Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
71
Göstəricilər. Göstəricilər sözügedən mətnin baĢa düĢülməsi
üçün zəruri olan Ģəkildə tərtib edilir. Çoxcildlik külliyyatlarda
nəĢrdə yerləĢdirilmiĢ əsərlərin göstəricisi mütləq olmalıdır. Bunlar
əsərlərin əlifba sırası ilə və xronoloji ardıcıllıqla ola bilər. Əsərlər
külliyyatında surətlərin adlar göstəricisi də mühüm sayılır.
Söz göstəriciləri. Qədim abidələrin nəĢrlərinə dilçilik baxı-
mından müvafiq maraqlı sözlər əlavə edilir. Söz göstəriciləri bə-
zən abidələrdə rast gəlinən qrammatik formalar haqqında məlu-
matlarla da zənginləĢir.
Çətin anlaşılan, məhəlli söz və ifadələrin lüğətləri adətən qə-
dim əlyazmaların, folklor abidələrinin və s. nəĢrlərində yerləĢdi-
rilir. Türkdilli qədim və orta çağ abidələrinin elmi nəĢrlərinə ənə-
nəvi olaraq qədim türk lüğətlərinin əlavəsi məqsədəuyğundur
104
.
Biblioqrafiyalar məzmununa görə fərqli olur. Onlar bütün
geniĢ oxucu kütləsi üçün nəzərdə tutula bilər. Belə ki, dolğun bib-
lioqrafiyalarda abidə ilə bağlı istifadə olunmuĢ bütün nəĢrlər,
ədəbi göstəricilər, mənbələr əksini tapır.
Nəşrin iştirakçilarının adlarının qeyd edilməsi olduqca va-
cibdir. Hər hansı mətn nəĢrində müəllifdən sonra ən vacib iĢtirakçı
Ģübhəsiz ki, mətni nəĢrə hazırlayan və mətnin tarixini tədqiq edən
mətnĢünasdır. Mətni nəĢrə hazırlayanların adı kitabın titul səhifə-
sinin arxasında verilir (Əlavə 11-14). Ancaq Türkiyədə və Ġranda
nəĢr edilmiĢ elmi-tənqidi mətnləri nəzərdən keçirdiyimiz zaman
gördük ki, mətni nəĢrə hazırlayan müəllifin adı kitabın cildində,
əsərin adından sonra verilir (məsələn, Əhdi Bağdadi. GülĢəni-
Ģüəra. Hazırlayan Süleyman Solmaz).
Ön sözdə əlyazmaların saxlandığı yerlər haqqında məlumat
verən, xətti müəyyənləĢdirən, köçürülmə zamanını, bu və ya digər
faktiki əlamətlərin üzə çıxarılmasına kömək edən və b. məsləhət-
çiləri göstərmək zəruridir.
104
Yenə orada, s. 97.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
72
Elmi-tənqidi mətnlərin soraq-məlumat aparatına nəzər sal-
maq üçün bir örnəyə baxaq. Məsələn, AĢiq Çələbinin “MəĢairüĢ-
Ģüəra” adlı təzkirəsi 2010-cu ildə üç cilddə nəĢr olunmuĢdur. Kita-
bın birinci cildində məlumat aparatına daxil olan elementlər – ar-
xeoqrafik giriĢ, ön söz, mətnĢünaslıq tədqiqatı və s. aĢağıdakı Ģə-
kildə təqdim olunmuĢdur:
Ön söz
I Fəsil. AĢiq Çələbinin həyatı, yaradıcılığı və əsərləri.
II Fəsil. “MəĢairüĢ-Ģüəra”nın təqdimi - ədəbiyyatĢünaslıq baxımından
önəmi, dil və üslub xüsusiyyətləri, qaynaqları, əlyazma nüsxələrinin təqdimi,
dəyərləndirilməsi, Ģəcərəsi, tənqidi mətn hazırlanarkən istifadə olunan nüsxələ-
rin dəyərləndirilməsi və Ģəcərəsi.
III Fəsil. Mətn və nüsxə fərqləri ilə bağlı açıqlamalar.
Biblioqrafiya.
Elmi-tənqidi mətn
Nüsxələrə görə Ģairlər.
Göstəricilər.
Azərbaycanda klassik əsərlərin nəşri vəziyyəti
Ġndiyə kimi respublikamızda bir çox klassik Azərbaycan Ģa-
irlərinin əsərlərinin elmi-tənidi mətnləri hazırlanaraq nəĢr olun-
muĢdur. MətnĢünaslıq və mənbəĢünaslıq üzrə tədqiqatlar əsas
etibarilə AMEA Əlyazmalar Ġnstitutu, ġərqĢünaslıq Ġnstitutu, Ədə-
biyyat Ġnstitutu, Tarix Ġnstitutu və digər müəssisələrin müvafiq
Ģöbələrində həyata keçirilir.
Azərbaycan əlyazmalarının öyrənilməsi və nəĢr etdirilib
müasir nəsillərə çatdırılması əlyazmaĢünaslarımızın qarĢısında
duran ən aktual və vacib məsələlərdən biridir. Bunun üçün isə abi-
dələrin tədqiqi ilə bağlı elmi axtarıĢları geniĢləndirmək tələb
olunur.
Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġns-
titutu bütövlükdə Azərbaycan xalqının yeganə əlyazmalar mərkə-
zidir. Hazırda AMEA Əlyazmalar Ġnstitutu dünyanın ən zəngin
ġərq əlyazmaları və arxiv materialları toplanmıĢ mərkəzlərindən
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
73
biridir. Onun kolleksiyasında ümumi sayı 60 mindən artıq olan
müxtəlif səciyyəli materiallar saxlanılır. Bunlar 12 minə yaxın əl-
yazma kitabını (hər kitabda orta hesabla 3-4 əsər yazıldığını nəzə-
rə alsaq, 40 mindən yuxarı əlyazma əsərini), 1000-ə yaxın tarixi-
arxeoqrafik sənədi, XIX əsrin ikinci yarısı – XX əsrin birinci ya-
rısı (Səməd Vurğuna qədər) Azərbaycan mədəniyyət xadiminin 20
minə qədər saxlama vahidini əhatə edən Ģəxsi arxivlərini, 10 min-
dən artıq litoqrafik (daĢbasma) və əski çap kitablarını, təxminən
2700 köhnə dövri mətbuat materialını, foto və kserosurətləri, mik-
rofilmləri, həmçinin əlyazmaĢünaslığın müxtəlif sahələrinə dair
müasir kitabları əhatə edir. 12 əsrlik bir dövrə aid olan Azərbay-
can və digər Müsəlman ġərqi ölkələrinin türk, ərəb və fars dillə-
rində yazılmıĢ abidələri institutda yaradılmıĢ xüsusi iqlim Ģəraiti
olan xəzinələrdə mühafizə edilir. Ġnstitutun əsas fəaliyyəti bu abi-
dələrin mühafizə Ģəraitinin müasirləĢdirilməsi, onların müntəzəm
dezinfeksiya, gigiyena və bərpası məsələlərinin həlli, abidələrin
kataloqlaĢdırılması və sistemləĢdirilməsi, onların tədqiq edilməsi
və nəĢr etdirilərək elmi tədavülə və müasir nəsillərə çatdırılması
ilə bağlıdır
105
.
Əlyazmalar Ġnstitutunda fəaliyyət göstərmiĢ, əlyazmaĢünaslı-
ğımıza və mətnĢünaslığımıza töhfələr vermiĢ alimlərimizdən
M.Sultanov, C.Qəhrəmanov, C.Nağıyeva, M.Adilov, A.Musaye-
va, M.Nağısoylu, N.GöyüĢov, K.ġərifov, P.Kərimov, T.Nurəliye-
va, S.Cabbarlı və baĢqalarının adlarını çəkə bilərik.
Əlyazmalar Ġnstitutunda 1950-ci illərdən bu günə kimi çox
dəyərli abidələr tədqiqata cəlb olunmuĢ və iĢıq üzü görmüĢdür. Bu
kitabların böyük bir qismi elmi-tənqidi mətnlər, faksimile nəĢrlər,
klassik abidələr üzərində tekstoloji-filoloji tədqiqatlar, klassiklərin
biblioqrafiyaları, tərcümələr və s. təĢkil edir. Onlardan bəzilərinə
diqqət yetirək:
105
Adilov M. Azərbaycan paleoqrafiyası. - Bakı: 2010, s. 6.
Dostları ilə paylaş: |