Əgər Kantın fəlsəfəsini metafizikləĢdirməyə meylli empirizm ilə yaxından müqayisə etsək, görərik ki, sadəlövh
empirizm, doğrudan da, hissi qavrayıĢdan möhkəm yapıĢır, ancaq bununla yanaĢı, ruhi gerçəkliyə, fövqəlhissi dünyaya
məzmunundan, qaynağından, fikir, fantaziya və s. asılı olmayaraq yol verir. Forma baxımından fövqəlhissi dünyanın
məzmunu da empirik biliyin hər bir məzmunu kimi öz təsdiqini dıĢ (xarici) qavrayıĢın avtoritetində, ruhi avtoritetdə
tapır. Ancaq reflektiv və ardıcıllığı özünün prinsipi etmiĢ empirizm son, ali məzmunun dualizmilə mücadilə edir və
düĢünən baĢlanğıcın və onda inkiĢaf edən ruhi dünyanın müstəqilliyini inkar edir. Materializm, naturalizm, ardıcıl
empirizm sistemindən45 ibarətdir. Kant fəlsəfəsi bu empirizmə qarĢı təfəkkür prinsipini və azadlığı qoyur və birinci
qəbildən olan empirizmin ümumi prinsipindən kənara çıxmayaraq ona yaxınlaĢır. Kantın dualizminin bir tərəfi
qavrayıĢlar dünyası və bu dünyada refleksiya edən sonlu təfəkkürdən ibarətdir. Bu dünya doğrudan olaylar dünyası kimi
təqdim edilir. Lakin bu yalnız addır, formal tərifdir, çünki qaynaq, məzmun və baxıĢ üsulu tamamilə empirizmdəki
kimidir. Kantın dualizminin o biri tərəfi özünü dərk edən təfəkkürün müstəqilliyindən, Kant fəlsəfəsinin keçmiĢ, adi
metafizika ilə paylaĢdığı və hər cür məzmundan məhrum etdiyi və bir daha vermədiyi azadlıq prinsipindən ibarətdir.
Burada zəka adlanan bu təfəkkür hər cür tərifdən məhrum edilir, hər hansı avtoritetdən azad olunur. Kant fəlsəfəsinin
göstərdiyi baĢlıca təsir o olmuĢdur ki, o, zəkanın öz abstraktlığı üzündən özü-özündə inkiĢaf edə, heç bir tərif irəli sürə
bilməyən, ancaq yenə də özündə dıĢ xarakteri daĢıyan bir Ģeyə yol verilməsindən və qəbul olunmasından imtina edən
mütləq iç (daxili) xarakteri barədə Ģüuru oyatdı. Zəkanın asılı olmaması, onun özündə mütləq müstəqil olması, bundan
belə fəlsəfənin ümumi prinsipi kimi və zamanımızın baĢlıca inanclarından biri kimi gözdən keçirilməlidir.
1-ci əlavə. Tənqidi fəlsəfənin böyük mənfi xidməti odur ki, o, düĢüncənin təriflərinin sonluluğa məxsus olduğunu və
bu təriflər çərçivəsində hərəkət edən idrakın həqiqətə nail olmadığını qəbul etmiĢdir. Ancaq bu fəlsəfənin birtərəfliliyi
ondan ibarətdir ki, o, düĢüncənin bu təriflərinin sonluluğunu onların yalnız bizim subyektiv təfəkkürümüzə,
həm də
özündə Ģeyin nə isə bir mütləq o dünyada qalmalı olduğunu qəbul edən təfəkkürümüzə məxsus olduğunda görür.
Əslində isə düĢüncənin təriflərinin sonluluğu onların subyektivliyində deyil, özündə sonlu olmasındadır. Kanta görə isə,
əksinə, bizim düĢündüyümüzün yalanlığı onu bizim düĢünməyimizdədir. Kant fəlsəfəsinin baĢqa bir yetərsizliyi
təfəkkürü yalnız tarixi təsvir etməsindən və Ģüurun momentlərini abstrakt sadalamasından ibarətdir. Bu sadalama,
əsasən, düzgün olsa da, orada empirik tapılmıĢ momentlərin zəruriliyindən söz belə açılmır. Kant fəlsəfəsi Ģüurun
müxtəlif səviyyələri üzərində refleksiya ilə müəyyənləĢdirilmiĢ nəticə olaraq belə bir müddəa irəli sürür ki, bizə bəlli
olan Ģeyin məzmunu yalnız hadisədir. Bu nəticə ilə ona görə razılaĢmaq olar ki, sonlu təfkkürün iĢi, Ģübhəsiz,
olaylarladır. Ancaq idrak bu pillə ilə qurtarmır və daha yüksək pillə vardır ki, o pillə Kant fəlsəfəsi üçün əlçatmazdır, o
dünyalıqdır.
2-ci əlavə. Kant fəlsəfəsində təfəkkürün özünü özündən müəyyənləĢdirməsi prinsipi yalnız formal olaraq irəli sürülür.
Ancaq bu təfəkkürün özünütəyinetməsinin necə baĢ verdiyini, nə qədər uzağa getdiyini Kant göstərməmiĢdir. Fixte isə,
əksinə, Kant fəlsəfəsinin bu yetərsizliyini anlayaraq kateqoriyaların deduksiyası tələbini irəli sürmüĢ, gerçəkdən buna
can atmıĢdır. Fixte fəlsəfəsi "mən"i fəlsəfi inkiĢafın çıxıĢ nöqtəsi etmiĢ və kateqoriyaların "mən"in fəaliyyəti nəticəsində
alınmalı olduğunu təsdiq etmiĢdir. Ancaq "mən" burada həqiqi azad deyil, spontan fəaliyyət kimi çıxıĢ etmir, belə ki,
onun fəaliyyətinin səbəbi kimi yalnız dıĢ (xarici) təkan götürülür. "Mən" Fixteyə görə dıĢ təkana təpki verir və yalnız bu
təpki sayəsində o özünü dərkə nail olur. Bu zaman təkanın təbiəti dərk olunmamıĢ dıĢ bir Ģey olaraq qalır və "mən" hər
zaman bir baĢqasının qarĢı durduğu Ģərtlənmədən ibarət olur. Beləliklə, Fixte də Kant fəlsəfəsinin yalnız sonlunun dərk
olunduğu, sonsuza isə təfəkkürün gücü çatmadığı barədə gəldiyi nəticədən uzağa getmir. Kantda özündə Ģey adlanan
Fixtedə dıĢ təkan adlanır; nə isə bir baĢqası "mən"dən çox onun inkarı kimi və ümumiyyətlə "qeyri-mən" kimi
müəyyənləĢdirilir. "Mən" bu zaman "qeyri-mənə" münasibətdə olan kimi gözdən keçirilir və yalnız bu "qeyri-mənin"
təkanı sayəsində "mən" özünütəyinetmə fəaliyyətinə təhrik edilir və beləliklə də "mən" bu təkandan azad olmaq üçün
aramsız fəaliyyətdən ibarətdir. Bu zaman yenə də "mən" həqiqi azadlıq əldə edə bilmir, belə ki, təkanın bitməsilə
"mən"in də varlığı bitmiĢ olur, çünki "mən"in varlığı onun fəaliyyətindən ibarətdir. Sonra "mən"in fəaliyyətilə yaranan
məzmun təcrübənin adi məzmunundan baĢqa bir Ģey deyil və yalnız əlavə edək ki, bu məzmun yalnız olaydan
(hadisədən) ibarətdir.
C
Fikrin obyektivliyə üçüncü münasibəti
Bilavasitə bilik
§61
Tənqidi fəlsəfədə təfəkkür yalnız subyektiv kimi, onun son, yüksək tərifi isə abstrakt ümumilik, formal eyniyyət kimi
baĢa düĢülür; beləliklə, təfəkkür konkret özündə – ümumilik kimi həqiqətə qarĢı qoyulur. Bu fəlsəfəyə görə
təfəkkürün
zəkadan, ağıldan ibarət olan yüksək tərifində kateqoriyalara diqqət yetirilmir. Buna əks olan baxıĢ təfəkkürü yalnız
xüsusini dərk edən fəaliyyət kimi anlayır və bu əsasla onun həqiqəti dərk etməyə qabil olmadığını bildirir.46
§62
Xüsusinin dərki kimi təfəkkürün məhsulu və məzmunu kateqoriyalardır; kateqoriyalar düĢüncəni qeydə aldığından,
məhdud təriflərdir, Ģərtlənənin, asılı olanın, vasitələnin formalarıdır. Kateqoriyalarla məhdudlaĢan təfəkkür üçün sonsuz,
həqiqət əlçatmazdır, sonsuza (allahın varlığının sübutuna can atmasına baxmayaraq) keçid edə bilməz. Təfəkkürün bu
təriflərini həmçinin anlayıĢlar adlandırırlar, odur ki, predmeti anlamaq onun Ģərti və vasitələnmiĢ formasını əhatə etmək
deməkdir. Əgər təfəkkürün predmeti həqiqətdən, sonsuzdan, Ģərtsizdən ibarətdirsə, onda təfəkkür onu Ģərtlənənə,
vasitələnənə çevirir və beləliklə, biz, düĢünərək həqiqəti dərk etmək yerinə, onu yalana çevirmiĢ oluruq.
Qeyd. Allah, həqiqət haqqında yalnız bilavasitə biliyin mövcudluğunu təsdiq edən baxıĢla irəli sürülən bəzi sadə
etirazlar bax budur. KeçmiĢ vaxtlarda allah anlayıĢından antropopatik adlanan sonlu və ona görə də sonsuza layiq
olmayan hər cür təsəvvürləri kənarlaĢdırdılar və sonucda allah çox məzmunsuz bir varlıq oldu. Ancaq təfəkkürün
tərifləri sadəcə hələ antropatizm sayılmırdı; təfəkkür daha çox ona görə qəbul edilirdi ki, mütləq haqqında təsəvvürləri
sonluluq xassələrindən təmizləyirdi. Bu, bütün zamanların yuxarıda göstərilən belə bir əsas inamına (
§ 5) uyğun idi ki, həqiqət yalnız düĢünmək yolu ilə əldə edilə bilər. Ġndi, nəhayət, habelə, ümumiyyətlə, təfəkkürün
tərifləri antropopatizmlər, təfəkkür isə yalnız sonsuzu sonlu edən fəaliyyət elan edilmiĢdir. "Spinoza haqqında məktub"a
yeddinci əlavədə Yakobi Spinozanın öz fəlsəfəsindən götürdüyü və sonra onları, ümumiyyətlə, idrakla mübarizə üçün
iĢlətdiyi etirazlarını daha aydın Ģərh etmiĢdir. Öz etirazlarında Yakobi idrakı yalnız sonlunun dərki kimi, Ģərtlənənlər
sırasından Ģərtlənənə fikri keçid kimi anlayır, həm də bu sırada Ģərt olan hər bir üzvün özü də öz sırasında ancaq nəisə
bir Ģərtlənmədir, belə ki, idrak fikrin bir Ģərtlənmədən digərinə doğru hərəkətidir. AydınlaĢdırmaq və anlamaq bu
yanaĢmaya görə, bir Ģeyin baĢqa bir Ģeylə vasitələndiyini göstərməkdən ibarətdir. Beləliklə hər bir məzmun yalnız
xüsusi, asılı və sonlu məzmundur; sonsuz, həqiqi, allah idrakı məhdudlaĢdıran belə bağlantılar mexanizmdən
kənardadır. Önəmli olan odur ki, Kantın fəlsəfəsi kateqoriyaların sonluluğunu, əsasən, yalnız onların subyektivliyinin
formal təriflərində gördüyü halda, Yakobinin etirazlarında kateqoriyaların müəyyənliyi müzakirə olunur və onlar sonlu
kimi qəbul olunur. Yakobi elmlərin özəlliklə təbiət haqqında parlaq uğurlarını nəzərdə tuturdu. Bu sonlu zəminində
qalmaqla, əlbəttə, sonsuzu tapmaq mümkün deyil. Laland47 düzgün qeyd etmiĢdir ki, o bütün göyü araĢdırmıĢ, ancaq
orada allahı tapmamıĢdır (
§ 60, qeyd). Bu zəmində son nəticə dıĢ və sonlunun qeyri-müəyyən qarıĢığı kimi ümumi, materiya alınmıĢ və Yakobi
haqlı olaraq vasitələnmədə və vasitəli idarəetmədə irəli hərəkətdən baĢqa çıxıĢ yolu görməmiĢdir.
§ 63
Bu təlimdə təsdiq edilir ki, ruh həqiqəti dərk edir, ağıl, zəka insanın həqiqi tərifi və allah haqqında bilikdir. Ancaq ağıl
vasitələnmiĢ bilik kimi yalnız sonlu məzmunla məhdudlaĢdığından bilavasitə bilikdir, inancdır.