Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red


I aparıcı:   - Salam  hörmətli qonaqlar, əziz dostlar.  II aparıcı



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#82504
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
I aparıcı:

  - Salam  hörmətli qonaqlar, əziz dostlar. 



II aparıcı:

 - Bildiyimiz kimi, bu il  söz ustası, tarixi romanlar 

müəllifi kimi  tanınan yazıçımız Fərman Kərimzadənin 80 illik 

yubileyi qeyd  olunur. Bu münasibətlə  kitabxanamızda  təşkil 

olunmuş xatirə gecəsində hamınızı xoş gördük. 

I  aparıcı: 

-  Çoxəsrli  Azərbaycan  ədəbiyyatı  tarixində  Fərman 

Kərimzadə adı və yaradıcılığı xüsusi yer tutur. Yazıçı Fərman 

Kərimzadə  doğma  xalqın  milli-mənəvi  sərvətinin  inkişafına 

ömrünü səxavətlə sərf etmiş, ona öz yazışı, publisist qələmi ilə 

xidmət  göstərmişdir.  Görkəmli  söz  ustası  geniş  planlı 

əsərlərində    millətinin  həyatını,  eyni  zamanda  doğma  yurdun 

mənzərələrini, tarixini əks etdirmişdir.  



II  aparıcı:

  -  İnsan  tarıxdə,  ürəklərdə  əməllərilə  yaşayır... 

Fərman  Kərimzadə  insanlara  qəlbən  bağlı  idi.  O,  yaşamağı, 

həyatı, təbiəti çox sevirdi. İçindəki göynərtisi, iztirabı, başının 

üstündəki  tüstü-dumanıyla  sanki  Ağrı  dağıydı.”Vedinin  yanı 

dağlar” deyimini eşidəndə gözündən gilə-gilə yaş axardı. Ağlı, 

mənəvi  saflığı  ilə  Tanrı  onu  xoşbəxt  yaratmışdı.  Ancaq  onun 

içində ağır yurd həsrəti vardı...  



I  aparıcı:

  -  O,  həm  də  zərif,  incəduyumlu  şeirlər  müəllifi  idi. 

Hər  dəfə  onun  ssenarisi  əsasında  çəkilən  “Axırıncı  aşırım” 

bədii  filmi  ekranlarda  nümayiş  etdiriləndə  millətimizin 

yaşadığı  çətin  günlər,  keçdiyi  ağır  yollar  yenidən  göz  önündə 

canlanır. Abasqulu bəy kimi vətənpərvərlərdən, Kərbəlayi kimi 

“Namus-qeyrəti,  duz-çörəyi”  urvatlı  tutanlardan  qürur  hissi 

duyuruq. 

 

II aparıcı:

 - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi 

Fərman  Kərimzadə  zəngin  ədəbi-bədii  irs  yaratmış,  istedadlı 

nasir,  publisist  və  ictimai  xadim  kimi  şöhrət  qazanmışdır.  O, 

uşaqlıq  illərini  Ağrı  dağının  romantik  qoynunda  yerləşən 



24 

 

cənnət Vedibasarda keçirmiş, mənəvi aləmini zənginləşdirmiş, 



təbiətin  gözəlliklərindən  zövq  almışdır.  Kafiq  qalası,  Görsən 

dağları,  soyuq  bulaqlar,  şır-şır  axan  çaylar,  al-yaşıl  geyinmiş 

bağlar-bağatlar,  nərgizli,  bənövşəli,  yasəmənli  tarlalar, 

çəmənliklər,  Dədə  Qorqud  keçən  müqəddəs  yerlər  Fərman 

Kərimzadəni təbiətin vurğunu etmişdir. İnsan qəlbini təlatümə 

gətirən bu yerlər, cənnətməkanlar F.Kərimzadənin bədii-estetik 

zövqünün zənginləşməsində müstəsna rol oynamışdır.  

I  aparıcı:

  -  Fərman  Kərimzadə  alovlu  qəlbinin  arzu  və 

istəklərini poetik dillə ifadə etmişdir.  

 

Gördüyüm iş əbədiymiş, dərinmiş, 



Bu qayalar Qorqud nəğmələriymiş 

Pərdəsi daş, qundağı daş, simi daş, 

Bu tamburu çalan lazım, a qardaş. 

 

    Vətən niskili, yazılmamış sənət inciləri, deyilməmiş publisist 



sözləri  qəlbində  qalan  Fərman  Kərimzadə  doğma  ata-baba 

yurdu  Vedi  həsrətilə  dünyasını  dəyişmişdir.



 

Xalq  şairi  Səməd 

Vurğun  gözəl  demişdir  ki,  vətəninin,  elinin  qədrini  bilən, 

sevərək    yaşayan,  sevilərək  dünyasını  dəyişən  sənətkarlar 

ölmürlər,  zəngin  bədii  irsilə  əbədi  yaşayırlar.  Fərman 

Kərimzadə  ölümsüzlüyün  zirvəsinə  ucalan  və  milyonların 

qəlbində əbədi yaşayan sənətkardır. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə