Qeyd. Bilik, inanc, təfəkkür, seyr – Ģərh edilən baxıĢın tərəfdarlarında qarĢıya çıxan kateqoriyalardır. Bu kateqoriyalar
hamıya bəlli kateqoriyalar sayıldığından çox zaman yalnız psixolji təsəvvürlərə və fərqlərə görə ixtiyari olaraq iĢlədilir;
lakin onların təbiəti və anlayıĢı – önəmli olan araĢdırılmır. Belə ki, məsələn, biz tez-tez görürük ki, bilik inanca qarĢı
qoyulur, həm də bununla yanaĢı, inanc bilavasitə bilik kimi tərifləndirilir və deməli, dərhal bir bilik kimi qəbul edilir.
Bununla yanaĢı, biz empirik fakt kimi tapırıq ki, biz nəyə inanırıqsa, o bizim Ģüurumuzdadır, deməli, ən azı biz bunu
bilirik; biz, həmçinin empirik fakt kimi tapırıq ki, o Ģeyə ki, biz inanırıq o, Ģüurumuzda nə isə bir həqiqət kimi olur ki,
beləliklə də, biz onu bilirik. Bilavasitə biliyə və inanca, özəlliklə də seyrə qarĢı, Yakobi, sonra baĢlıca olaraq təfəkkürü
qoyur. Seyrin intellektual kimi müəyyənləĢdirilməsi onun yalnız düĢünən seyr olduğunu göstərir; ancaq əgər seyrin
predmeti allahdırsa, bu halda biz "intellektual" dedikdə buna təsəvvürləri və fantaziyanın obrazlarını da qatmamalıyıq.
Biz bu fəlsəfi təlimin dilində "inanc" sözünü, həmçinin hissi varlığın gündəlik predmetlərinə münasibətdə iĢlədilməsilə
də qarĢılaĢırıq. Yakobi deyir ki, biz bədənimizin, hissi Ģeylərin varlığına inanırıq. Ancaq əgər həqiqi və əbədi olana
inancdan, allahın bilavasitə bilikdə, seyrdə bizə açılmasından söz gedirsə, onda axı bu heç də hissi Ģey olmayıb, ən
ümumi özündə məzmun, yalnız düĢünən ruh üçün predmetlərdir. Və eynilə bunun kimi, əgər Ģüur qarĢısında "mən",
Ģəxsiyyət kimi təkcəlik durursa, onda biz, bununla hansısa empirik "mən"i, ayrıca Ģəxsiyyəti (özəlliklə də əgər allahın
Ģəxsiyyəti nəzərdə tutulursa) düĢünmədiyimiz üçün, söz yalnız xalis, yəni özündə ümumi Ģəxsiyyətdən gedə bilər ki, bu
fikirdir və yalnız təfəkkürə məxsusdur. Sonra xalis seyr də bütünlüklə xalis təfəkkürdən ibarətdir. Seyr, inanc ilk öncə
bizim adi Ģüurumuzda bu sözlərlə bağladığımız müəyyən təsəvvürləri bildirir. Bu halda, seyr, inanc, əlbəttə təfəkkürdən
fərqlidir və bu fərqin ümumi cəhətləri bəllidir. Ancaq axı biz burada inancı və seyri uca anlamda, allaha inanc kimi,
allahın intellektual seyri kimi götürməliyik, seyri və inancı təfəkkürdən ayırmamalıyıq. Bu uca sahəyə yerləĢən inancın
və seyrin təfəkkürdən nə ilə fərqləndiyini aydınlatmaq mümkünsüzdür. Kimsə belə (məzmunsuzlaĢmıĢ) fərqlərin
yardımçılığı ilə çox önəmli bir Ģey söyləyib təsdiq etmək istəyirsə, əslində müdafiə etdiyi təriflərin eyni olan tərifləri
inkar etmiĢ olur. "Ġnanc" deyimi, özəlliklə, ancaq ona görə əlveriĢlidir ki, o xristian-dini inancı xatırladır və belə xülya
yaradır ki, "inanc" deyimi xristian-dini inancı özünə alır və ya onun eynidir, belə ki, bu inanc fəlsəfəçiliyi dindarlıq kimi
görünür və bu dindarlığı, mömünlüyü sayəsində özünün ixtiyari inandıqlarını iddialı və təkəbbürlə söyləməyi özünə
rəva bilir. Lakin özünü bu görüntü ilə aldatmaq lazım deyil, burada ancaq sözlər eynidir, əslində isə fərqlər çox
böyükdür. Xristian inancı kilsə inancını özünə alır (daxil edir), bu fəlsəfi baxıĢ inancı isə, əksinə, yalnız subyektiv
açmanın avtoritetidir. Xristian inancı, sonra, obyektiv, özündə zəngin məzmun, ehkamlar və idrak sistemidir; subyektiv
açmaya söykənən inancın məzmunu isə özündə elə qeyri-müəyyəndir ki, dalay-lamanın,48 öküzün, meymunun və s.
allah olması inancına yol verdiyi qədər də xristian inanc məzmununa yol verir; bu inanc ancaq ümumiyyətlə allah, uca
varlıqla kifayətlənir. Ġnanc guya bu fəlsəfi anlamda tamamilə formal olan tərifi nə könül inancı və könüldə məskunlaĢan
müqəddəs ruh, nə də təlimin məzmunluluğu baxımından xristian inancının ənənəvi zənginliliyi ilə qarıĢdırılmamalı olan
bilavasitə biliyin quru abstraksiyasıdır.
Lakin burada inanc və bilavasitə bilik adlandırılan Ģey baĢqalarında ilham, könül vəhy, kəĢf, insanda təbiətdən verilən
məzmun və özəlliklə də sağlam düĢüncədə common sense49 adlandırılanın tam eynidir. Bütün bu formalar eyni
dərəcədə bilavasitəliliyi, məzmunu Ģüurda olanı, Ģüur faktını özünün prinsipi edir.
§ 64
Bu bilavasitə bilik bilir ki, sonsuz, əbədi olan, allah bizim təsəvvürümüzdədir və mövcuddur və Ģüurda bilavasitə və
qırılmaz halda sonsuzun varlığının həqiqiliyi bu təsəvvürlə bağlıdır.
Qeyd. Bilavasitə biliyin bu müddəalarını təkzib etmək fəlsəfənin ağlına çox az gələ bilər; o bunları təkzib yerinə daha
çox özünü təbrik edərdi ki, onun özünün demək olar ki, bütün ümumi məzmununu ifadə edən bu əski müddəaları burada
müəyyən dərəcədə zamanımızın ümumi inancına çevrilmiĢdir və əlbəttə, qeyri-fəlsəfi dildə.
Həqiqət kimi qəbul edilənin
ruha immanent olması (
§ 63) və həqiqətin ruh üçün mövcud olması (yenə orada) müddəasının fəlsəfəyə əks olmasının düĢünülməsinə yalnız
təəccüb etmək olar. Formal baxımdan daha maraqlı olan odur ki, allahın varlığı bilavasitə və qırılmaz halda onun
haqqındakı fikirlə, allahın düĢünən, fikrin məxsus olduğu subyektivliyi isə onun obyektivliyilə bağlıdır. Bilavasitə bilik