Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
86
adına kitabxanasında qorunan əlyazma nüsxəsi əsasında M.Məm-
mədli tərəfindən həyata keçirilmiĢdir.
XI əsrdə Nasir Xosrovun yaratdığı "Səfərnamə" əsəri özündə
tarixi, coğrafi, dini, ədəbi qaynaqları cəmləĢdirən ġərqin ilk nəĢr
abidələrindən və maraqlı mənbələrdən biri hesab oluna bilər. "Sə-
fərnamə"ni Azərbaycan dilinə T.Məhərrəmov tərcümə etmiĢdir.
ġərqĢünaslıq Ġnstitutunun elmi fəaliyyətinin zənginləĢməsin-
də mənbəĢünaslıq sahəsində çalıĢan dilçi alimlərin elmi iĢləri də
mühüm rol oynamıĢdır. Belə ki, f.e.n. C.Sadıqova və f.e.n. T.Ələs-
gərova tərəfindən Məhəmməd HinduĢah Naxçıvaninin "Əs-sihah-
əl-əcəmiyyə" adlı fars-türk lüğətinin elmi-tənqidi mətni çap olun-
muĢdur. "Əs-sihah əl-əcəmiyyə" 1994-cü ildə H.Z.Tağıyev mü-
kafatına layiq görülmüĢdür.
XIII əsr istedadlı Azərbaycan Ģairi Hüsaməddin Xoyi tərəfin-
dən Azərbaycan dilində nəzmə çəkilən, lakin əsrlərlə itkin hesab
edilən və uzun axtarıĢlardan sonra əlyazması əldə edilən "Töhfeyi-
Hüsam" dilimizin nadir incisi kimi türkologiya tarixinə yeni bir
töhfədir. Bu mənzum lüğətin elmi-tənqidi mətni Qahirənin "Dar
əl-kütüb" kitabxanasından və Berlindən gətirilən əlyazma nüsxə-
ləri əsasında C.Sadıqova və T.Ələsgərova hazırlanmıĢ və 1996-cı
ildə çap olunmuĢdur
108
.
Apardığımız tədqiqatlar nəticəsində deyə bilərik ki, klassik-
lərimizin əsərlərinin nəĢri zamanı müəyyən qüsurlara yol verilir.
Belə ki, nəĢriyyatların böyük bir qisminin yalnız mətbəə kimi
fəaliyyət göstərməsi, yəni kitabın redaktəsi ilə məĢğul olmamaları
klassik əsərlərin dünya standartlarına uyğun, məlumat aparatı ilə
təchiz olunmuĢ Ģəkildə nəĢrini əngəlləyir.
108
http://www.orientalstudies.az/az/structure/analysis_and_publication_of_writt
en_monuments.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
87
Ədəbiyyat
Adilov M., Məmmədbağıroğlu Ə. Azərbaycan əlyazmalarında
filiqranlar. - Bakı: Tural-Ə, 2001, 56 s.
Adilov M. Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələlə-
ri. -Bakı: Nurlan, 2002, 199 s.
Adilov M. Türk mətninin transfoneliterasiya problemləri. – Bakı:
Nurlan, 2003, 118.
Adilov M. Azərbaycan paleoqrafiyası. - Bakı: Elm, 2010, 223 s.
Azərbaycan mətnĢünaslığı məsələləri. – Bakı: Elm, 1979, 187 s.
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutu
nəĢrlərinin biblioqrafiyası (1950-2006) / Tərtib edən. A.Xəlilov. –
Bakı: Nurlan, 2007, 34 s.
Çeltik H. Tenkitli neĢirlerinde nazım Ģekli problemleri // Turkish
Studies / Türkoloji AraĢtırmaları Volume 2/3 Summer 2007, s. 190-
199.
Mengi M. Metin incelemesi aĢamaları, terimler ve bunlardan biri:
metin tahlili // Turkish Studies / Türkoloji AraĢtırmaları Volume 2/3
Summer 2007, s. 408-417.
Musayeva A. Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan
ədəbiyyatı: problemlər, araĢdırmalar. - Bakı: Nurlan, 2002, 340 s.
Musayeva A. MətnĢünaslığın nəzəri və təcrübi əsasları. – Bakı:
Elm, 2007, 200 s.
Orta əsr Azərbaycan kitab mədəniyyəti /Mətnin müəllifi və tərtibçi
C.Qəhrəmanov.- Bakı: ĠĢıq, 1991, 35 s.
ġərifli K. Əbdülqəni Nuxəvi Xalisəqarızadə. - Bakı: Nurlan, 2002,
158 s.
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. – Bakı: Nurlan, 2011, 345
s.
Лихачев Д. Текстология (краткий очерк). - Москва: 1964.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
88
Прохоров Е.И. Текстология: Принципы издания классической
литературы. - Москва: Высш. шkола, 1966.
Редактирование отдельных видов литературы / Под ред. Н. Си-
корского. – Москва: Книга, 1987.
Рейсер С.А. Основы текстологии: Учеб. пособие. - Л.: Просве-
щение, 1978.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
89
V FƏSĠL
DÖVRĠ NƏġRLƏRĠN TĠPOLOJĠ ƏLAMƏTLƏRĠ VƏ
NÖVLƏRĠ
*
Konkret nəĢr üzərində redaktor iĢinin forma və metodları bu
nəĢrin tipoloji xüsusiyyətlərindən asılıdır. NəĢrin tipoloji xüsusiy-
yətlərini bilmədən keyfiyyətli nəĢr ortaya qoymaq mümkün deyil.
Hər bir nəĢrin müxtəlif əlamətləri vardır. Bunlar informasiyanın
xarakteri (məzmunu, predmeti), məqsəd təyinatı, oxucu ünvanı
(tərtibat xarakteri, nəĢrin strukturu, dövriliyi) və s.
Məlumdur ki, aparılmıĢ tədqiqatlar ictimaiyyətə müxtəlif
formalarda çatdırıla bilər. Mövcud üsullardan biri, bəlkə də birin-
cisi elmi məqalədir. Müxtəlif sahələr üzrə ixtisaslaĢmıĢ jurnallarda
çap edilmiĢ məqalələr müəlliflərlə yanaĢı onların çalıĢdıqları uni-
versitet və institutların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu
birbaĢa müəyyən edən və son nəticədə, ölkənin inkiĢaf səviyyəsini
göstərən amillərdəndir. Bura elmi dərəcə və adların verilməsində
çap olunmuĢ məqalələrin vacibliyini də əlavə etsək, jurnalların
əhəmiyyətinə görə qiymətləndirilməsinin müxtəlif qurumlar və
ictimaiyyət qarĢısında duran mühüm vəzifələrdən biri olduğu ay-
dınlaĢar
109
.
Dövri nəĢrlər müəyyən edilmiĢ vaxtda çıxan, standart forma-
da tərtib olunan ardıcıl nömrələnmiĢ nəĢrlərdir . Dövri nəşrlərin
məqsədi müəyyən olunmuş müddət ərzində hər hansı oxucu qru-
puna ünvanlanmış informasiyanın operativ şəkildə yayılmasından
ibarətdir. Dövri nəĢrlərin fasiləsiz sürətdə çıxması real gerçə-
kliyi daim və ardıcıl olaraq təsvir etməyə imkan yaradır. Beləliklə,
nəĢrin hər bir sonrakı buraxılıĢı mövzu, məzmun və forma cə-
*
Qeyd: Monoqrafiyanın bu fəsli Bakı Dövlət Universitetinin “Universitetdaxili
50+50 qrantlar proqramı” (2012-2013-cü tədris ili üçün) layihəsi çərçivəsində
hazırlanmıĢdır.
109
Əliyev F., Ağayev ġ. Azərbaycanda elmin problemləri və inkiĢaf pers-
pektivləri. – Bakı: 2011, s. 13.
Dostları ilə paylaş: |