MəRSİYƏLƏR



Yüklə 0,73 Mb.
səhifə17/18
tarix05.05.2018
ölçüsü0,73 Mb.
#41492
1   ...   10   11   12   13   14   15   16   17   18

Qardaş ağlama


Yaralıyam yıxılmışam,

Düşübdü qollarım əxa,

Ağa əlin qoy alnıma,

Əlindi dərdimə şəfa.

Durammıram ayağına bağışla sərvərim, mən,

Qolum düşəndə başıma dəyib əmudi ahəni,

Dolubdu qanilə gözüm görənmirəm ağa, səni².

Başımı al qucağına verəndə can edim səfa,

Mənə gözəldi gəlməyin, başım ucaldı seyyidi,

Fələk nədən bu səmtidən yolumu saldı seyyidi,

Su xeyməgaha çatmadı,bacım qocaldı,seyyidi².

Eşitsə qardaşı ölüb necə dözər o binəva,

Hüseyn açıbdı qolların yaralını qucaqladı,

Öpüb əmmaməsiz başı sinəsi üstə saxladı².

Buyurdu qardaş,ağlama, vəli özü çox ağladı,

Bu dərdi yaxşı dərk edər ürəyinə dəyən yara².


Göz yaşı (rövzə)


Tapdı oğlun o çətin vəqtidə del xəstə imam,

Dedi oğlum necə gör bikəs atan cana gəlib.

Evimi yıxdılar oğlum, sən əqəllən gözün aç,

Hər bəla vardı məni-zarü-nəvaxanə gəlib.

Atanı gör nə günə qoydu sənin dərdü-qəmin,

Bükülüb qaməti, göz yaşı dönüb qanə gəlib.

Yumulan gözlərin aç, dərdimə qıl çarə oğul,

Qoca vaxtında atan çarəvü-dərmanə gəlib.

Niyə dindirmirsən oğlum ürəyi qan atanı,

Fikr edirsən bala didarına biganə gəlib?

Yıxılan ərsədə sən can verən həsrətlə mənəm,

Bu ölüm başının üstə məni-nalanə gəlib.


İmamın zəban halı


Cavanani-bəni-haşim, gəlin Əkbər batıb qana,

Vücudü pər-pər olmuş, gül kimi düşmüş biyabana.

Aparın xeyməyə bu gül bərg təri,

Görə əhli-hərəm bu qanlı peykəri.

Mənim yox taqətim, oğlum ölüb, qəddim kaman oldu,

İşıqlı ulduzum ərşi-şəhadətdə nihan oldu.

Salıb dildən məni bu dilbəndi-Rəsul,

Oğul vay səslərəm pərişanü-məlul.


Həzrət Hüseynin (ə) zəban halı


Dur yatma qətligahida ey qəhrəmanım Əkbər,

Yox dizlərimdə taqət, ey mehribanım Əkbər.

Cəddim düşəndə yada fövrən sənə baxardım,

Cəddim şəbihi oğlum, qol boynuna salardım,

Peyğəmbəri Xudanın mən ətrini alardım,

Adın olubdur əlan virdi zəbanım, Əkbər.

Aç gözlərin Əli can, ollam gözün fədası,

Dəysin mənə bu çöldə ol gözlərin qadası,

Əndazədən çıxıbdır görrəm başın yarası,

Olsun sənə Əli can, qurban bu canım, Əkbər.

Zeynəb gəlib qabağa səslərdi can Hüseynim,

Ey Fatimə nişanı, ruhi-rəvan Hüseynim,

Oğlun ölüb, yoxundur tabü-təvan Hüseynim,

Yatmış əbanın içrə cismimdə canım, Əkbər.

Əllər başında səslər ol bülbüli Mədinə

Qurban olum deyərdi, qardaş bacın Səkinə,

Zülm etdi Kufə əhli mən bikəsü həzinə,

Ağzımda teşnəlikdən dönmür zəbanım, Əkbər.


İmamın oğluna zəban halı


Dur yatma bu meydanda cavanım Əli Əkbər,

Qoyma çıxa hicrində bu canım, Əli Əkbər.

Əli can bala lay-lay.

Əxyamda gözləyər yolunu əmmələr, ağlar,

Olmuş bu qəmində bacılar didətər ağlar,

Bu halətinə o hərəmi xunciyər ağlar,

Ruzu-şəb olan virdi zəbanım, Əli Əkbər.

Aç gözlərini bax mənə ey cəddimə bənzər,

Qoyma yumula heyfdir oğlum, ala gözlər,

Gəhvarədə bu halına ağlar Əli Əsğər,

Yandırma məni ruhu-rəvanım, Əli Əkbər.

Səslədi cavanlarını meydani-bəlayə,

Ta Əkbəri həml eləyələr xeyməsərayə,

Salalar xeymədə gəl cisminə sayə,

Yoxdur vəli durmağa təvanım Əli Əkbər.

Ta yetdilər meydana ürək dağladı Əbbas,

Baxdı o yaralı balaya, ağladı Əbbas,

Ağuşa aldı, gözünü bağladı Əbbas,

Səslərdi əmi dur səni canım, Əli Əkbər.

Əkbərin imdad istəməsi (rövzə)


Səsləyər baba, yetiş imdadıma bəs hardasan?

Əl-aman səs ver yanan fəryadıma, bəs hardasan?

Gəl yubanma xeymələrdən dadıma, bəs hardasan?

Ah-naləmdən töküldü suz əgər torpağa,

Peykərindən qan axır dəşti-bəla səhrasına,

Qan tökür qüdsiyan insan kimi qovğasına,

Lalə nəqşin qan çəkibdir surəti-zibasına,

Ox dəyib yorğun düşüb meydanda əfsər torpağa.

Surətindən qan axır yoxdu yarasın bağlayan,

Vəhşəti Kərbü-bəladan qərqi-qəmdir asiman,

Qaməti şahzadəni puşeş edib tirü-kəman,

Gör nə halilə yıxıldı qanlı peykər toprağa.

Əl-qərəz gəldi hicazın şahı meydana o gün,

Sərzəmini-Kərbəla gördü batıb qana o gün,

Qan veribdi Əkbəri ayini-Qurana o gün,

Başda bir yara düşüb manəndi Heydər torpağa.


Oğul qəmi (rövzə)


Haraya Əkbərinin gəldi Seyyidüş-şühəda,

Alışdı yandı ürək, səsləndi va vələda.

Qərarü-səbrini dildən oğul qəmi aldı,

Qalanda yeddi qədəm torpağa özün saldı.

Süründü torpağın üstə o zarü-delxəstə,

Gəlib yetişdi cavan oğlunun başı üstə.

Sıxıldı qəlbi, cahan tirə tar olub gözünə,

Üzün qoyubdu o dəm mehriban oğul üzünə.

Dedi oğul, gözün aç hal zarını bildir,

Bəyana gəl, məni-bidad xahi bir dindir.

Yanır yanan ürəyim suzi iştiyaqında,

Bu qan nə qandi Əli, var gözəl dodağında.

Dedi ilahi, özün şahid ol bu əhvala,

Salıblar zülmilə gör Əkbərimi nə hala.

Bilirlər yalqız Hüseynin əlində yox çarəsi,

Görürlər oğlum ölüb hey vururlar dil yarası.

Məni salıbdı cavan oğlunun qəmi dildən,

Belə güman edirəm Əkbərim gedib əldən.


Əli Əkbərin başı üstündə İmamın zəban halı (rövzə)


Axır nəfəsdi bir ata de, can deyim sənə,

Az qaldı cənnətə olasan rəhsipar, oğul.

Qəlbim çox istəyir açasan qanlı gözlərin,

Bir də görüm gözün giləsin aşkar, oğul.

Bir yol nigah edib yenə yumsan da yum gözün,

Baxsa oğul ata üzünə əcri var, oğul.

Ey məhzəri Rəzuli-Xudayi-cahan oğul,

Vey aftabi-ömrünə həft asiman oğul.

Yeddi qədəm cənazənin üstə sürünmüşəm,

Yetişmişəm bu gül bədənə nimə can oğul.

Ey ömrümün dadı, gözümün nuru, aç gözün,

Can üstəyəm gülür mənə bu kufiyan, oğul.

Tapşırmışam ki, qəbridə də bir yataq, Əli,

Sənsiz dözəmməz bilirsən, mehriban oğul.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə