Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
142
1698 ilin oktyabrında Karlovsı qəsəbəsində (Slovoeniya) çağrılan beynəlxalq
konqresdir.
Tərifi mümkün qədər elə vermək lazımdır ki, içərisində mü-
raciət olmasın. Müraciət məqaləsinə ancaq o halda yol verilə bilər
ki, bunsuz məfhumun kifayət qədər dəqiq və tam tərifini vermək
qeyri-mümkün olsun.
Məsələn:
SOĞANAQLI BĠTKĠLƏR – zanbaqkimilər (Allioideae, Lilioideae
yarımfəsiləsindən) və nərgizçiçəyi fəsiləsindən soğanaq əmələ gətirən bitkilər.
Tərifdə bir qayda olaraq, «termin» və ya «ad» sözləri iĢlədil-
məməlidir, çünki tərif terminə və yaxud ada deyil, anlayıĢa və ya
hadisəyə verilir.
Məsələn:
ƏMLĠK – südəmər quzuya verilən addır (düz deyil).
Düzgün tərif belə olmalıdır.
ƏMLĠK – südəmər quzu.
Ensiklopediya məqalələrində müraciət sistemi. Ensiklope-
diyalarda bir məqalədən baĢqasına müraciət sisteminə rast gəlirik.
Bir məqalədən baĢqasına müraciət etməyi oxucuya məsləhət gör-
məkdə iki məqsəd vardır:
1.
Oxucunun, onu maraqlandıran məqaləni axtarıb tapmasını
asanlaĢdırmaq;
2.
Eyni bir materialın müxtəlif məqalələrdə dəfələrlə təkrar
olunmasına yol
verməmək
143
.
Məqalələrdə baĢlıca olaraq, bu və ya baĢqa anlayıĢın mahiy-
yətini açıb göstərən əsas terminlərə müraciət etməsi oxucuya məs-
ləhət görülməlidir. Müraciətlər iki hissəyə bölünür:
a)
müraciət məqalələri;
b) mətn daxilindəki müraciətlər.
Müraciət məqalələri özləri də iki cür olur: izahlı və izahsız.
143
Azərbaycan Sovet Ensiklopediyası redaktorları üçün metodik göstəriĢlər. –
Bakı: ASE BaĢ
redaksiya, 1967, s. 10.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
143
İzahsız müraciət məqaləsi bu və ya baĢqa terminin yalnız
adından ibarət olaraq, oxucunun hansı məqaləyə müraciət etməsi
lazım gəldiyini ona göstərir. Bu cür müraciət məqalələri ancaq
aĢağıdakı hallarda verilə bilər:
a)
Hər iki terminin mənası bir-birinin eyni olanda və yaxud ter-
min ixtisar edilmiĢ Ģəkildə veriləndə.
HƏBƏġĠSTAN – bax
Efiopiya
b)
Oxucuya, geniĢ izahat tələb etməyən xüsusi anlayıĢdan daha
ümumi anlayıĢa müraciət etdirmək lazım gələndə.
METAN QICQIRMASI – bax
Qıcqırma
c)
Təxəllüsü ilə məĢhur olan bir yazıçı haqqında yazılan əsas mə-
qalənin adı onun təxəllüsünü göstərirsə, yazıçının əsl adı və soya-
dın müraciət məqaləsində vermək lazım gələndə.
Məsələn:
MĠRZƏ ƏLƏKBƏR TAHĠRZADƏ - bax
Sabir.
İzahlı müraciət məqaləsi elə məqalədir ki, burada termin
haqqında qısaca izahat veriləndən sonra bu xüsusda daha geniĢ
məlumat verilən əsas məqaləyə müraciət edilməsi tövsiyə olunur.
Bir məqalənin mətnində oxucunun bir çox məqaləyə müra-
ciət etməsi tövsiyə edilməməlidir. Çünki çoxlu müraciət tövsiyəsi
oxucunun diqqətini yayındıra bilər. Tərcümeyi-hal məqalələrinə
müraciət edilməsi zəruri hallarda məsləhət görülə bilər. Məsələn,
müxtəlif elm sahələrində bütün dünyada qəbul edilmiĢ qanunları
kəĢf edən Arximed, Nyuton kimi alimlərin tərcümeyi-hal məqalə-
lərinə müraciət etməsi, bu qanunlardan bəhs edilən məqalələrdə
oxucuya məsləhət görülə bilər.
Həm müraciət məqalələrində, həm də məqalələrin mətni da-
xilində oxucuya edilən müraciət tövsiyəsi kursivlə yığılır. Müra-
ciət tövsiyəsini göstərən “bax” sözü yalnız aĢağıdakı hallarda ya-
zılır:
a)
müraciət
məqalələrində;
Məsələn:
BMT – bax
Birləşmiş Millətlər Təşkilatı