Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
138
kilatlar haqqındakı məqalənin sərlövhəsi yığcam olmalı, idarənin
rəsmi adının əsas ünsürlərini əhatə etməli və elə sözlə baĢlamalıdır
ki, oxucunun məqaləni məhz bu sözdə axtaracağı ehtimal olunsun.
Bu kimi hallarda idarə və ya təĢkilatın tam adı, məqalənin yığcam
adından sonra mö-tərizədə seyrək verilir.
Müxtəlif sahələrə aid bir neçə məqalə ümumi bir adla veri-
lirsə, hər məqalənin xüsusiyyəti məqalənin adından sonra seyrək
verilir. Məsələn:
KORPUS (poliqrafiyada) -
Bir-birinə oxĢayan və ya çox yaxın olan məfhumlar ümumi
ad altında birləĢdirilə bilər. Bu cür birləĢdirilmiĢ məqalələr oxucu-
lara yalnız soraq məlumatı vermək məqsədi ilə yazılmıĢ kiçik mə-
qalələrədən ibarət olmalıdır. Məsələn,
ĠNTERVAL (lat. Intervallum sözündən: ara, məsafə), musiqidə və
akustikada -
Əsas məqalə adı, bir qayda olaraq, qısaldılmıĢ söz Ģəklində
verilə bilməz.
Bir təĢkilatın qısaldılmıĢ adı çox iĢlənirsə, qısaldılmıĢ ad
əsasən müraciət məqaləsi Ģəklində verilir Məsələn:
NATO – bax ġimali Atlantika Paktı.
Azərbaycan dilində və baĢqa dillərdən birində eyni mənada
iĢlədilən termindən bəhs edilən məqalənin adı Azərbaycanca veri-
lir; baĢqa dildəki termin isə məqalənin adından sonra mötərizədə
seyrək verilməlidir.
Məsələn:
ġƏBKORLUQ (hemeralopiya) –
Bu kimi hallarda baĢqa dildəki termin ancaq müraciət məqa-
ləsi Ģəklində verilə bilər.
Məsələn:
HEMERALOPĠYA (yun.) – görmə qabiliyyətinin pozulması, bax
Şəbkorluq.
Xarici dildəki xüsusi isimlərə, ad və soyadlara, coğrafi adla-
ra, dövri mətbuat orqanlarına və s. aid məqalə adları ensiklope-di-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
139
yalar üçün müəyyən olunmuĢ transkripsiya prinsiplərinə uyğun Ģə-
kildə yazılmalıdır.
Məsələn:
«Cümhuriyyət» («Cumhuriyet» - «Respublika») –
Heyvan, quĢ və bitkilərdən bəhs edən məqalə adlarından
sonra bunların latınca adları mötərizədə verilir.
Məsələn:
Zürafə (Girafe) -
Məqalənin adını təĢkil edən terminin sinonimi varsa, sino-
nim mötərizədə seyrək yazılmalıdır.
Məsələn:
GÖY (səma) –
Məqalənin adından sonra onun latıncası veriləndə sinonim-
lər mötərizədəki latınca addan əvvəl seyrək verilib, vergüllə ayrıl-
malıdır.
Məsələn:
KOALA, kisəli ayı (Phascolarctus cinereus), -
Məqalənin adını təĢkil edən terminin mənĢəyi haqqında mö-
tərizədə məlumat verilərsə, müxtəlif mənĢəli sinonimlər verilən
məlumatdan sonra yazılır. Tək mənĢəli sinonimlərdə isə əvvəlcə
sinonimin özü yazılır.
Məsələn:
PASTORAL (fran. Pastorale – çobansayağı) –
Terminlərin mənşəyi. Ensiklopediyalarda verilən məqalə ad-
larında baĢqa dillərdən gəldiyi Ģübhəsiz olan bütün terminlərin
mənĢəyi haqqında məlumat verilməlidir. Hər hansı bir terminin
mənĢəyi haqqında kifayət qədər səhih göstəriĢ olmadığı hallarda
mənĢə haqqında məlumat verməyə ehtiyac yoxdur. Heyvan və
bitki növlərini, soylarını, siniflərini, fəsilələrini, təĢkil edən bioloji
terminlər, kimyəvi birləĢmə adları, dərman adlarının mənĢəyi haq-
qında məlumat verilməsinə ehtiyac yoxdur.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
140
Terminlərin mənĢəyi haqqındakı məlumat mümkün qədər
qısa olmalı və hansı dildəki sözdən əmələ gəldiyi göstərilməlidir.
Lazım olduğu hallarda terminin mənbəyi də qeyd edilir.
Məsələn:
KAPĠTAL (fran və ing. Capital; lat. caput – baĢ, baĢlıca hissə)
Termin o qədər də məĢhur olmayan bir dildən alınmıĢsa, bu
terminin mənĢəyi haqqında verilən məlumatda yalnız terminin
hansı dildən götürüldüyünü göstərmək kifayətdir.
Məsələn:
RAFĠYA (malaqasi dilindən).
BaĢqa dillərdən gələn termin mürəkkəb sözdən ibarətdirsə,
termini təĢkil edən ayrı-ayrı hissələrin kökü göstərilməlidir.
Məsələn:
VƏTƏNPƏRVƏRLĠK (ərəb. vətən – vətən, + farsca pərvər – sevən +
azər. lik Ģəkilçisi).
BaĢqa dillərdən alınmıĢ termin bir neçə məqalənin adında
təkrar olunarsa, bu terminin mənĢəyi haqqında yalnız bir dəfə,
həm də əsas məqalədə məlumat verilir
141
.
Xarici terminlərdən ibarət məqalə adlarında çox təkrar olu-
nan ön Ģəkilçilər və söz sonluqları ayrıca məqalə Ģəklində yer al-
malı və bunların etimologiyası izah edilməlidir. Xarici mürəkkəb
sözlərin mənĢəyi haqqında məlumat veriləndə bu ön Ģəkilçilərə və
söz sonluqlarına aid izahat təkrar edilməməli, bunları izah edən
məqalələrə müraciət etmək lazım gəldiyi göstərilməlidir.
Məsələn:
ANTROPO... (yun. insan) xarici mürəkkəb sözlərin əvvəlində gələrək,
bunların insana aid olduğunu göstərir
.
Məsələn, Antropologiya, antropogenez və s.
Avropa mənĢəli terminin etimlogiyası haqqında verilən mə-
lumat latın və yunan hərfləri ilə, ərəb və fars dillərindən gəlmə söz
və terminlər isə ərəb hərfləri ilə yazılmalıdır.
141
Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. –
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 14.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
141
Ensiklopediyalarda terminlərin tərifi. Ensiklopediyalarda
hər bir məqalə, adətən, məqalənin adını təĢkil edən terminin, məf-
humun, hadisənin tərifi ilə baĢlanır. Yalnız məqalənin adını Ģərh
etməyə ehtiyac olmadıqda tərif verilmir. Tərif müəyyən terminin
əsas məzmununu qısa və ümumiləĢdirilmiĢ Ģəkildə ifadə etməli və
bir qayda olaraq, müəyyən anlayıĢın əsas və ən mühüm əlamətləri-
ni göstərməlidir.
Məsələn:
SĠKLOTRON (yun. siklo+...tron) – atom nüvələrini parçalamaq məqsədi
ilə elektriklənmiĢ zərrəciklərə böyük sürət verən qurğu.
Müəyyən bir tarixi hadisə, elmi nəzəriyyə və ya siyasi cərə-
yanın tərifi veriləndə onun yalnız vaxtını, yerini və zahiri cəhətlə-
rini göstərməklə kifayətlənmək olmaz. Tərifdə həmin hadisəyə qı-
saca elmi qiymət verilməli, onun əsas ictimai-siyasi məzmunu,
baĢlıca nəticələri və tarixi əhəmiyyəti qeyd edilməlidir.
Tərifi mümkün qədər bir cümlə ilə verməyə çalıĢmaq lazım-
dır. Cümlənin baĢlanğıcını təĢkil edən məqalənin adı cümlənin qa-
lan hissələrindən tire ( – ) ilə ayrılır. Tərifin əsas məzmununu bir
cümlə ilə vermək mümkün deyilsə, tərif iki cümlədən də ibarət ola
bilər. Belə hallarda iki cümlə bir-birindən nöqtəli vergüllə ay-rıl-
malıdır.
Məsələn:
LUVR (Louvre) – Parisdə fransız memarlığının görkəmli abidəsi; dün-
yanın ən böyük bədii xəzinələrindən biridir.
Hər hansı mürəkkəb anlayıĢın tərifi hökmən misal gətirilmə-
sini tələb edirsə, misal mötərizəyə alınır. Tərifin daha geniĢ Ģərhi
məqalənin mətnində verilir
142
.
Məsələn:
KARLOVSI KONQRESĠ (1698-1699) – “Müqəddəs ittifaq” (Rusiya,
Avstriya, Venesiya, PolĢa) ilə Türkiyə arasındakı müharibə qurtarandan sonra
142
Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. –
Bakı: ASE BaĢ redaksiya, 1967, s. 17.
Dostları ilə paylaş: |