yerli icmalar qarşısında müəyyən
öhdəlikləri yerinə yetirmək lazımdır. İstənilən halda prinsip dəyişilməz
olaraq qalır: əgər kontrakt bağlanıbsa menecerin vəzifəsi onun şərtlərinə
uyğun olaraq hərəkət etməkdir.
Hüquqi məsuliyyətdən fərqli olaraq sosial məsuliyyət təşkilat
tərəfindən sosial problemə könüllü olaraq reaksiya verilməsinin müəyyən
səviyyəsini nəzərdə tutur. Bu reaksiya (cavab) qanunla və ya tənzimləyici
orqanların tələbləri ilə müəyyən edilməyən məsələlərə münasibətdə
özünü göstərir. Məsələn, təşkilat idman yarışlarının, teatr quruluşlarının
sponsorları kimi çıxış edə bilərlər. Başqa sözlə sosial məsuliyyətin
daşıyıcıları kimi çıxış edirlər. Amma, eyni zamanda o, istehsalatın
ekoloji tələblərini gözləmədən saxta reklam tədbirləri yaymaqla
qanunları poza bilərlər. Təşkilatın belə davranışını hətta, hüquqi cəhətdən
də məsuliyyətli hesab etmək olmaz.
Menecerin hüquqi borcu qanunlara əməl edərək kontraktın yerinə
yetirilməsidir. Lakin, bununla məsələyə nöqtə qoymaq olarmı? Sənaye
inqilabi dövründə sahibkarlıq sisteminin tənqidçiləri israr (təkid)
edirdilər ki, olmaz. İstehlakçıların hüquqlarının bugünkü müdafiəçiləri,
ekoloji hərəkət tərəfdarları sahibkarları sosial məsuliyyət məsələləri ilə
daha dərindən məşğul olmağa çağırırlar. Biz bu problemin iki aspektinə
baxaq:
1)
öz fəaliyyətinin ekoloji nəticələrinə görə menecerin
məsuliyyəti;
2)
istehlakçılar qarşısında məsuliyyət.
Ətraf mühitin çirklənməsi. Yaşayışın təbii mühiti olan təmiz hava,
su, istirahət zonaları bizim böyük var-dövlətimizdir. Təbiət çox incədir:
su və hava çirklənir, meşələr qırılır və bütün bunların hamısında biznesi
günahlandırırlar. Biznes əsasən iki səbəbdən dolayı tənqid edirlər.
Birincisi, müəssisələr özü-özlüyündə ətraf mühitin çirklənməsinin və
təbiətin dağıdılmasının mənbəyi hesab olunur. İkincisi, ətraf mühitin
çirklənməsinin xeyli hissəsinin istehlakçıların vicdanı ilə bağlı olduğuna
baxmayaraq sahibkarları ekoloji cəhətdən təmiz olmayan məhsullar
istehsalında günahlandırırlar. Əsas kimi də qeyri-qənaətcil avtomobillər
119
Dostları ilə paylaş: |