Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ŞEYTANLARLA ÜNSİYYƏT AĞIR ƏZABDIR



Yüklə 1,5 Mb.
səhifə84/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   80   81   82   83   84   85   86   87   ...   91
Mead

ŞEYTANLARLA ÜNSİYYƏT AĞIR ƏZABDIR


Şeytanlarla və Cəhənnəm əhli ilə ünsiyyətdə olmaq Cəhənnəmin ağır ruhani əzablarındandır (necə ki, Behişt əhli bir-birlərindən zövq alarlar). Onlar bir-birlərinə nifrət edib, düşmən olarlar. “Əz-zuxruf” surəsində (ayə 36, 37, 38) buyurulmuşdur: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı urcah edərik və o, şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər. Nəhayət, o, hüzurumuza gəldikdə belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arsındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yoldaş imişsən!”
Rəvayətə görə, hər ikisini bir zəncirlə bağlayıb Cəhənnəmə atarlar.

BİR-BİRLƏRİNDƏN UZAQLIQ İSTƏYƏRLƏR


“Bəqərə” surəsində (ayə 166, 167) buyurulub: “O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, əzabı görcək aralarındakı rabitə qırılacaqdır. O zaman tabe olanlar “əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən bizar olub uzaqlaşdıqları kimi, biz də onlardan bizar olub uzaqlaşardıq”, deyərlər. Beləcə, Allah onlara əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar Cəhənnəm odundan çıxa bilməzlər.” “Əz-zuxruf” surəsində (ayə 67) buyurulur: “Müttəqilər istisna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər.”
Rəvayətə görə, dünyada Allaha görə olmayan dostluq axirətdə düşmənçiliyə çevrilər.

CƏHƏNNƏM ƏHLİNİN BİR-BİRLƏRİ İLƏ PİS DANIŞIĞI


“Sad” surəsində (ayə 59, 60, 61) buyurulur: “Mələklər kafirin dünyadakı başçılarına, onlara tabe olanları göstərib deyəcəklər: Bu sizinlə birlikdə daxil olan dəstədir. (Başçılar deyəcəklər:) Onları görək rahatlıq üzü görməsinlər! Onlar (haqlı olaraq) Cəhənnəmə daxil olanlardır.
(Tabe olanlar da öz başçılarına belə deyəcəklər:) “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! Bunu bizim üçün siz hazırladınız. Bir baxın, necə də pis məskəndir! Onlar deyəcəklər: Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”

ZƏİF BƏDƏN NECƏ TAB GƏTİRƏR?


Nəzərə gələ biləcək bə᾽zi şübhələrə cavab veririk. Birinci odur ki, bu qədər ağır əzaba zəif adam necə tab gətirə bilər?

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə