Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

 

İşgil birləşməsi 

 

Kənar ucları dairəvi şəkilli prizmatik işgil və val 



İşgil birləşməsi

 – qasnaq, dişli çarx, mufta və s. hissələri ox və vallara bərkitmək 

üçün istifadə edilir. 

Bu birləşmələr burucu momenti valdan çarxa və əksinə ötürə bilir. 

Konstryksiyasının sadəliyi tez yığılıb sökülə bilməsi, çox böyük momenti ötürə 

bilməsi birləşmənin əsas üstünlüyüdür. Mənfi cəhətləri isə val üzərində işgil və ya 

şlis yuvası açılması nəticəsində valın və çarxın topunun zəifləməsi, gərginlik 

konsentrasiyası mənbələrinin əmələ gəlməsi, çox böyük yüklərdə konstruksiyanın 

dağılmadan qorunmaması və s-dir. 

İşgil birləşməsi gərginlikli və gərginliksiz olmaqla iki qrupa ayrılır. Yığma 

əməliyyatı nəticəsində işgildə gərginlik yaranmazsa, belə birləşməyə gərginliksiz 

işgil birləşməsi deyilir. Prizmatik və seqment şəkilli işgilləri bua misal göstərmək 

olar. Gərginlikli işgil birləşməsində yığma əməliyyatı zamanı hissələrdə başlanğıc 

gərginlik yaradılır. Bunlara pazvari işgil birləşməsi aiddir. 

İşgillərdən təkçə burucu momenti ötürmək deyil, həm də çarxları val boyu 

sürüşdürmək üçün istiqamətverici kimi də istifadə olunur. 

Standart işgillər orta karbonlu xüsusi çeşidli tarım dartılmış poladlardan hazırlanır. 

Xüsusi təyinatlı işgillər üçün legirlənmiş poladlar götürülür  




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə