Metodik vəsait/tərt ed. R. Məmmədli; red. S. Məlikzadə; ix red



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#82504
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
II  aparıcı:  - 

Fərman  Kərimzadə  həyatı  ədəbiyyata 

gətirdiyindən  yaradıcılığında  obrazlar  qalereyası  da  olduqca 

real  və  zəngindir.  Həmkarları  yaşadığı  dövrlə  bağlı  ədəbi 

əsərlərini yazanda o, yaddaşımızın üstünə çökmüş hisi, pası bir 



27 

 

kənara  atıb  əsl  ədəbiyyat  nümunələri  yaratdı.  Fərman 



Kərimzadə  maraqlı  yazıçı  olduğu  kimi,  həyatda  da 

özünəməxsus insan idi. 

 

I  aparıcı:

  -  Fərman  Kərimzadə  ədəbiyyatda,  dostlarının 

xatirəsində  həmişə  yaşayir.  Həyatı  boyu  o,  çox  aşırımlardan 

keçdi,  çox  maneələrlə  üzləşdi,  amma  axırıncı  aşırımı  – 

xalqının, əzizləri vedililərin böyük dərdləri qalaqlanan axırıncı 

aşırımı keçə bilmədi. O aşırımda F.Kərimzadə heykələ döndü. 

Cəmi  52  il  ömür  sürmüş  gözəl  ədibin,  qeyrətli  vətəndaşın 

yaradıcılığı,  xüsusən  milli  yaddaşımızın  oyanmasında  mühüm 

rol  oynamış  tarixi  romanları  ona  ölməzlik  qazandırdı.  Bizə 

qalan  da  onun  əsərləri  və  “Qarlı  aşırım”  romanı  əsasında 

rejissor  Kamil  Rüstəmbəyovun  1971-ci  ildə  yazıçının  öz 

ssenarisi əsasında ekranlaşdırdığı “Axırıncı aşırım” filmi oldu. 

O  film  ki,  Azərbaycan  kinosunun  şah  əsərlərindən  biridir.  

Fərman  Kərimzadənin  əsərləri  bundan  sonra  da  tarixin 

aşırımlarını  inamla  aşacaq  və  ədəbiyyatımızda  özünəməxsus, 

təkrarsız söz-sənət inciləri kimi yaçayacaq. 

 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə