§ 165
Təkcəlik anlayıĢın özündə özünün mənfi refleksiyası olduğundan və ona görə də hər Ģeydən öncə anlayıĢın birinci
inkar kimi azad fərqləndirməsi olduğundan təkcəlik momenti birinci dəfə anlayıĢın momentlərini fərqlər kimi götürür;
bununla da anlayıĢın müəyyənliyi, amma xüsusilik kimi müəyyənliyi nəzərdə tutulmuĢ olur, yəni nəzərdə tutulur ki,
ayrı-ayrı momentlər birincisi, bir-birinə münasibətdə yalnız anlayıĢın momentlərinin müəyyənliyinə malikdirlər,
ikincisi, habelə onlar eyniyyətdədirlər: biri o birinin baĢqasıdır; anlayıĢın nəzərdə tutulan bu xüsusiyyəti mühakimədir.
Qeyd. AnlayıĢların aydın, dəqiq və adekvat anlayıĢlara adi bölgüsü anlayıĢ haqqında təlimə yox, psixologiyaya
məxsusdur, çünki o aydın və dəqiq anlayıĢlar adı altında təsəvvürləri nəzərdə tutur; lakin aydın təsəvvürlər dedikdə
psixologiyada abstrakt, bəsit təsəvvürləri, dəqiq təsəvvürlər adı altında isə hansısa bir əlamətin, yəni subyektiv idrakı
göstərməyə xidmət edən hansısa bir müəyyənliyin ayrıldığı təsəvvür düĢünülür. Məntiqin dıĢ xarakteri və tənəzzülünün
çox sevilən əlamət kateqoriyası qədər baĢqa bir parlaq əlaməti ola bilməz. Adekvat deyilən anlayıĢ həqiqi anlayıĢa və
hətta ideyaya daha çox iĢarət edir, amma o da yenə anlayıĢın, eləcə də təsəvvürün öz obyektinə – Ģeylərin dıĢ
əlamətlərinə formal uyğunluğundan baĢqa bir Ģey ifadə etmir. AnlayıĢların subordinasiya və koordinasiya92 edilmiĢ
deyilən anlayıĢlara bölgüsünün əsasında aralarında qarĢılıqlı bağlılıq və nisbət olan ümuminin və xüsusinin
fərqləndirilməsindən məhrum anlayıĢ durur. Sonra, anlayıĢların kontrar və kontradiktor,93 təsdiq və inkar və i. a.
anlayıĢlarına bölgüsü artıq gözdən keçirdiyimiz və anlayıĢın müəyyənliyi ilə heç bir iliĢiyi olmayan varlıq və mahiyyət
sferasına məxsus fikir müəyyənliklərinin təsadüfi yığımından baĢqa bir Ģey deyil. AnlayıĢın – ümumi, xüsusi və təkcə
anlayıĢlarına bölgüsü də yenə onun xarici refleksiya ilə zorla bir-birindən kənarda saxlanılan yalnız növləridir.
AnlayıĢın içdən (immanent) fərqləndirilməsi və tərifləndirilməsi mühakimədə baĢ verir, çünki mühakimə prosesi
anlayıĢa tərif verilməsi prosesidir.
b. Mühakimə
§ 166
Mühakimə özü üçün mövcud və habelə bir-birilə deyil, özü ilə eyniyyətdə olan momentlərinin bir-birilə iliĢiklərini
(əlaqələrini) fərqləndirmək özəlliyinə malik olan anlayıĢdır.94
Qeyd. Mühakimə dedikdə adətən subyekt və predikat müstəqil qütblükləri düĢünülür; düĢünürlər ki, subyekt əĢya və ya
müstəqil tərifdir, predikat da həmçinin, bu subyektdən kənarda (məsələn, mənim baĢımda) olan ümumi tərifdir və mən
sonradan predikatı subyektə birəĢdirən mühakimə yaradıram. Lakin predikatın varlığı subyekti göstərdiyindən subyektin
predikatın altına subyektiv salınması yenidən aradan qaldırılır və mühakimə predmetin öz tərifi kimi götürülür. Sözün
etimoloji anlamında mühakimə (Urteil) sözünün bizim dilimizdə (alman dilində – A. T.) anlamı dərindir və
fərqləndirilərək birinci bölgünü yaradan anlayıĢın ilkin vəhdətini ifdə edir, bununla da həqiqətən mühakimə olur.
Abstrakt mühakimə "Təkcə ümumidir" cümləsində ifadə olunur. BaĢlanğıcda, anlayıĢın momentləri bilavasitə
müəyyənlikləri və ya abstraksiyası halında götürüldükdə bu təriflər (təkcə və ümumi) bir-birinə subyekt və predikat
münasibətində olan təriflərdir (mühakimənin sonrakı tərifləri "Xüsusi ümumidir" və "Təkcə xüsusidir" cümlələrindən
ibarət olacaq). Hər mühakimədə "Təkcə ümumidir" və ya daha aydın desək, "Subyekt predikatdır" (məsələn, "Allah
mütləq ruhdur") müddəasının ifadə olunduğu faktının göstərildiyini məntiqdə tapa bilməməyimiz təəccüblüdür. Əlbəttə,
təkcə və ümumi, subyekt və predikat – tərifləri fərqlidir, ancaq mühakimənin bu tərifləri eyni təriflər kimi ifadə etməsi
ümumi faktını aradan qaldırmır.
"Dır" bağlayıcısı anlayıĢın təbiətindən irəli gəlir və anlayıĢın dıĢarılaĢmasında (Eutauberunq) onun özü ilə eyniyyətdə
qaldığını göstərir; anlayıĢın momentləri kimi təkcə və ümumi bir-birindən ayrı olmayan müəyyənliklərdir. Əvvəlki
təriflər də qarĢılıqlı olaraq bir-birilə bağlıdır, lakin onların bu bağlılığı, bir-birilə iliĢikliyi varlıq (Sein) olmayıb,
eyniyyət bağlantısı və ya ümumilik olmayıb yalnız birinin o birinə malik olmasıdır (Haben). Ona görə də anlayıĢın
həqiqi xüsusiliyi ilə ilk dəfə mühakimədə qarĢılaĢırıq, çünki mühakimə anlayıĢın müəyyənliyi və ya fərqləndirilməsidir,
həm də anlayıĢın ümumiliyinin saxlandığı müəyyənlikdir.
Əlavə. Mühakimə adətən anlayıĢların və həm də müxtəlif anlayıĢların birləĢməsi kimi baĢa düĢülür. Bu anlamada
doğru olan odur ki, anlayıĢ, Ģübhəsiz ki, mühakimənin ilkin Ģərtidir və mühakimədə fərqlilik formasında çıxıĢ edir.
burada müxtəlif anlayıĢlardan danıĢmaq düzgün deyil, çünki anlayıĢ konkret olsa da o, bir anlayıĢdır və onun
momentlərinə ayrı-ayrı və ya müxtəlif növlər kimi baxmaq olmaz; eləcə də mühakimənin tərəflərinin bağlılığından
danıĢmaq da yanlıĢdır, ona görə ki, bağlantıdan danıĢdıqda düĢünürlər ki, bir-birilə bağlı olan tərəflər bu bağlantıdan
kənarda da mövcuddurlar. Bu anlamanın dıĢ xarakteri aydın Ģəkildə habelə ondan görünür ki, mühakimə haqqında
danıĢdıqda deyirlər ki, mühakimə subyektə predikat aid edilməsi sayəsində alınır. Belə çıxır ki, subyekt özü üçün,
predikatdan kənarda, predikat isə bizim baĢımızda mövcuddur. Lakin "dır" bağlayıcısı artıq bu təsəvvürə ziddir. Biz "bu
çiçək qırmızıdır" və ya "bu Ģəkil gözəldir" dedikdə təsdiq edirik ki, çiçəyin qırmızı, Ģəklin gözəl olmasını biz kənardan
məcbur etməmiĢik, bunlar o predmetlərin öz tərifləridir. Mühakimənin formal məntiqi anlamının baĢqa bir yetərsizliyi
ondan ibarətdir ki, bu məntiqə görə mühakimə nə isə təsadüfidir və burada anlayıĢdan mühakiməyə keçid sübut edilmir.
Lakin empirik idrakın hesab etdiyi kimi, anlayıĢ özündə hərəkətsiz, prosesdən kənarda qalmır, əksinə, sonsuz forma
kimi anlayıĢ bütünlüklə hərəkətlidir, hər bir yaĢarılığın, həyatiliyin düyün nöqtəsi, qaynağıdır (punctum saliens – lat.),
deməli, özünü özündən fərqləndirir. AnlayıĢın öz fəaliyyəti ilə onun öz momentlərinə ayrılması və onların
fərqləndirilməsi mühakimədir və ona görə də mühakimə anlayıĢın xüsusiləĢməsi kimi baĢa düĢülməlidir. Doğrudur,
anlayıĢ artıq özündə xüsusidir, amma anlayıĢda xüsusi hələ müəyyənləĢməmiĢ və ümumi ilə Ģəffaf vəhdətdədir. Belə ki,
məsələn, bitki rüĢeymində az öncə (
§ 160, əlavədə) qeyd etdiyimiz kimi, artıq kökün, budaqların, yarpaqların və i. a. xüsusiliyi vardır, lakin bu xüsusi hələ
yalnız özündə mövcuddur və yalnız rüĢeym üzə çıxdıqda bəlli olur və ona bitki haqqında mühakimə kimi baxılmalıdır.
Bu misal onu aydınlaĢdırmağa xidmət edə bilər ki, nə anlayıĢ, nə də mühakimə ancaq bizim baĢımızda olmur və onları
yalnız biz yaratmırıq. AnlayıĢ Ģeylərin özündə yaĢayır və öz anlayıĢı sayəsində Ģey nədirsə, odur və deməli, predmeti
anlamaq onun anlayıĢını dərk etməkdir. Biz predmeti müzakirə etməyə baĢlarkən ona bu və ya digər predikatı bizim
subyektiv fəaliyyətimiz kənardan bağlamır, biz predmeti onun anlayıĢının müəyyən etdiyi müəyyənliklərdə gözdən
keçiririk.
§ 167
Mühakimə, adətən yalnız özünü dərk edən təfəkkürdə yeri olan subyektiv əməliyyat və forma kimi götürülür. Ancaq
məntiqdə hələ bu fərq yoxdur və mühakimə belə bir tamamilə ümumi anlamda götürülməlidir ki, bütün Ģeylər
mühakimədirlər, yəni özündə ümumiliyə və ya iç təbiətə malik təkcələrdir, yaxud baĢqa sözlə, onlar fərdiləĢmiĢ,
təkcələĢmiĢ ümumidirlər; onlarda ümumilik və təkcəlik bir-birindən fərqlidir və eyni zamanda eyniyyətdədir.
Qeyd. Mühakimənin yuxarıda göstərilən hansısa bir subyektə mənim hansısa bir predikatı bağlamağım kimi subyektiv
izahı "Çiçək qırmızıdır", "Qızıl metaldır" və i. a. mühakimələrinin subyektiv ifadələrinə açıqca ziddir və deməli,
subyektə hər hansı bir xassəni mən özümdən, kənardan bağlamıram.
Mühakimə cümlədən fərqlənir; cümlədə subyektin elə tərifləri var ki, onlar subyektə münasibətdə ümumilik xarakteri
daĢımırlar. Məsələn, "Sezar Romada filan ildə anadan olmuĢdur, Qalliyada on illər müharibə etmiĢdir, Rubikonu
keçmiĢdir və i. a. – bütün bunlar mühakimə yox, cümlələrdir. "Mən bu gün yaxĢı yatdım" və ya "Silaha düzlən" və i. a.
kimi cümlələrin mühakimə forması ala bildiyini təsdiq etmək də tamamilə mənasızdır. Yalnız o halda "Karet yaxından
keçir" cümləsi mühakimə, məhz subyektiv mühakimə ola bilərdi ki, yaxından keçən predmetin karet olduğuna yaxud
predmetin və ya onu müĢahidə etdiymiz məntəqənin hərəkətinə Ģübhə edilsin, deməli, yalnız hələ müəyyənləĢməmiĢ
təsəvvür üçün tərif tapmağa can atdıqda sözü gedən cümlə subyektiv mühakimə ola bilər.
§ 168
Dostları ilə paylaş: |