Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ALLAH BƏŞƏRİYYƏTİ QORXUDUR



Yüklə 1,5 Mb.
səhifə15/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   11   12   13   14   15   16   17   18   ...   91
Mead

ALLAH BƏŞƏRİYYƏTİ QORXUDUR


Ölümdən sonra yalnız əməllərin insana yardımçı olması haqqında Qur᾽an ayələri çoxdur. Onlardan yalnız birini xatırlamaqla kifayətlənirik:
“Yad et o günü ki, hər kəs yaxşı əməllərini hazır şəkildə öz yanında tapar. Eləcə də pis əməllərini tapar ki, onların kənarlaşmasını arzulasa da, bu əməllər ondan ayrılmaz. Allah sizi Öz qəhrindən qorxudur və O, Öz bəndələrinə mehribandır.” (“Ali-imran”, 30)
Məhz bu səbəbdən də Öz peyğəmbərləri vasitəsi ilə bəşəriyyətə saysız xəbərdarlıqlar çatdırmışdır.

PİS ƏMƏLLƏRİN QORXUNC SURƏTİ QƏBİR YOLDAŞIDIR


Şeyx Bəhaidən nəql olunur ki, buyurdu: “İsfahan qəbiristanlığında daim məqbərə üstə ibadətdə məşğul olan bir dostum vardı. Ara-bir onu görməyə gedərdim. Bir gün ondan soruşdum ki, qəbiristanın təəccüblü işlərindən nə görmüsən? Dedi: Dünən qəbiristana bir cənazə gətirib, bir küncdə dəfn etdilər və qayıtdılar. Qürub zamanı pis bir qoxu qalxdı və məni də narahat etdi. Ömür boyu belə qoxuyla rastlaşmamışdım. Qəfildən itə oxşar qorxunc bir heykəl gördüm, pis qoxu da ondan gəlirdi. Bu surət həmin qəbrə yaxınlaşdı, onun üstündə görünməz oldu. Bir az keçməmiş ətrafı xoş ətir bürüdü ki, belə qoxu ömür boyu duymamışdım. Bu zaman gözəl, dilruba bir surət gəlib həmin qəbrin başında yox oldu. (Bunlar mələkut aləminin qəribəliklərindəndir və bu surətlərdə zahir olarlar.) Bir az keçəndən sonra həmin gözəl surət qəbirdən çıxdı. Amma yaralanmış, qana bulaşmışdı. Dedim, ey Rəbbim, bu işlərin hikmətini mənə anlat, bu surətlər nədir? Mənə anladıldı ki, gözəl surət onun yaxşı əməlləri, qorxunc heykəl isə pis əməlləri idi. Pis əməllər çox olduğundan, qəbir yoldaşı da o oldu. (Pislik paklanıb, növbə gözəl surətə çatanadək.)

QƏBİR SIXINTISI (TƏZYİQİ) HƏQİQƏTDİR


Əllamə Məclisi “Həqqül-yəqin”də buyurmuşdur: Qəbir sıxıntısı, onun savab və cəzasını bütün müsəlmanlar qəbul edir. Mö”təbər hədislərdən aydın olur ki, qəbir sıxıntısı əsl bədən üçündür. Bu sıxıntı ümumi deyildir, yə”ni hamıya aid deyildir və günahkarlara məxsusdur. (Eləcə də, onun şiddətli və ya zəif olması günahla əlaqəlidir.)
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Mö᾽min üçün qəbir sıxıntısı ondan zay olan şeylərin, ilahi ne᾽mətləri zay, puç etməsinin kəffarəsi, cəriməsidir.” Mərhum Kuleyni Əbu Bəsirdən olan mö”təbər sənəd əsasında rəvayət edir ki, o deyib: “Həzrəti Sadiq (əleyhissalam)-dan soruşdum ki, kimsə qəbir sıxıntısından nicat tapacaqmı”? Buyurdu: “Çox az adamların azad olacağı şeydən Allaha pənah aparıram!”
Qızı Rüqəyyə vəfat etdiyi zaman Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun qəbri üstə durub, başını göyə qaldırdı, gözlərindən yaş axıtdı və camaata buyurdu: “Bu məzlum qıza edilənlər yadıma düşdü, qəlbim riqqətə gəldi, Rəhim Allahdan istədim ki, onu mənə bağışlayıb, qəbir sıxıntısından azad etsin.” (Allah onu Həzrət Rəsula bağışladı).
Qəbir sıxıntısı günah səbəbindən olduğu üçün, az adam tapılar ki, ondan azad olsun. Hətta evdə qadınla, uşaqla pis rəftar da qəbir sıxıntısına səbəb olar. Buna şahid gətirmək, həmçinin, qəbir sıxıntısının əhəmiyyətini, ondan çox az adamın nicat tapacağını bilmək üçün Sə᾽d ibni Məaz barəsindəki məşhur hədisi zikr edirik:

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə