Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


RUHUN BƏDƏNLƏ ƏLAQƏSİ DAXİL VƏ YA XARİC OLMAQLA DEYİL



Yüklə 1,5 Mb.
səhifə5/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   2   3   4   5   6   7   8   9   ...   91
Mead

RUHUN BƏDƏNLƏ ƏLAQƏSİ DAXİL VƏ YA XARİC OLMAQLA DEYİL


Bilməliyik ki, ruhun bədənlə əlaqəsi ona daxil olmaq cəhətindən deyildir. Çünki ruh mücərrəd bir şeydir, cisim deyildir. Onun daxil olub, xaric olması kimi bir şey yoxdur. Bu əlaqə yalnız bədənə tam nəzarətdən ibarətdir. Ölüm yə”ni həmin əlaqənin bədəndən qırılması.
İnanmağımız vacibdir ki, ölüm Allahın izni, icazəsiylədir. Yalnız ana bətnindən son günədək ruhu bədənlə əlaqələndirən Kəs bu əlaqəni qıra bilər. Dirildən də Odur, öldürən də. Bu həqiqət, Qur᾽ani-Kərimdə çox zikr olunmuşdur. Bə᾽zi nadanlar isə Əzraili (ölüm mələyini) xoşlamır, onu düşmən tuturlar. Amma bilmirlər ki, o, özbaşına iş görmür, yalnız Allahın əmrlərini icra edir.

RUHUN AYRILMASI KEYFİYYƏTİ


Ruhun çıxarılmasının necəliyi “Me”rac“ hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir.

ÖLDÜRƏN ALLAHDIR, ƏZRAİLDİR, YOXSA MƏLƏKLƏR?


Buna görə də Qur᾽ani-Məcid ruhun çıxarılmasının bir yerdə Allaha (39-cu surə, 41-ci ayə), digər yerdə Əzrailə (32-ci surə, 11-ci ayə), daha başqa yerdə isə Əzrailə bağlı mələklərə (41-ci surə, 26-cı ayə) aid edir. Hər üçü həqiqətdir. Çünki Əzrail və ona bağlı mələklər Allah-Taalanın əmri ilə canları alırlar. Məsələn, əgər bir sultan öz sərkərdələri və qoşunu vasitəsilə bir ölkəni fəth edirsə “filan ölkəni sultanın qoşunu fəth etdi” və ya “filan sərkərdə fəth etdi” deməyin heç bir eybi yoxdur və həqiqətdə qoşunun hökmranlığını və rəhbərliyini öhdəsinə alan sultan fəth etmişdir. Əlbəttə, bu misallar məsələnin dərk olunması üçündür, yoxsa əsil mətləbimiz bundan çox-çox ucadır.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə