Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
90
hətdən bağlı olduğu əvvəlki nəĢrlərin davamı kimi nəzərdən
keçirilir. Dövri nəĢrin tematik profilinin, mövzu dairəsinin çərçi-
vələri ilə müəyyənləĢdirilmiĢ informasiyanın xarakteri onun oxucu
ünvanı ilə də bağlıdır. Ġnformasiyanın xarakteri və oxucu ünvanı
sərlövhəyə, tərtibatın xarakterinə və nəĢrin dövriliyinə təsir edir.
Dövri nəĢrlər gündəlik, həftəlik, aylıq, rüblük kimi zaman in-
tervalında çap olunur. Dövri nəĢrlərin aĢağıdakı növləri vardır:
Qəzet - müəyyən edilmiĢ vaxt intervalı ilə çıxan, rəsmi ma-
terialı əhatə edən aktual, siyasi, elmi və operativ dövri nəĢrdir. Ti-
pindən və təyinatından asılı olaraq, nəĢr həftədə 1-7 dəfə müx-
təlif tiraj və formatda çıxır. Qəzetlərin xüsusi buraxılıĢları olur.
Bülleten – hər hansı bir təĢkilatın rəsmi materiallarını əhatə
edir. Dövri bülletenlərin daimi rubrikasiyası olur. Bülletenlərin
normativ, soraq, reklam, bülleten - xronika, bülleten-cədvəl, statis-
tik növləri var.
Təqvim – müxtəlifliyi ilə seçilir. Dövriliyinə görə həftəlik,
aylıq, illik ola bilər. Bundan əlavə, kəsilən, aĢırma və kitab tipli
təqvimlər var.
Referatda hər hansı bir problem yazılı, yaxud kütləvi Ģəkildə
məruzə ilə qısa Ģərh olunur.
Ekspress informasiya – cari aktual məqalələrin referatını və
analoji hadisələri özündə əks etdirən operativ məlumat nəĢridir.
Jurnal ictimai, siyasi, elmi və digər məsələlərə dair məqalə
və referatları əhatə edən, daimi rubrikasiyası olan rəsmi təsdiq-
lənmiş dövri nəşrdir.
Müasir nəĢriyyat praktikasında jurnalları aĢağıdakı növlərə
ayırırlar: elmi, elmi-kütləvi, istehsalat-praktiki, kütləvi, ədəbi-
bədii, referativ.
Jurnalların oxucu ünvanı geniĢdir. Bu, oxucunun peĢəsindən,
fəaliyyət sahəsindən, ixtisasından, yaĢından, cinsindən, ümumi
mədəni səviyyəsindən asılıdır.
Oxucu ünvanına görə jurnallar iki qismə bölünür:
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
91
1.
Kütləvi oxuculara istiqamətlənmiş jurnallar
2.
Mütəxəssislərə yönəldilmiş xüsusi ixtisas jurnalları.
Kütləvi jurnallara elmi-kütləvi, ictimai-siyasi, ədəbi-bədii
jurnalları aid edirlər. Prinsipcə, onların kifayət qədər geniĢ ünvanı
konkret oxucu qrupları üzrə, məsələn, yaĢ, cins və hər hansı baĢqa
əlamətlər nəzərə alınmaqla fərqləndirilə bilər. Lakin kütləvi jur-
nalların oxucularını həmiĢə belə bir cəhət birləĢdirir ki, onlar jur-
nalın məzmununa münasibətdə mütəxəssis olmurlar
110
.
Elmi-kütləvi jurnallar elm, mədəniyyət və təcrübi fəaliyyət
sahələrində nəzəri və ya eksperimental araĢdırmalar haqqında mə-
qalə və materialları əhatə edir. Bu tip jurnalların funksional təyi-
natı elmi dünyagörüĢünün təĢəkkülünə təkan vermək, oxucunun
bilik səviyyəsini geniĢləndirmək, elmin, texnikanın, mədəniyyə-
tin, incəsənətin nailiyyətlərini kütləviləĢdirməkdir. Elmi-kütləvi
jurnallarda praktik, əyləncə və ədəbi-bədii xarakterli materiallar
da nəĢr olunur.
Kütləvi jurnallar elmi-kütləvi jurnalara yaxındır. Kütləvi jur-
nallarda idman, məiĢət, mədəniyyət və s. məsələlərə dair material-
lar verilir və geniĢ oxucu auditoriyası üçün nəzərdə tutulur. Bu tip
jurnallar həyatın müxtəlif sahələrini əhatə edir və tematikası geniĢ
məsələlər dairəsini əks etdirir.
İctmai-siyasi jurnal aktual ictimai-siyasi tematikalı material
və məqalələri əhatə edir. GeniĢ oxucu kütləsi üçün nəzərdə tutu-
lur. Bu jurnallarda satirik və yumoristik əsərlər, habelə müəyyən
sahələrə aid olan məlumatlar, elmi-kütləvi informasiya da dərc
oluna bilər.
110
Соловьев В.И., Рябинина Н.З.Редакторская подготовка периодических
изданий: Учебное пособие. - М.: 1993.
http://www.hi-edu.ru/e-books2/RedPodgotPeriodIzd/index.htm
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
92
Ədəbi-bədii jurnallarda əsasən müxtəlif janrlara aid olan
bədii ədəbiyyat əsərləri, publisistik və tənqidi məqalə və material-
lara yer alır.
Kütləvi jurnalların təsvir olunmuĢ növləri nəinki kütləvi
oxucunun müxtəlifliyi baxımından, habelə regional, milli təsisatı,
həm də nəĢr edən təĢkilatın mənsubiyyət əlamətləri üzrə fərqlən-
dirilə bilər.
Mütəxəssislərə yönəldilmiĢ xüsusi (ixtisas) jurnallarının da-
irəsi geniĢ deyil. Bu cür jurnalların tipoloji sərhədlərinin müəy-
yənləĢdirilməsi növlərin yayğınlığının qeyri-müəyyənliyi üzün-
dən mühüm çətinliklər ortaya çıxır. Xüsusi rəsmi informasiyanı
yaymaq bu jurnalların məqsədini təĢ-kil edir.
Xüsusi jurnal qrupunda elmi jurnallar ayrıca fərqləndirilir.
Elmi jurnallar nəzəri tədqiqatlar haqqında məqalə və materialları,
eləcə də, elmi iĢçilər üçün nəzərdə tutulmuĢ tətbiqi xarakterli ma-
terialları əhatə edir.
Məqsəd təyinatından asılı olaraq, elmi jurnallar elmi-nəzəri,
elmi-praktik və elmi-texniki növlərə ayrılır.
Elmi-nəzəri jurnallar fundamental və tətbiqi elmlərin ən ye-
ni nailiyyətlərini əks etdirir. Bunlar MEA-nın, onun filiallarının,
sahə akademiyalarının, akademik elmi-tədqiqat qurumlarının, elmi
cəmiyyətlərinin, ali təhsil müəssisələrinin jurnallarıdır. Onların
tərkibinə özündə ümumelmi, fundamental xarakterli informasiyanı
əhatə edən jurnallar, müxtəlif sinifləri təĢkil edən çoxsaylı jurnal-
lar da daxildir. Demək olar ki, bütövlükdə jurnalların bu qrupu-
nun oxucuları baĢlıca olaraq alimlər və yüksək ixtisaslı mütəxəs-
sislərdir.
Elmi-praktik jurnal elmi jurnalların xüsusi növünü təĢkil
edir. Bu jurnallar peĢəkar fəaliyyəti elmi araĢdırmaların nəticələ-
rinə istinadlanan mütəxəssislər üçün nəzərdə tutulur, praktik təcrü-
bənin nəzəri səviyyədə anlaĢılmasını tələb edir və elmi nailiyyətlə-
rin praktikaya tətbiqi ilə bağlıdır. Sözügedən jurnallar özlərində
həm də tətbiqi səciyyəli nəzəri materialları, həm də sırf təcrübi
Dostları ilə paylaş: |