Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

 

Qayış (texnika) 

 



 

 



 

Pazvari qayış 



 

 



 

Yastı qayış 



 

Bu adın digər istifadə formaları üçün, bax: Qayış. 



 

Qayış

 — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək 

üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın 

hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı 

qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə 

başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən 

daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı 

qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni 

ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə 

də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların 

tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan 

istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir. 

 



Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan 

hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda 

yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə 

hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord 

saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr 

çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur. Qayışın oturaq hissəsi 

polixlorofen-rezin qarışığından ibarətdir. Qoruyucu üst qat parçadan 

hazırlanır. Yüksək sürətlərdə işləyən pazvari qayışların xarici səthi əlavə 

olaraq rezinlə hopdurulmuş parça ilə örtülür. 

 



Dişli qayışlar şüşə-lifli materialdan hazırlanmış ipləri rezin-xlorofen qarışığı 

ilə əhatə etməklə hazırlayırlar. Dişlər əlavə olaraq yeyilməyə davamlı olan 

neylon parça qatı ilə örtülür. Bəzi hallarda isə bu rezin qarışığının içərisinə 



metal məftillər də yerləşdirilir. Bu qayışların parametrləri İSO 5296-da 

verilir. 

 

Qayışların ölçüləri standartlaşdırılmışdır, ona görə də, hesabat zamanı aralıq 



ölçülər nəzəri-emprik düsturların köməyi ilə hesablanır və sonra verilmiş 

cədvəllərdən lazım olan parametrlər seçilir. 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə