Menecmentin təŞKİlati quruluşU



Yüklə 8,48 Mb.
Pdf görüntüsü
səhifə40/357
tarix11.04.2018
ölçüsü8,48 Mb.
#37821
1   ...   36   37   38   39   40   41   42   43   ...   357

Təşkilat menecmentin obvekti-kimi 

giriş 


VƏ 

çıxışın  yaradılması  mexanizmidir.  Girişin  növ  müxtəlifliyinə 

materiallar, avadanlıqlar, eneıji, kapital və işçi qüvvəsi daxildir. Biznes 

fəaliyyətini  həyata  keçirmək  üçün  təşkilata  lazım  olan  resurslarm 

tədarükü  ilə  həmçinin  tədarükçülər  məşğul  olur.  Çoxlu  sayda 

təşkilatlarm  normal  fəaliyyət  göstərməsi  fasiləsiz  material  axmmdan 

asılıdır.  Lakin,  inkişaf  etmək  və  çiçəklənmək  üçün  onlara  yalnız 

material'  tədarükü  deyil,  həm  də  kapital  lazımdır.  Belə  potensial 

investorlara aşağıdakılan aid etmək olar: Bankları; səhmdarlan və xüsusi 

şəxsləri;  dövlət  müəssisələrinin  istiqraz  buraxması  üzrə  proqramlarmı; 

təşkilatlarm (aksept verilən) razılıq verilən vekselləri və ya onun istiqraz 

vərəqələrinin alıcılarmı. 

Dövlət orqanları. Təşkilat yalnız ölkənin qanunverici orqanlarmm 

qəbul  etdikləri  qanunlarm  tələblərini  deyil,  həm  də  dövlət  tənziniləmə 

orqanlarmm tələblərini də yerinə yetirməyə borcludur. Başqa sözlə, bu 

orqanlarm  səlahiyyətləri  sferasmda  qanunlarm  tələblərinin  məcburi 

qaydada yerinə yetirilməsini, həmçinin qanun gücünə malik olan digər 

tələbləri də yerinə yetirməyə borcludurlar. 

İstehlakçılar.  Bir  çox  tədqiqatçılar  idarəetmə  sahəsində  məşhur 

mütəxəssis olan Piter F.Drukerin də bir fikiri ilə razılaşırlar ki, təşkilatm 

yeganə əsl  məqsədi  istehlakçı  yaratmaqdır (əldə etməkdir). Çünki,  hər 

bir təşkilatm öz mövcudluğunu təsdiq etməsi və onun rəqib müəssisələr 

əhatəsində  uğurla  fəaliyyət  göstərməsi  onların  istehlakçı  tapmaq  və 

(onlarm) tələblərini ödəmək qabiliyyətindən asılıdır. 

Rəqiblər.Xarici  amillərdən  biri  olub  rəqiblərin  göstərdikləri 

təsirləri nəzərə almamaq mümkün deyildir. Bu termindən eyni resurslar

faydalar əldə etməyə və  bazarda mövqey tutmağa cəhd  edərək identik 

(eyni) məqsədlərə çatmaq uğrunda yanşan şəxs, şəxslər qrupu, firma və 

müəssisələr istifadə edirlər. 

Əmək resurslan da təşkilatm işinə bilavasitə təsir göstərir. 

Əmək  resursları  -  dedikdə  əmək  prosesində  iştirak  etmək  üçün 

zəruri  fiziki  və  mənəvi  qabiliyyətlərin  məcmusuna  malik  olan  ölkə 

əhalisinin  bir  hissəsi  başa  düşülür.  Onlar  özündə  ölkənin  əmək 

qabiliyyətli əhalisinin saymı əks etdüir və ölkənin iqtisadi potensialımı 

vacib elementidir. Ölkəmizdə qəbul olunmuş metodologiyaya görə əmək 

resurslarma  16-59  yaşlı  kişilər  və  16-54  yaşlı  qadmlar  aiddir.Ölkənin 

əmək  resurslarma  göstərilən  yaş  hədində  olan  əhali,həmçinin  əmək 

qabiliyyətli  yaş  həddindən  yuxarı  və  aşağı  olan  və  faktiki  olaraq  xalq 

təsərrüfatı sahələrində çalışan 

106


 


Təşkilatın daxili və xarici mühiti 

İnsanlar  daxildir.Belə  şəxslərə  işləyən  məktəblilər,  təqaüdçülər 

aiddir.Əmək resurslan özündə bilavasitə ictimai istehsalda məşğul olan 

şəxsləri  birləşdirən  aktiv  və  özündə  istehsalatdan  aynimaqla  təhsil 

alanlan, həmçinin ev təsərrüfatmda məşğul olanları birləşdirən potensial 

əmək resurslarma bölünür. Əmək resurslannm  sayı konkret  vaxta görə 

müəyyən edilh. Lakin, onu eyni zamanda orta və ya hər hansı bir vaxt 

müddəti  üçün  də  hesablamaq  olar.  Azərbaycanm  əmək  resursları  ölkə 

əhalisinin ümumi saymm təqribən 50%-dən çoxunu təşkil edir. 

Qərb  ölkələrinin  iqtisadi  ədəbiyyatlannda  əmək  resurslannm 

müəyyən  edilməsinə  vahid  yanaşma  yoxdur.  Buna  görə  də  bazar 

iqtisadiyyatı ölkələrinin milli statistik nəşrlərində, həmçinin beynəlxalq 

statistikalarda bu kateqoriyanm xarakteristikasma münasibətdə müxtəlif 

anlayışlara rast gəlirik. 

Regiondakı  əmək  resurslannm  miqdan  (sayı)  təşkilata,  əmək 

haqqmm səviyyəsinə, büdcəyə və s. təsir göstərir. 

Xarici mühitin dolayı təsir amilləri. Xarici mühimtin dolayı təsir 

amilləri  təşkilatda  yerinə  yetirilən  əməliyyatlara  təsir  göstərmir  və 

birbaşa  təsir  amilləri  kimi  nəzərə  çarpmır.  Buna  baxmayaraq  onlarm 

rəhbərlik tərəfindən nəzərə aimması zəruridir. Adətən dolayı təsir mühiti 

birbaşa təsir mühitinə nisbətən mürəkkəb olur. Xarici mühitin dolayı təsir 

amillərinə texnologiya, iqtisadiyyatın vəziyyəti, sosial-mədəni və siyasi 

amillər, həmçinin yerli içtimaiyətlə qarşılıqlı münasibətlər aiddir. 

Texnologiya  -  istehsala  daxil  olanlarm  istehsalatdan  çıxan 

elementlərə  çevrilməsinə  kömək  edən  vasitələrin,  proseslərin, 

əməliyyatların  və  metodlarm  məcmusudur.  O  özündə  maşmları, 

mexanizmləri  və  alətləri,  vərdiş  və  bilikləri  birləşdirir.  Daxili 

dəyişənlərdən olmaqla texnologiya eyni zamanda böyük əhəmiyyət kəsb 

edən xarici amil kimi də çıxış edir. 

İqtisadiyyatm  vəziyyəti.  Rəhbərlik  iqtisadiyyatm  ümumi 

vəziyyətində  baş  verən  dəyişikliklərin  təşkilatda  yerinə  yetirilən 

əməliyyatlara  necə  təsir  etdiyini  qabaqcadan  görməyi  bacarmalıdır. 

Dünya  iqtisadiyyatmm  vəziyyəti  ölkəyə  gətirilən  bütün  resursların 

dəyərinə  və  istehlakçılarm  müəyyən  xidmətlər  və  əmtəələr  alması 

qabiliyyətlərinə təsir göstərir. 

Sosial-mədəni amillər. İstənilən təşkilat ən azı bir mədəni mühitdə 

fəaliyyət göstərir. Buna görə də məqsədləri, həyatı dəyərləri və ənənələri 

özündə birləşdirən sosial-mədəni amillər təşkilata təsir göstərir. 

107 



Təşkilat menecmentin obyekti kimi 

Siyasi amillər. Siyasi vəziyyətin bir sıra aspektləri rəhbərlər üçün 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Siyasi  şəraitin  digər  elementləri  xüsusi 

marağı olan qruplar və lobbiçilərdir. 

Təşkilatın  daxili  mühiti.  Daxili  dəyişənlər  dedikdə  təşkilat 

daxilindəki situasion amillər başa düşülür. Bir halda ki, təşkilat özündə 

insanlarm  yaratdığı  sistemi  əks  etdirir,  onda  daxili  dəyişənlər  əsasən 

idarəçilik  qərarlarının  nəticəsi  hesab  olunur.  Təşkilatda  rəhbərlikdən 

diqqət tələb edən daxili dəyişənlərə aşağıdakılar aiddir: məqsəd, quruluş 

(struktura), vəzifə, texnologiya və insanlar. 

Məqsədlər.  Təşkilat  ümumi  məqsədləri,  dərk  olunan  insan 

qruplarmı  özündə  əks  etdirir.  Təşkilata  həmçinin  məqsədlərə  çatmaq 

vasitəsi kimi və baxmaq olar. Məqsədlər dedikdə insan qruplarının birgə 

işləyərək müvəffəqiyyət qazanmağa cəhd etdiyi konloret son vəziyyət və 

ya arzu edilən nəticə başa düşülür. 

Təşkilatm quruluşu - özündə təşkilatın məqsədlərinə daha effektli 

şəkildə nail olmağa imkan verən, idarəetmə səviyyələrinin və funksional 

sahələrin  məntiqi  qarşılıqlı  münasibətlərini  əks  etdirir.  Əksər  müasir 

təşkilatlarda  baş  verən  ixtisaslaşdınimış  əmək  bölgüsü  heç  də 

təşkilatların  malik  olduğu  insanlar  arasında  işlərin  təsadüfi 

bölüşdürülməsi demək deyildir. 

Vəzifələr. Təşkilatlarda əmək bölgüsünün əsas istiqamətlərindən 

biri  vəzifələrin  formalaşdınimasıdır.  Vəzifə  dedikdə  əvvəlcədən 

müəyyən  edilmiş  üsullarla  və  qabaqcadan  müəyyən  edilmiş  müddətdə 

yerinə yetirilməli olan müəyyən işlər, işlər seriyası və ya işin bir hissəsi 

başa düşülür. 

Texnologiya - dördüncü daxili mühit amili olaraq dəyişən ənənəvi 

hesab edilən digər dəyişənlərə nisbətən daha geniş təsir gücünə malikdir. 

Təşkilata tətbiq olunduqda texnologiya özündə vasitələrin, proseslərin, 

əməliyyatların və metodlarm məcmusunu əks etdirir. Bunların köməyi 

ilə  təşkilata  daxil  olan  elementlər  öz  əvvəlki  şəkillərini  dəyişərək 

təşkilatdan çıxan elementlərə çevrilir. Texnologiya həmçinin maşmlan, 

mexanizmləri  və  alətləri,  vərdiş  və  bilikləri  əhatə  edir.  Vəzifələr  və 

texnologiya  bir-birilə  sıx  əlaqədədir.  Belə  ki,  hər  hansı  bir  vəzifənin 

yerinə  yetirilməsi  girişə  daxil  olan  materiallann  çıxışdakı  formasmı 

almaq vasitəsi olan konkret texnologiyadan istifadə edilməsini nəzərdə 

tutur. 

İnsanlar. Həm təşkilat, həm rəhbər və həm də tabeçilikdə olanlar 



insan  qruplarmdan  başqa  bir  şey  deyildir.  İdarəetməyə  situasiyalı 

yanaşmada  insan  qruplarının  üç  əsas  tərkib  hissəsi  mövcuddur: 

l)ayrı-ayrı insanların davranışı; 2)qruplarda insanların 1C8 



Yüklə 8,48 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə