Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red


“Əsərləri  kino  sənəti  üçün



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#82504
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
“Əsərləri  kino  sənəti  üçün 

zəngin  material  olan  sənətkar”

  başlığı  altında  oxucularla 

görüş  təşkil  etmək  olar.  Oxucular  zala  toplaşdıqdan  sonra, 

əvvəlcə onlara Fərman Kərimzadədən bəhs edən slayd təqdim 

olunur.  Sonra  isə  görüşü  hazırlayan  kitabxanaçı  Fərman 

Kərimzadənin  Azərbaycanın  kino  sənətindəki  xidmətlərindən 

söhbət açır.  

Kitabxanaçı:

  -  Fərman  Kərimzadənin  ilk  romanı  əsasında 

çəkilmiş  "Axırıncı  aşırım"  filmi  “Azərbaycanfilm

in 



uğurlarından sayılır. Yazıçının "Toy toğlusu" hekayəsi əsasında 

qısametrajlı  "Zınqırov",  bir  novellası  əsasında  "Mənim 

arvadım,  mənim  uşaqlarım"  filmi  çəkilmişdir.  Şah  İsmayıl 

haqqında tutarlı bir əsər olan dilogiya isə ("Xüdafərin körpüsü" 

və "Çaldıran döyüşü") özünün kino təcəssümünü gözləyir.  

 F.Kərimzadə ixtisasına görə rəssam idi. O, maddi-mədəniyyət 

abidələrinin  qorunub-öyrənilməsində  əməyini  əsirgəmirdi. 

Ölkəmizin  müxtəlif  yerlərindən  topladığı  sənət  nümunələri, 




21 

 

qədim  əşyalar,  silah  və  alət  növləri  yazıçıya  tarixi 



qəhrəmanların 

həyatını, 

məişətini, 

mübarizəsini 

canlandırmaqda  kömək  edirdi.  Yazıçı  təsvir  etdiyi  hadisələrin 

baş  verdiyi  əraziləri  qarış-qarış  gəzir,  qəhrəmanlarının  yeri-

yurdu  ilə  maraqlanırdı.  Abbasqulu  bəy  Şadlinskinin  ev 

muzeyinin  açılmasında,  Şadlinski  ilə  bağlı  sənədlərin 

toplanmasında yaxından iştirakına görə (Şadlinskinin 100 illiyi 

günlərində)  Naxçıvan  MSSR  Mədəniyyət  Nazirliyinin  Fəxri 

Fərmanı ilə mükafatlandırılması da bununla bağlıdır. 

 

Məruzənin sonunda oxucular yazıçının “Qarlı aşırım” əsəri 



əsasında  çəkilmiş  “Axırıncı  aşırım”  filminə  tamaşa    edirlər. 

Sonra    kitabxanaçı  oxucuların  film  haqqında  təssuratlarını 

öyrənir. 

Kitabxanalarda oxucular tərəfindən sevilən tədbirlərdən biri 

də  müsabiqələrdir.  Fərman  Kərimzadə  bir-birindən  maraqlı 

tarixi  əsərlərin  müəllifidir.  Müsabiqə  zamanı  uşaqlara  həmin 

əsərlərə üyğun rəsmlərin çəkilməsi tapşırılır. Bunun üçün üçün 

uşaqlara  iki  həftə  vaxt  verilir.  Həmin  vaxt  ərzində  oxucular 

həm  Fərman  Kərimzadənin  əsərlərini  oxuyur,  həm  də  ən  çox 

bəyəndikləri  əsərlə  bağlı  rəsmlər  çəkirlər.  Ən  gözəl  rəsmlər 

mükafatlandırılır.  

Rəsm  müsabisi  ilə  yanaşı,  başqa  müsabiqələrin  də  təşkili 

mümkündür. 

Məsələn, 

uşaqların 

ifasında 

Fərman 

Kərimzadənin hekayələri, əsərləri  səhnələşdirilərək münsiflərə 

təqdim  olunur.  Münsiflər  heyəti  kitabxana  müdirindən,  səhnə 

xadimdələrindən  formalaşdırılır.  Ən  gözəl  səhnəcik  hazırlayan 

uşaqlardan ibarət komanda mükafatlandırılır. 

Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Fərman 

Kərimzadə yaradıcılığı müasir gəncliyin gözü ilə” konfrans da 

təşkil  etmək  mümkündür.  Konfransdan  öncə  onun  proqramı 




22 

 

tərtib olunmalı, tədbirin keçiriləcəyi vaxt müəyyən olunmalıdır. 



Proqramda 

konfransda 

çıxış 

edəcək 


qonaqların, 

ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların  çıxış 

edəcəkləri  mövzular,  tədbirin  keçiriləcəyi  məkan  və  zaman 

qeyd  olunur.  Konfrans  zamanı  Fərman  Kərimzadə 

yaradıcılığına yaxından bələd olan jurnalist, yazıçı və şairlərin 

çıxışları  dinlənilir.  Yaxşı  olar  ki,  konfransa  yazıçının 

yaradıcılığı  ilə  daha  yaxından  maraqlanan  professor  Yavuz 

Axundlu,    xalq  şairi  Sabir  Rüstəmxanlı,  professor  Qəzənfər 

Paşayev,  yazıçının  qızı  Yeganə  Kərimzadə,  jurnalist  Təranə 

Vahid  dəvət  olunsun.  Oxucu  konfransının  planını  sizə  təqdim 

edirik: 

1.  Giriş  hissə  (Fərman  Kərimzadə  həyat  və  yaradıcılığı 

haqqında məruzə)  

2.  Fərman  Kərimzadənin  yaradıcılığı  haqqında  kitabxana 

rəhbərliyinin, jurnalist, yazıçı və şairlərin çıxışları.  

3.Yuxarı  sinif  şagirdlərindən  ibarət  oxucuların  Fərman 

Kərimzadənin müxtəlif əsərləri ətrafında məruzələri.  

4. Konfransın yekunu.  

 

     Yubiley  tədbirləri  arasında  xatirə  gecəsi  özünəməxsus  yer 



tutur.  Xatirə  gecəsinə  müxtəlif  başlıqlar  vermək  olar: 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə