Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red


Sultanəli:   -  Qalaya  çox  böyük  dəstə  qalxdı.  Yəqin    ki,  bizi  aparmağa gəlirlər.  Aləmşahbəyim



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#82504
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
Sultanəli:

  -  Qalaya  çox  böyük  dəstə  qalxdı.  Yəqin    ki,  bizi 

aparmağa gəlirlər. 

Aləmşahbəyim:

 - Kim gəlir? 



İsmayıl qalxıb qardaşından soruşur. 

İsmayıl:

 - Hara? Evimizə? 



Sultanəli  İsmayılın  qarşısında  çöməlib,  onunla  açıq  danışmaq 

istəyir. 

Sultanəli:

 - Evimizə yox, mənim balaca qardaşım. Bu sonuncu 

günə  oxşayır.  Kişi  kimi  mərd-mərdanə  dayan,  ölüm  ayağında 

özünü sındırmamaq nəslimizin adətidir. Onlara yalvarmaq yox, 

üzlərinə tüpürmək lazımdır. 

Aləmşahbəyim:

  -  Səkinə,  mənim  zümrüd  qaşlı  üzüyümü 

mücrüdən çıxar ver. 

Səkinə  qorxu  içində,  titrəyə-titrəyə  gedib  mücrüdən  zümrüd 

qaşlı  üzüyü  gətirir.  Aləmşahbəyim  üzüyü  barmağına  keçirir, 

sonra üzüyün qaşını qaldırır. Zəhəri Səkinəyə göstərib deyir. 

Aləmşahbəyim:

  -  Bunu  nənəm  Sara  xatın  bağışlayıb.  Dar 

ağacından, qılıncdan irəlidir.  

İsmayıl mat-mat onlara baxır, sözlərinə qulaq asır, amma işin 

məğzini başa düşə bilmir. Sultanəlidən soruşur: 

İsmayıl: - 

Nə olub? 



Sultanəli onu başa salmaq üçün qolundan tutub aparır. 


16 

 

Sultanəli:

  -  İsmayıl,  biz  kişiyik,  axıra  qədər  də  özümüzü  kişi 

kimi  aparmalıyıq.  Atamızın  düşmənləri  bizi  aparmağa  gəlib. 

Onlar  yəqin  ki,  bizi  edam  edəcəklər.  Biz    düşmənlərə 

əyilməməliyik.  Atamız  da  belə  kişi  olub.  Bu  həbi  qoy  cibinə. 

Zəhərdi. Gördün ki, cəllad öz işini görməyə hazırlaşır, onda bu 

həbi udarsan. 



Sultanəli üzünü döndərib arxasını çevirir ki, kiçik qardaşı onun 

gözlərindəki  yaşı  görməsin.  Sonra  o  qardaşının  aydın,  qorxu-

hürküdən uzaq sifətinə baxır.Onu qacaqlayıb bağrına basır. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə