Metalların mexaniki xassələri



Yüklə 38,83 Kb.
səhifə2/3
tarix24.12.2023
ölçüsü38,83 Kb.
#159779
1   2   3
12-97 Metal

Mexaniki xassələrə möhkəmlik, elastiklik, plastiklik, bərklik, zərbə özlülüyü, yorulma möhkəmliyi və s. aiddir.
Metalların mexaniki xassələri laboratoriya şəraitində xüsusi maşınlarda öyrənilir.

Metalların dartılmaya sınanılması

Metalların dartılmaya sınanılması möhkəmlik, elastiklik və plastiklik kimi vacib mexaniki xassələri təyin etməyə imkan vеrir.
Möhkəmlik - yükün təsiri altında metalların dağılmaya qarşı müqavi­mətlik qabiliyyətidir.
Elastikilik - yükün təsiri götürüldükdən sonra metalların öz ilkin forma və ölçülərini bərpa etmə qabiliyyətidir.
Plastiklik - metalların dağılmadan yeni forma və ölçü əldə etmə qabi­liyyətidir. Plastikliyin əksi olan xassəyə kövrəklik deyilir.

Metalların bərkliyinin təyini

Bərklik metalın səth qatlarına (içərisinə) ondan bərk olan başqa bir cismin basılmasına göstərdiyi müqavimət göstərmək qabiliyyətidir.
Hazırda metalların bərkliyinin təyin edilməsinin müxtəlif üsulları mövcuddur. Statik yükün təsiri ilə xüsusi ucluqlarla (kürə, konus və ya piramida) metalın səthinə basma metodları daha geniş yayılmışdır. Bu metodlar adətən müəlliflərin adı ilə (Brinel, Rokvell və Vikkers) adlandırılır.
Bərklik həmçinin elastik sıçrama (Şor metodu) və zərbə ilə daxilolma (Poldi metodu) metodları ilə də təyin edilir.
Bərkliyin təqribi təyini cızma (zubil, kəsici alətlər və s.) üsulu ilə də mümkündür. Bərkliyin qiyməti, cızan alətin buraxdığı izin dərinliyi ilə müəyyən edilir. İzin dərinliyi nə qədər böyükdürsə, bərklik bir o qədər kiçikdir və ya əksinə.
Bərkliyin sınanılması az vaxt aparır və mürəkkəb nümunələr tələb etmir. Bundan başqa, bərklik və möhkəmlik arasında müəyyən əlaqə olduğundan bəzi hallarda bərkliyi təyin etməklə, digər mexaniki xassələri də müəyyən etmək olur.
Konstruksiyalarının, alətlərin və detalların hazırlanması üçün metallar bərkliklərindən asılı olaraq seçilirlər. Metalların mexanik emalı bərkliklərin­dən asılıdır. Onların bərkliyi nə qədər yüksəkdirsə emal olunmaları da bir o qədər çətindir.

Yüklə 38,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə