Metal və Ərintilər Metalların klassifikasiyası


Metal ərintilərinin kimyəvi-termik emalı



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   2   3   4   5   6   7   8   9   ...   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

  

Metal ərintilərinin kimyəvi-termik emalı. 


 

Termiki emal

 - metal və onun xəlitələrinin müəyyən temperatura qədər qızdırıb və 

soyutmaqla onun daxilində baş verən struktur dəyişikliyinin köməyi ilə 

məqəsdyönlü mexaniki xassələrin əldə edilməsinə xidmət edən üsuldur. Metalın 

mexaniki emal prosesində istiliyin təsirindən yaranan struktur dəyişikliyi buraya 

aid edilmir, çünki bu halda termiki proses məqsədyönlü baş vermir. 

 

Termiki sobada metal 



Maşınqayırmada termiki emal metal, əsasən isə dəmir tərkibli hissələrin mexaniki 

xassələrini yaxşılaşdırmaq məqsədi ilə geniş tətbiq olunur. Metal hissələrinin 

müxtəlif parametrlərdə qızdırıb-soyutduqda onun daxilində istənilən xasəəyə malik 

və dispersiyalı fazaların yaranması və sonrakı mərhələlərdə saxlanması məqsəd 

kimi qoyulur. Termiki emal üsulunun tətbiqi ilə ucuz, aşağı xassəli metalın 

göstəricilərini əsaslı şəkildə artırmaq mümkündür. Poladların xassələri onun 

tərkibindəki legirləyici elementlərlə müəyyən olunsa da, bu elementlərin təsiri 

yalnız termiki emaldan sonra özünü açıq şəkildə büruzə verir. Termiki emal 

prosesinin əsas parametrləri maksimal qızdırma müddəti (tmax), həmin 

temperaturda saxlama müddəti (ts), qızma və soyuma müddətləri (tq, tsoy), 

həmçinin bu mərhələlərdə mövcud olan sürətlərdir (Vq, Vsoy). 

Termiki emalın aşağıdakı əsas növləri mövcuddur: 

 

Yumşaltma ilkin emaldan sonra qeyri-müvaiznət struktura malik metalı 



qızıdırmaqla müvazinət struktura gətirməyə xidmət edən termiki emal 

prosesidir. 

 

Tablama metalı faza çevrilməsi temperaturundan yuxarı temperaturuna qədər 



qızdıraraq, sürətlə soyutma nəticəsində onun daxilində qeyri-müvazinətli 

strukturun əldə olunması üçün tətbiq olunan termiki emal prosesidir. 

 

Tabəksiltmə tablanmış metalı faza çevrilməsi temperaturundan aşağı 



temperatura qədər qızıdırmaqla daha dayanıqlı hala gətirmək üçün tətbiq olunur 



 

Kimyəvi termiki emal maşın hissələrinin səthlərinə kimyəvi elementlərlə təsir 

etməklə onun xassələrini üst qatında yaxşılaşdırmaq məqsədilə aparılan 

prosesdir. 

 

Termomexaniki termiki emal deformasiya və struktur çevrilməsini özündə 



birləşdirən proseslərin birgə təsiri sayəsində hissənin mexaniki xassələri 

yaxşılaşdırılır. 




Termiki emal prosesini aparmaq üçün xüsusi soba və su çənlərindən istifadə 

olunur. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə