Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#82504
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
II aparıcı:

  - Fərman Kərimzadə vətənini çox sevirdi. Bu özgə 

bir  sevgi  idi.  Bəlkə  ona  görə  də  xalqının  başına  gələn 

fəlakətlərin  kökünü  keçmişdə  axtarırdı.   O  illərdə  Fərman 

Kərimzadə  Vedibasarın  sözə  qarışıb  qələmlə  döyüşən 

sərkərdəsi, başındakı tüstü-dumanı ilə elə bil Ağrı dağının özü 

idi. Vedinin adı çəkilən kimi gözündə yaş gilələnir, dilindənsə 

ürəkləri titrədən bayatı qopurdu: 

 

   Vedinin yanı dağlar, 



 

   Ürəyi, canı dağlar,  

 

   Burda bir el var idi,



 

   Siz deyin, hanı dağlar?! 

 

Çox az adam bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadəd



ir. O, yazıçı olmamışdan əvvəl rəssam idi.            

 

I aparıcı:

 - Hanı qəbirlərin, Sarı Dolama? 

                    Onlar ki, əbədi yatmalıydılar. 

                    Hər vaxt yuxumuzda minib atlara 

                    İqlimdən-iqlimə çapmalıydılar.  

 

II  aparıcı:

  -  Ədəbiyyata  iki  səhifəlik  “41  nömrəli  ayaqqabı” 

hekayəsi ilə gəlmiş, sonra böyük tarixi hadisələri qələmə alaraq 

gözəl  romanlar  müəllifi  kimi  tanınmışdı  Fərman   Kərimzadə. 

Onun  hər  uğurlu  əsərinin  əsasında  Azərbaycanın  tarixi 

həqiqətləri, qəhrəmanlıq səhifələri dayanırdı. 




26 

 

I aparıcı:  

Deyirlər, Fərman  Kərimzadə  bahar  çağı  çiçəkləyən şaftalı   

ağacını  çox  sevərdi.  Bəlkə  ona  görə  ki,  çiçəkləyən  şaftalı 

ağacı insanın çəhrayı arzularına bənzəyir. O,  ömrü  boyu  ağlı-

qaralı  dünyadan  çəhrayı  rəngə  doğru  can  atırdı. 

Arzuları, əməlləri, istəkləri şaftalı ağacının çiçəkləri kimi işıq 

saçdı.Meyarlar dəyişsə də,o öz zirvəsində necə varsa, eləcə də 

əzəmətli qaldı.Baharda dünyaya gələnsənətkar  elə  baharda  da 

1989-cu il mayın 17-də dünyasını dəyişdi.  



II  aparıcı:

  -  Fərman  Kərimzadə  zəngin  tarixi  romanlar 

yaratmış  sənətkar,  yüksək  ideyalı  hekayələr,  povestlər, 

etnoqrafik eskizlər, oçerklər, məqalələr, insan qəlbini təlatümə 

gətirən  poetik  əsərlər  müəllifidir.  Onun  bədii  yaradıcılığı  və 

rəssamlığı bir-birini tamamlayır, ona dərin hörmət qazandırırdı. 



I  aparıcı:

  -  Fərman  Kərimzadə  mütaliəni  çox  sevirdi.  O,  hər 

şeyi  real  həyatla  vəhdətdə  qəbul  edirdi.  Onu  əbədiyaşar  edən 

tarixi  romanları,  povest  və  hekayələridir.  F.  Kərimzadə 

Azərbaycan  xarakterinin  mahir  yaradıcısı,  əsl  vətəndaş  kimi 

Azərbaycan  namusunun  bir  parçası  idi.  Fərman  Kərimzadə 

bədii  yaradıcılığı  ilə  pedoqoji  fəaliyyətini  vəhdətdə  inkişaf 

etdirmiş,  tarixi  sənədləri,  arxiv  materiallarını,  memuarları, 

səyahətnamələri, 

monoqrafiyaları, 

tədqiqat 

əsərlərini, 

dissertasiyaları, əlyazmalarını, şəxsi məktubları axtarıb tapmış, 

çox  diqqətlə  nəzərdən  keçirmiş  və  tarixi  romanlar  yazmaqdan 

ötrü  zəngin  mənbə  toplamışdır.  Ixtisasca  rəssam  olan 

F.Kərimzadə  maddi-mədəniyyət  abidələrinə  böyük  maraq 

göstərirdi.  Onun  topladığı  materialllar  zəngin  salnamə 

mahiyyətli  misilsiz  xəzinə  olmuşdur.  Buna  görə  də  Fərman 

Kərimzadənin  əsərləri  ədəbi-tarixi  salnamə  təsiri  bağışlayıb 

yaşayır və müdrik sənətkarı milyonların qəlbində yaşadır.  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə