Metal və Ərintilər Metalların klassifikasiyası


Qara və əlvan metallurgiya



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   2   3   4   5   6   7   8   9   ...   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

 

Qara və əlvan metallurgiya 

Metallurgiya sənayesi iki – qara və əlvan metallurgiya sahələrinə ayrılır. 

Respublikamızda  metallurgiya  sənayesinin  inkişafını  müəyyən  edən  amillər 

aşağıdakılardır: 

1.

 

Bol və rəngarəng mineral xammal ehtiyatlarının olması; 



2.

 

Müxtəlif metal tullantılarının mövcudluğu; 



3.

 

Yerli enerji ehtiyatlarının – neft və qazın olması; 



4.

 

Metal tələbatlı sənaye və tikinti sahələrinin geniş inkişafı; 



5.

 

İxtisaslı kadrların və əmək ehtiyatlarının kifayət qədər olması; 



6.

 

Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı. 



Qara metallurgiya – dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın 

əridilməsi,  prokat  və  ferroərintilərin  istehsalından  ibarətdir.  Metallurgiya 

sənayesində  xammalı  ardıcıl  emal  etməkdə  kombinatlar  (bir-biri  ilə  sıx  istehsal 

əlaqələrinə malik müəssisələr sistemi) üstünlük təşkil edir. Elmi-texniki tərəqqi bu 

kombinatlarda  daha  məhsuldar,  tullantısız  texnologiya  tətbiqinə  şərait  yaradır  və 

nəticədə prokatın müxtəlif növlərini əldə etməyə imkan verir. 

Metallurgiya  maşınqayırma  və  metal  emalı  sahələrinin  inkişafının  əsasıdır. 

Metallurgiya  külli  miqdarda  xammal  (yerin  təkindən  çıxan  faydalı  qazıntı)  və 

yanacaqdan  istifadə  edir.  Ona  görə  də,  kombinatlar  xammal  və  ya  yanacaq 

ehtiyatlarının  yaxınlığında,  bəzi  hallarda  isə  onların  arasında  yerləşdirilir. 

Ölkəmizdə qara metallurgiya, əsasən, neft-qaz sənayesinin tələbatı (boru istehsalı) 

ilə  əlaqədar  yaradılmış,  sonradan  digər  sənaye  sahələrini  inkişaf  etdirmək  üçün 

genişləndirilmişdir.  Azərbaycanda   Gəncə-Daşkəsən  və  Abşeri\on  metallurgiya 

bazaları  (filiz  və  yanacaqdan  birgə  istifadə  edən  metallurgiya  zavodları  qrupu) 

formalaşmışdır,  lakin  son  illərdə  Abşeron  metallurgiya  bazası  daha  çox  metal 

tullantılarına əsaslanır. Qara metallurgiyanın əsas müəssisəsi Daşkəsən dağ-mədən 

kombinatıdır.  Respublikamızda  qara  metallurgiyanın  inkişafı  Qoşqarçayın 

vadisində  4  yataqda  (Daşkəsən,  Cənubi  Daşkəsən,  Hamançay,  Dəmiroğlu)  olan 

Daşkəsən dəmir filizi ilə bilavasitə əlaqədardır. Sumqayıt boru-prokat, Bakı təkrar 

qara  metallurgiya  zavodu,  Bakı  polad  istehsalı  şirkəti  və  iri  maşınqayırma 

zavodlarının  nəzdində  olan  metaləritmə  sexləri  də  iri  müəssisələrdəndir. 

Metallurgiya  sənayesinin  inkişafı  üçün  bentonit  gilinin  rolu  böyükdür.  Bentonit 

gilindən  fasiləsiz  polad  əridilməsində,  odadavamlı  metaltökmə  qəlibin 

hazırlanmasında geniş istifadə olunur. 




Əlvan  metallurgiya –  əlvan  metal  filizlərinin  hasilatından,  saflaşdırılmasından, 

əridilməsindən  və  müxtəlif  ərintilərin  alınmasından  ibarətdir.  Əlvan  metallar 

müxtəlif 

qruplara 

bölünür:

Yüngül  əlvan  metal  filizlərinin  tərkibində  metal  25-30%-ə  yaxındır.  Bu  metallar 

ərimə zamanı  yüksək enerji tələb etdiyi  üçün enerji tutumludur. Ona  görə onların 

müəssisələri  ucuz  elektrik  enerji  mənbələrinə  və  istehlakçıya  yaxın  yerləşdirilir. 

Ağır  əlvan  metal  filizlərinin  tərkibində  metalın  çox  az  olması  onların  hasil 

olunduğu  yerlərdə  saflaşdırılmasını  və  ilkin  emalını  tələb  edir.  Filizin  tərkibində 

bir neçə metal varsa, o, polimetal filizi adlanır. Ağır əlvan metal filizləri polimetal 

şəklində  çıxdığı  üçün  saflaşdırılır  və  konsentrat  alınır  (metallar  ayrılır).  Qara 

metallurgiya  sənayesində  bəzi  əlvan  metal  filizlərini  (xrom,  nikel,  titan,  volfram, 

vanadium)  dəmirlə  qarışdırdıqda  daha  yüksək  keyfiyyətli  polad  almaq 

mümkündür. 

Alüminium yer qabığında ən çox yayılmış yüngül metaldır. Respublikada 

alüminiumun əsas xammalı olan alunit Daşkəsən rayonunda Zəylik mədənindədir. 

Süxurun tərkibi çox zəngindir (xlorid, opal, kolçedan, barıt və s.). Burada çıxarılan 

filiz asma kanat yolu ilə bunkerlərə, oradan da Quşçu-Alabaşlı dəmir yolu 

vasitəsilə Gəncə gil-torpaq birliyinə daşınır. Əldə edilən alüminium-oksid 

Sumqayıt alüminium zavoduna gətirilir və ondan alüminium istehsal edilir. Əlvan 

metallurgiya qara metallurgiya ilə müqayisədə gənc və daha yüksək sürətlə inkişaf 

edən sənaye sahəsidir. Onun əsas müəssisələri Sumqayıt və Gəncə alüminium 

zavodları, Bakı və Gəncə əlvan metalların emalı zavodlarıdır. Azərbaycanda əlvan 

metallurgiyanın inkişafı üçün Kiçik Qafqaz ərazisində, Naxçıvan və Şəki-Zaqatala 

iqtisadi rayonlarında yerləşən polimetal yataqlarının böyük sənaye əhəmiyyəti 

vardır. Bundan başqa, Naxçıvanda və Kiçik Qafqaz ərazisində 50-dən çox civə 

yatağı kəşf edilmişdir ki, bunlardan ən məşhurları Kəlbəcər rayonunda yerləşir. 

Göründüyü kimi, Naxçıvanda, Yuxarı Qarabağda, Şəki-Zaqatalada, Kəlbəcər-

Laçında əlvan metallurgiya sənayesinin inkişafı üçün perspektivlər böyükdür. 

Azərbaycanda metallurgiya sənayesinin ən gənc 

sahəsi elektrometallurgiya (metalların elektrik üsulu ilə əridilməsi) və ovuntu 

metallurgiyasıdır. Müxtəlif metal və qeyri-metal ovuntularının qarışığından 

hazırlanan metal məmulatlar həm keyfiyyətinə, həm də ucuz olmasına görə 

fərqlənir. Bakıda bürünc və tunc ovuntuları istehsal olunur, çətin əriyən birləşmələr 

sintez edilir.




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə