Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə33/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
102 
 
rərkən  vaxtını  qeyri-məhsuldar  Ģəkildə  onun  mənasının  təhlilinə 
və izahına sərf etməli olur. Buna görə də, mürəkkəb cümlələri, bir 
qayda olaraq, sadə cümlələrə parçalamaq məqsədəuyğundur. Təbi-
idir ki, bunu cümlələr arasında məntiqi qarĢılıqlı əlaqəni saxlamaq 
Ģərti ilə etmək lazımdır. 
Dilin  lakonikləĢdirilməsi  və  informasiyanın  sıxlaĢdırılması 
baxımından “qeyri-mətni” adlandırılan müxtəlif vasitələrin də bö-
yük əhəmiyyəti vardır. Formullar (düsturlar), cədvəllər, illüstrasi-
yalar bu cür vasitələrdəndir.  
Formullar,  bir  qayda  olaraq,  dəqiq  və  texniki  elmlərə  aid 
olan məqalələrdə vacib element hesab olunur. Bu formullar infor-
masiyanın  yazılmasının  unifikasiya  olunmuĢ  forması  kimi  müəy-
yən  qanunauyğunluqları  izah  edir,  hesablamaların  müxtəlif  cür 
üsullarını nümayiĢ etdirir, nəzəri nəticələri və texniki həll yollarını 
əsaslandırır,  sübut  vasitəsi  kimi  çıxıĢ  edir.  Hər  Ģeydən  öncə  re-
daktordan konkret bir formulun lazım olub-olmadığını, bu formul-
lardan mətnin həddindən artıq elmi Ģəklə salınması məqsədilə isti-
fadə olunub-olunmadığını müəyyən etmək tələb edilir.   
Məqalədə informasiyanın təqdim olunmasının rahat, əlveriĢli 
vasitəsi  elmi  məqalənin  daha  mürəkkəb  elementi  olan  cədvəldir. 
Cədvəllər  müxtəlif  məlumatların  sistemləĢdirilməsinə,  bu  məlu-
matların təhlili üçün rahat olan müqayisəli Ģəklə salınmasına yar-
dım edir, ayrı-ayrı parametrlər arasındakı asılılığı müəyyənləĢdir-
məyə imkan verir. Cədvəllərdə məlumatlar üfüqi və Ģaquli qrafa-
larda yerləĢir, yəni biri digərindən üfüqi və Ģaquli xətlərlə ayrılmıĢ 
sütunlarda  qruplaĢdırılır.  Cədvəlin  əsas  elementləri  bunlardır: 
nömrələnmiĢ  sərlövhə  (baĢlıq),  tematik  baĢlıq,  baĢlıq,  yan  tərəf, 
“quyruq” hissə, qrafalar bölgü, qeyd. 
Cədvəl  mənimsənilmə üçün sadə və əlveriĢli olmalı, qavra-
yıĢ üçün əngəl ola biləcək artıq ünsürə malik olmamalıdır. Cədvə-
lin  düzgün  qurulması  üçün  mübtəda  və  xəbərləri  dəqiq  ayırmaq 
zəruridir. Mübtəda cədvəlin sərlövhəsinə dəqiq  cavab verməlidir. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
103 
 
Cədvəl qurularkən elementlərin ciddi məntiqi tabeliliyinə əməl et-
mək labüddür. 
NömrələnmiĢ sərlövhə cədvəlin mətnlə əlaqəsini sadələĢdir-
mək üçün zəruridir. Mətndə cədvələ istinad bu Ģəkildə tərtib olu-
nur: 1-ci cədvəldə və yaxud göstərilən cədvəldə gördüyümüz kimi. 
Məqalədə  olan  yeganə  cədvəlin  nömrələnmiĢ  sərlövhəsi  ol-
mur. Tematik sərlövhə cədvəlin məzmununun obyektini müəyyən 
edir və mətndən asılı olmayaraq cədvəldən istifadəni təmin etmək 
üçün lazımdır. 
Ġnformasiyanın  təqdim  olunmasının  kifayət  qədər  səmərəli 
vasitəsi illüstrasiyalardır. Cədvəldən daha çox əyaniliklə fərqlənən 
illustrasiyalar  informasiyanın  qavranılmasına  yardım  edir,  ma-
terialı daha baĢa düĢülən və kütləvi Ģəklə salır. Ġllüstrasiyanın büt-
ün  növlərindən  istifadə  oluna  bilər:  çertyojlar,  sxemlər  (cizgi  və 
Ģtrixlərlə çəkilmiĢ rəsmlər və s.). Belə ki, qrafiklər və diaqramlar 
hər hansı bir həcmin bölgüsünü nümayiĢ etdirmək, ayrı-ayrı gös-
təriciləri müqayisə etmək, hər hansı bir prosesi təsvir etmək, diq-
qəti  bu  prosesdə  dəyiĢikliyin  xarakterinə  yönəltmək  üçün  lazım 
olur. 
Ġllustrasiyaların redaktə olunmasına nəĢrdə onların yerləĢdi-
rilməsi zərurətinin prinsipial qiymətləndirilməsindən baĢlamaq la-
zımdır. Hər bir illustrasiya müəllif düĢüncəsinin inandırıcı təsdiqi 
kimi çıxıĢ etməli, mətni tamamlamalı, prosesin gediĢinin oxucu tə-
rəfindən  daha  aydın  surətdə  təsəvvür  olunmasına  yardım  etməli-
dir. 
Növbəti  mərhələ  illustrasiya  süjetlərinin  redaktə  olunması-
dır. Ġllustrasiyada bu nəĢr üçün xüsusilə vacib olan cə-həti aĢkara 
çıxarmaq  və  qeyd  etmək  lazımdır.  FotoĢəkillər  mətnə  aid  olma-
yan, oxucunu yayındıran detallardan azad edilməlidir. Ġllustrasiya-
lar  üzərində  mətni  yazılardan  çəkinmək  lazımdır,  bu  yazıları  rə-
qəmli  iĢarələr  əvəz  etməlidir,  həmin  iĢarələr  rəsmaltı  yazılarda 
izah olunmalıdır. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
104 
 
Son mərhələ - illüstrasiyalar və müĢayətedici mətnin redaktə 
olunmasıdır.  Bütün  illüstrasiyalar  vahid  sıra  nömrələnməsi  ilə 
nömrələnir və Ģəkilaltı yazılarla təchiz edilir. Ġllüstrasiyaaltı yazı-
lar qısa və dəqiq olmalı, illüstrasiyaların məzmununu izah etməli-
dir. 
Elmi jurnalların aparatının redaktəsi 
 
Dövri nəĢrlər arasında jurnallar nisbətən rəngarəng və geniĢ 
aparata malikdirlər. Belə ki, jurnalların aparatını iki hissəyə ayırır-
lar: 
1.
 
ayrı-ayrı məqalələrin aparatı; 
2.
 
bütünlükdə jurnalın aparatı. 
Redaktor müxtəlif janrların aparatını qiymətləndirərkən əsas 
elementlərin  mövcudluğuna  və  onların  tərtibat  standartlarına  ca-
vab verməsini yoxlayır.  
Jurnallarda  dərc  olunan  məqalələrin  vacib  aparat  elementlə-
rinə aĢağıdakılar daxildir:  
Müəllif haqqında məlumat; 
Tərtibçilər  (məsələn,  icmal  məqalələrinin)  və  material  üzə-
rində iĢləyən digər Ģəxslər haqqında məlumat; 
NəĢr olunan materialın sərlövhəsi; 
Sərlövhəaltı məlumat; 
Universal onluq təsnifat (UOT) indeksi
115

Ġstifadə olunmuĢ ədəbiyyat; 
Annotasiya, xülasə; 
Açar sözlər; 
Əlyazmanın redaksiyaya qəbul tarixi
Kolontitul. 
Redaktorun  üzərində  iĢə  baĢlayacağı  aparatın  ilk  elementi 
sərlövhədir. Jurnalda dərc olunan rəyin sərlövhəsi rəy verilən ma-
terialın (kitabın) biblioqrafik təsviri ilə əvəz oluna bilər. Sərlövhə-
                                                           
115
 http://udk-codes.net 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə