Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#82504
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
 

II  aparıcı:

  -  Fərman  Kərimzadə  maraqlı  yazıçı  olduğu  kimi, 

həyatda  da  özünəməxsus  insan  idi.  Bütün  ağlı,  insanlığı, 

mənəvi  gözəlliyi  ilə  Allah  onu  xoşbəxt  yaratmışdı.  Amma  bu 

xoşbəxtliyin  içində  kənardan  heç  kəsin  görmədiyi,  duymadığı 

bir dərd vardı... Yurd həsrəti, vətən dərdi. 



I  aparıcı:

  -  Doğrudan  da,  Fərman  Kərimzadənin  ədəbi  taleyi 

ilə  şəxsi  taleyi  arasında  qəribə  bir  oxşarlıq  vardı.  Əsrlər  boyu 

xalqının  başına  gələn  dərdlər,  faciələr,  bəlalar  onun  da 

taleyindən  yan  keçməmişdi.  XX  əsrdə  ən  faciəli  tarixini 

yaşayan  Vedi  və  vedililər  dəfələrlə  məkrli  erməni  siyasətinin 




25 

 

qurbanı olub, deportasiyaya məruz qalıb. 1948-ci ildə başlanan 



deportasiyada  onun  da  nəsli,  el-obası  sürgünlərə,  səs-küysüz 

soyqırımlara  düçar  oldu.  Fərman  Kərimzadə  də  bu  taleyi 

yaşadı.  Ancaq  illər  keçsə  də  Vedini  unuda  bilmədi.  Ağrı 

dağının  ağrılarını  ürəyində  daşıdı.  1988-1989-cu  illərdə 

Vedinin  qara  günləri  yenidən  başladı.  Bu  dəfə  dərd  batmanla 

gəldi. Bu dəfə Vedidə bir nəfər də azərbaycanlı qalmadı.

 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə