Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


DİGƏR SUALLARDA ACİZ OLARLAR



Yüklə 1,5 Mb.
səhifə14/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   10   11   12   13   14   15   16   17   ...   91
Mead

DİGƏR SUALLARDA ACİZ OLARLAR


Bir ömür Allahı düşünüb tanımamış insandan Allah barədə soruşulanda, onun başına nə gələcəyi mə”lum məsələdir. Ömür boyu Allahı pul, şöhrət, rəyasət olub, aləmlərin Rəbbini yada da salmayıb. Belə insandan Rəbbi barəsində soruşulanda, onda elə bir titrəyiş yaranır ki, heç bir cavab verə bilməz. Bə᾽ziləri isə 1-ci suala cavab versələr də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) barəsindəki sualda tutularlar. Bə᾽ziləri də digər haqq əqidələrdən verilən suallara cavab verə bilməz, ya da əqidə məsələlərindən ötüşsə də, əməllərinin sorğusunda aciz qalarlar.

ƏMƏLLƏRDƏN SUAL OLUNAR


“Biharul-ənvar”ın 3-cü cildində nəql edilmişdir ki, qəbir sorğusunda əqidə məsələlərinə yaxşı cavab vermiş bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın cavabında tutuldu. (Məzlumun fəryadına çatıb, kömək etmək vacib əməllərdəndir). Bir yerdə də öz vəzifəsinə əməl etmədiyindən, ona dedilər: “Sənin haqqında yüz taziyanə əzab hökm olunub.” Vurulmuş ilk taziyanə qəbrini alovla doldurdu. Bəli, bir vacib vəzifəni tərk etməyin nəticəsi belədir.
Məqsəd budur ki, deməyəsiniz əməllərimiz doğrudur. Tutaq ki, əqidən düzgün oldu və bu düzgün əqidə ilə dünyadan getdin. Bəs əməllərin necə? İddia edə bilərsənmi ki, əməl baxımından qüsurlu deyilsən? Əgər mə”sum, günahsız şəxs “qəbrimdə Nəkir və Münkirin sualı üçün ağlayıram” deyərək nalə çəkirsə, mən və sən nə deyək?

QƏBİR DOSTU ƏMƏLDİR


Aydındır ki, qəbirdə hər kəsin dostu, yardımçısı onun əməlləridir. Qur᾽anda və hədislərdə bu həqiqət təsdiq olunmuşdur. O cümlədən, mərhum Şeyx Səduq “Xisal”, “Əmali”, “Məanil-əxbar” kitablarında Qeys ibni Asimdən belə rəvayət edir: “Qeys ibni Asim Bəni-təmim qəbiləsindən bir dəstə ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə müşərrəf olur və ərz edir: “Ya Rəsuləllah, bizə elə bir nəsihət ver (moizə et) ki, ondan faydalanaq, axı biz səhralarda köçəri həyat keçiririk. Cənabınızın ziyarətinə az-az nail oluruq.” Həzrətin onlara verdiyi nəsihətlərdən:
“Ey Qeys! Hökmən səninlə dəfn olunacaq bir yaxının (dostun) olmalıdır. O, diridir və öldüyün zaman onunla birgə dəfn olunarsan. Əgər o kərim olsa, səni əziz edəcək; və əgər lə”nətlənmiş olsa, alçaldacaq. Yalnız onunla birgə dirildiləcək, onun barəsində sorğu olunacaqsan. Onu yalnız saleh (yaxşı) qərar ver. Əgər o saleh olarsa, onunla üns yaradarsan; yox, əgər fasid olarsa, yalnız ondan dəhşətlər görərsən. O yaxın (varlıq), sənin əməlindir.”
Qeys bu moizəni elə oradaca şe”rə çevirdi:
Əməllərdən yardımçı seç özünə
Qəbir evində bir əməldir köməyin.
Şəksiz ki, bir zaman çıxacaq üzə
Onun gözəlliyi olsun istəyin.
Baş qatma hər işə, düşün Allahı,
Razılığı əsasıdır əməyin.
Dünyan, axirətin əmələ bağlı,
Bir xoş əməl qalxanı, min kötəyin.
Bəli, bir qonaqdı dünyada insan,
Haqq ayrılıq fərmanıdır fələyin.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə