Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
74
Elmi-tənqidi mətnlərin nəşri. Seyid Ġmadəddin Nəsiminin
(1369-1417) avtoqraf əsərləri elm aləminə məlum deyildir. Ona
görə də Ģairin əsərlərinin tənqidi mətninin hazırlanması zamanı əl-
də edilməsi mümkün olan əlyazma və çap nüsxələrini tənqidi
surətdə nəzərdən keçirilərək müqayisə edilmiĢdir. Nəsiminin əsər-
lərinin elmi-tənqidi mətnini prof. Cahangir Qəhrəmanov hazırla-
mıĢdır. Elmi tənqidi mətn 1973-cü ildə üç cilddə nəĢr olunmuĢdur.
Ġmadəddin Nəsimi əsərlərinin elmi-tənqidi mətni hazırlanar-
kən beĢ əlyazma və iki çap nüsxəsindən istifadə edilmiĢdir.
Prof.C.Qəhrəmanov Nəsimi əsərlərinin tənqidi mətninin tər-
tibi nəticəsində bir çox mübahisəli, tam mənasında dəqiqləĢməyən
Ģübhəli Ģeirlərin aĢkar olunduğunu yazır. Həmin Ģeirlərin müəyyən
hissəsinin Nəsimiyə aid olması ehtimalı çoxdur. Lakin yalnız bir
nüsxədə verilmiĢ bu Ģeirlərdə yarımçıq beytlər, dil və üslub xəta-
ları vardır. BaĢqa bir nüsxə və variantlarla müqayisə edib Ģeirin
əsil mətnini dürüstləĢdirmək mümkün olmadığı üçün onlar Nəsimi
əsərlərinin elmi-tənqidi mətninin “Əlavələr” hissəsində verilmiĢ-
dir. “Əlavələr” hissəsində eyni zamanda ayrı-ayrı cüng və məc-
muələrdən, eləcə də foto-surətlərdən toplanmıĢ Ģeirlər də daxil
edilmiĢdir. Nəsimi əsərlərinin elmi-tənqidi mətninin “Əlavələr”
hissəsində verilmiĢ Ģeirlər gələcəkdə Ģairin daha bir çox əlyaz-
maları aĢkara çıxarıldıqdan sonra dürüstləĢə bilər.
Nəsimi əsərlərinin elmi-tənqidi mətnini hazırlayıb 3 cilddə
nəĢr edən mətnĢünas prof. C.Qəhrəmanov kitabın ön sözünün so-
nunda yazır: “Böyük Azərbaycan Ģairi Ġmadəddin Nəsimi əsərləri-
nin tənqidi mətninin tərtibi sahəsində ilk təĢəbbüs olaraq nəĢr
etdirdiyimiz bu əsər Ģairin zəngin ədəbi irsinin yüksək elmi səviy-
yədə tədqiq olunması, ədəbiyyat, dil və ictimai fikir tarixinin öyrə-
nilməsi üçün əsas mənbədir”
106
.
106
Ġmadəddin Nəsimi. Əsərləri. Bakı, Elm, 1973, s. 77.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
75
Görkəmli Azərbaycan Ģairi və dövlət xadimi
ġah Ġsmayıl
Xətainin əsərlərinin elmi-tənqidi mətnini f.e.d. Əzizağa Məmmə-
dov hazırlayaraq, 1973-cü ildə nəĢr etdirmiĢdir. Xətainin zəngin
ədəbi irsi içərisində “Divan”ından baĢqa, “Dəhnamə” adlı məĢhur
əsəri və təlimi-didaktik mahiyyətdə yazılmıĢ “Nəsihətnamə” məs-
nəvisi vardır.
“Dəhnamə” məsnəvisinin elmi-tənqidi mətnini hazırlayan
zaman Ģairin ölümündən 11 il sonra üzü köçürülmüĢ və əslinə
daha çox yaxın olan “Divan”ın DaĢkənd nüsxəsinin haĢiyələrində
yazılmıĢ mükəmməl “Dəhnamə” əsas götürülmüĢdür. ġərti olaraq
I DaĢkənd nüsxəsi adlandırılan “Dəhnamə”nin bu əlyazması
(942/1535) əsas götürülüb, Sankt-Peterburq (1036/1626), II DaĢ-
kənd (XVIII əsr), Bakı (1019/1610), Məzari ġərif (XVII əsr) əl-
yazmaları və Bakı çapı (1948-ci il) ilə müqayisə edilmiĢdir.
Bu kitaba daxil olan Xətainin digər bir əsəri “Nəsihətnamə”
məsnəvisidir. “Nəsihətnamə”nin elmi-tənqidi mətninin tərtibində
“Divan”ın Britaniya muzeyi nüsxəsində yazılmıĢ “Nəsihətnamə”
əsas götürülmüĢdür.
Ərəb əlifbası ilə tərtib edilmiĢ Xətai “Əsərləri”nin II cildinə
“Dəhnamə” və “Nəsihətnamə” məsnəviləri daxil edilmiĢdir. ġah
ismayıl Xətai “Əsərləri” II cildinin elmi-tənqidi mətni müəyyən
prinsiplər əsasında hazırlanmıĢdır.
“Kitabi-Dədə Qorqud”un Azərbaycanda ən mükəmməl
nəĢri 1988-ci ilə aiddir. Həmin nəĢri BDU-nun professorları
F.Zeynalov və S.Əlizadə tərtib etmiĢlər. Onlar abidənin tənqidi
mətnini hazırlamıĢ, nüsxə fərqlərini araĢdırmıĢ, Ģərhlər və tarixi,
coğrafi qeydlər yazmıĢ, mətnin sadələĢdirilmiĢ variantını hazırla-
mıĢ
və əhatəli, məzmunlu müqəddimə yazmıĢlar.
Əlyazmalar Ġnstitutunun əməkdaĢı, mərhum Prof. ġamil
CəmĢidov da “Kitabi-Dədəm Qorqud” dastanının elmi-tənqidi
mətnini Drezden əlyazması əsasında 1995-ci ildə nəĢr etdirmiĢdir.
Alim 1999-cu ildə isə “Kitabi-Dədəm Qorqud”un tarixi, coğrafi,