Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə2/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   2   3   4   5   6   7   8   9   ...   91
Mead

Ruhun şad olsun ey şəhid Ayətullah! On səkkiz yaşlı nəvən Seyyid Məhəmməd Təqi Dəstğeybin vəfalı yoldaşlarının ruhu şad olsun!
Şiraz, Seyyid Məhəmməd Haşim Dəstğeyb

BİRİNCİ FƏSİL

ÖLÜM

VƏHYDƏN BAŞQA YOL YOXDUR


“Məad” «əvd» kökündən olub “qayıtmaq” mə᾽nasını verir. Çünki ruh ikinci dəfə bədənə qaytarılır. Məad müqəddəs İslam dininin əsaslarındandır. Buna inanmaq vacibdir ki, hər bir insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, əməllərinin əvəzini alır.
Başlanğıcı ölüm və qəbir, sonrası Bərzəx, daha sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm olan məad məsələsi əql yolu ilə sübuta yetsə də, zahiri hisslərlə dərk olunmaz. Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünki insanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir. Məsələn, ana bətnində olan uşağın bətndən bayırdakı aləmin böyüklüyünü, necəliyini anlaması qeyri-mümkündür. Eləcə də qeyri-mümkündür ki, bu uşaq fəza və onda mövcud olanların sonsuzluğunu qavrasın. Həmçinin, maddi aləmdə olub, maddə və təbiətin əsiri olan bir kəs mələkut aləmini necə dərk edə bilər; necə bilər ki, mələkut aləmi maddi aləmin batinidir və bu dünyadan xilas olmaqla yeri həmin mələkut aləmi olacaq? Bir sözlə, dünya aləmində olan insan üçün ölümdən sonrakı aləmlərin xüsusiyyətləri gizlidir və o xüsusiyyətləri tanımaq üçün Yaradanın buyurduqlarını (vəhyləri) təsdiq etməkdən başqa bir yol yoxdur.

MƏADIN XÜSUSİYYƏTLƏRİNİN ƏQLLƏ ƏLAQƏSİ YOXDUR


Bu səbəbdən də əgər bir şəxs desə ki, ölümdən sonra filan cür olacaq, ağıla sığmır, o şəxsin sözləri ümumiyyətlə qəbul olunmamalıdır. Çünki ölümdən sonrakı hadisələrin xüsusiyyətlərinin ağılla heç bir əlaqəsi yoxdur və dünyanın bütün ağıllıları çiyin-çiyinə versələr belə, digər bir aləmdəki cərəyanların möhtəvasından xəbərsiz qalacaqlar. Bildiklərimiz yalnız Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun mə”sum övladlarının buyurduqlarıdır ki, biz də onu tamamilə təsdiq edirik. Çünki onlar mə”sum şəxslər, Yaradanın vəhylərinin nazil olma məhəllidirlər.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə