Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə32/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
99 
 
ardıcıllığına əməl olunurmu, bir hadisənin digəri ilə bağlılığı baĢa 
düĢülürmü? 
Mühakimələr nəzərdən keçirilərkən mühakimə və nəticə ara-
sındakı struktur asılılığına istinad edilir. Əgər mühakimədə nə isə 
sübut  olunursa,  dəlillərin  dəqiqliyi  yoxlanılır.  Təsviri  səciyyəli 
mətnlərdə tərkib hissələrin faktiki materiallının yoxlanılması, mü-
hakimələrdə isə bir fikrin digərindən törəməsinin qiymət-lən-diril-
məsi həlledici əhəmiyyət kəsb edir.  
Qeyri  bədii  ədəbiyyat  əsərlərinin  strukturu  materialın  ifadə 
olunmasının ardıcıllığı, onun müxtəlif hissələrinin qarĢılıqlı müna-
sibətlərinin məntiqiliyi  və mütənasibliyi  ilə fərqlənir. Bu struktur 
predmetin  inkiĢafının  xarakteri  və  daxili  məntiqi,  əsərin  janr  xü-
susiyyətləri, eləcə də, müəllifin ifadə tərzi ilə Ģərtlənir.  
Qeyd  etdiyimiz  kimi,  janrından,  həcmindən  asılı  olmayaraq 
məqalələri üç tərkib hissəyə ayırmaq olar: giriĢ, əsas hissə və nəti-
cə. 
Əsərin giriş qismi oxucunu materialı qavramağa hazırlamalı-
dır. Burada müəllif əsərin məzmununu, onun nəzərdən keçirilmə-
sinin  aspektlərini  qeyd  etməlidir.  Redaktor  bu  hissənin  yığcam 
halda  əsərin  əsas  məzmununu  təkrar  etməməsinə  nəzarət  etməli-
dir. Əsərin bu hissəsi oxucuda əsərə məqsədyönlü maraq oyatma-
lıdır. 
Əsərin  əsas  hissəsinin  vəzifəsi  müəllif  konsepsiyasını  tam 
həcmdə əks etdirmək, əsərin məzmununu bütövlükdə açmaq, onun 
ideyasını  gerçəkləĢdirməkdir.  Bu  struktur    hissəsi  predmet  və 
yaxud hadisə haqqında material müəllifinin ifadə etdiyi tədqi-qatın 
təhlili  və  sintezi  əsasında  yeni    biliyin  formalaĢmasına    xidmət 
edir. 
Əsərin nəticə qismi oxucu qavrayıĢının məntiqi və psixologi-
yası  baxımından  zəruri  olan  sonluq  rolunu  oynayır.  Burada  araĢ-
dırmanın nəticəsinə yekun vurulur, əsas nəticələr qısaca və dürüst 
ifadə olunur, məsləhətlər verilir, məsələnin bundan sonra da araĢ-
dırılmasının mümkün yolları göstərilir. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
100 
 
Bəzən  elmi  jurnallarda  nəzərə  çatdırılması  önəm  kəsb  edən 
hər hansı bir fikir, ifadə və ya cümlə səhifənin kənarında verilərək 
fərqləndirilir (Əlavə 30). 
Əsərin  stukturunun  redaktor  tərəfindən  qiymətləndirilməsi-
nin baĢlıca meyarları məzmunun ifadə olunmasının bütövlüyü, sis-
temliliyi,  tələblərə  uyğunluğu  və  əlaqəliliyidir.  Tamlılıq  prinsipi 
əsərin  strukturunun  qiymətləndirilməsinin  dialektik  vəhdəti  kimi 
yanaĢılmasını,  onların  qırılmaz  Ģəkildə  və  qarĢılıqlı  əlaqədə  nə-
zərdən  keçirilməsini  tələb  edir.  Bu  baxımdan  elmi  məqalənin 
strukturu  onu  təĢkil  edən  bütün  komponentlərin  vəhdəti,  struktu-
run hər bir elementi isə bütövlükdə məqalənin bir qismi kimi təm-
sil  olunmalıdır.  Bu  prinsipin  pozulması  materialın  ifadə  olunma-
sında sistemsizliyə gətirib çıxarır.  
Sistemlilik meyarı məqalənin vahid məntiqi strukturunu ay-
dınlaĢdırmaq, onun ayrı-ayrı fraqmentlərini sistemin qarĢılıqlı əla-
qədə  və  qarĢılıqlı  hərəkətdə  olan  elementləri  kimi  təqdim  etmək 
imkanı verir. Həmin meyar ciddi qüsuru elmi məqaləni təĢkil edən 
müxtəlif elementlərin formal, mexaniki cəhətdən birləĢdirilməsini 
görmək və vaxtında aradan qaldırmaq imkanı yaradır. 
Uyğunluq meyarı bu və ya digər mətn fraqmentinin həcmi-
nin onun məna əhəmiyyətinə, dərk olunma həcminə uyğunluğunun 
müəyyənləĢdirilməsini  nəzərdə  tutur.  Bu    prinsip  əsərin  struktu-
runu onun mətnin oxucu tərəfindən qavrayıĢı xüsusiyyətlərinə uy-
ğunluğu baxımından qiymətləndirmək  imkanı  verir. 
Bağlılıq  meyarı  materialın  sistemləĢdirilməsinin  müəllif 
prinsipini, mətnin müxtəlif hissələrinin mütənasibliyinin xarakteri-
ni, müəllif tərəfindən seçilmiĢ ifadə olunma ardıcıllığının səmərə-
liliyini aydınlaĢdırmaqda redaktora yardım edir. 
Redaktor əsərin strukturu üzərində iĢləyərkən müəllifə mate-
rialın təqdim olunması ardıcıllığına, ayrı-ayrı fraqmentlərin nisbə-
tinə dəyiĢikliklər etməyi təklif edə bilər. DüzəliĢ zamanı mətnin ti-
pinin nəzərə alınması vacibdir. Belə ki,  ifadənin  təsviri tipi  məz-
muna xələl gətirmədən mətnin müxtəlif hissələrinin yerinin dəyiĢ-


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
101 
 
dirilməsini  mümkün  hesab  edir.  Hekayə  səciyyəli  mətndə  yerdə-
yiĢmələri yalnız ifadədə xronologiyanı qorumaq Ģərtilə etmək olar.  
Əlyazmanın  ədəbi  səviyyəsi  onun  kommunikativ  dəyəri, 
müəyyən üsluba və dil normalarına uyğunluğu mövqelərindən qiy-
mətləndirilir. 
Təhlil  gediĢində dil-üslub normalarının və üslubun müəllifə 
xas olan fərdi üsullarının pozulmasını fərqləndirmək lazımdır. Bu, 
redaktoru  fərdi  zövqlərinə  uyğun  olan  düzəliĢlərdən  çəkindirər, 
müəllif ifadəsinin redaktor ifadəsi ilə əvəzlənməsi təhlükəsini ara-
dan qaldırar. 
Elmi məqalədə istifadə olunan leksik vasitələrin fərqləndirici 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu  vasitələr  böyük  məna  tutumu 
olan, semantik cəhətdən yüklənmiĢ sözlərin yüksək faizinə malik-
dir.  ÜmumiləĢdirici  sözlərdən  də  istifadə  olunması  səciyyəvidir. 
Bu cür sözlər tədqiqatın gediĢini və nəticələrini xülasə etmək üçün 
lazım  olur.  Mətnlərdə  terminlər  və  terminoloji  söz  birləĢmələri 
mühüm  yer  tutur.  Bunlar  informasiyanın  tutumlu,  aydın  və  lako-
nik tərzdə ifadə olunmasına, bu informasiyanın birmənalı surətdə 
baĢa  düĢülməsinə  yardım  edir.  Redaktordan  terminologiyanın 
standartlaĢmasına, dövriyyəyə ilk dəfə daxil olunan, lakin  mətnin 
kontekstindən  anlaĢılmayan  terminlərin  izahına  nail  olunması  tə-
ləb edilir. 
Terminoloji məntiq xeyli dərəcədə çoxmənalılıq xüsusiyyəti-
nə malik olduğuna görə yalnız yeni deyil, habelə hamı tərəfindən 
qəbul  olunmuĢ  terminləri  də,  izah  etmək,  onların  müəllif  tərəfin-
dən hansı mənada iĢlədildiyini sübut etmək zərurəti meydana çıxa 
bilər. 
Ġfadənin qrammatik - üslubi vasitələrinin qiymətləndirilməsi 
redaktordan  böyük  diqqət  tələb  edir.  Ġnformasiyanın  tezliklə  və 
adekvat  surətdə  qavrayıĢına  adətən  düzgün  qrammatik  formaya 
malik  olan  sadə  bitmiĢ  cümlələr  yardım  edir.  Daxili  əlaqələrin 
xeyli  sayı  ilə  seçilən  mürəkkəb,  yüklənmiĢ,  ağır  cümlələr  mətnin 
baĢa düĢülməsini çətinləĢdirir. Oxucu bu cür mətni nəzərdən keçi-


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə