Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə17/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   13   14   15   16   17   18   19   20   ...   91
Mead

İKİNCİ FƏSİL:

BƏRZƏX


Bərzəxin lüğət mə᾽nası “pərdə” deməkdir-yə”ni, iki şeyin arasında dayanıb, onların qovuşmasına mane olan pərdə. Məsələn, şor və şirin sular hərəkətdə olsalar da Allah onların arasında maneə qərar vermişdir ki, heç biri digərini aradan aparmasın. (54-cü surə, 19-cu ayə)
Adi mə᾽nada bu maneəyə bərzəx deyilir. Əslində isə Bərzəx Allah-Taalanın dünya və axirət arasında yaratdığı aləmdir-dünya və axirət işləri arasındakı bir aləm!

NE᾽MƏT VƏ CƏZALARDA ORTA HƏDD


Bərzəxdə bu dünyanın zəruriyyətlərindən olan başağrı və dişağrı kimi dərdlər yoxdur. Maddi olmayan (mücərrəd) bərzəx aləmi axirət kimi də deyil-yə”ni, burada günahkarlar üçün mütləq zülmət və itaət əhli üçün mütləq nur yoxdur. İmamdan Bərzəxin vaxtı barədə sual olunanda buyurub: “Ölüm saatından başlamış qəbirdən ayağa qaldırılanadək.”
Qur᾽ani-Məciddə buyurulur: “...Qiyamətədək Bərzəxdir.” (“Mö᾽minun” surəsi)

MİSALİ ALƏM VƏ MİSALİ BƏDƏN


Olduğumuz aləmə oxşadığına görə Bərzəxə misali aləm də deyirlər. Bu oxşarlıq zahiri formaya görədir, maddilik və digər xüsusiyyətlərə görə isə fərqlidirlər. Ölümdən sonra elə bir aləmə daxil oluruq ki, bu dünya ona nisbətən ana bətnini xatırladır.
Bərzəxdə bədən də misali bədəndir, yə”ni formaca bu dünyadakı bədənin eynidir, lakin maddi deyildir. Bu bədən havadan da lətifdir. Və ona mane olası onun qarşısını alacaq bir şey yoxdur. Qərar tuduğu nöqtədə hər şeyi görür və onun üçün divarın bu tərəfi, o tərəfi yoxdur. İmam Sadiq (əleyhissalam) buyurur: “Misali bədəni görsəniz, elə həmin dünyəvi bədəndir, deyərsiniz. Əgər vəfat etmiş adamı yuxuda görsəniz, həmin dünyəvi bədəndə müşahidə edərsiniz, hansı ki, onun maddi cismi qəbirdədir. Siz gördüyünüzsə misali bədəndir. Bərzəx bədəninin bu günkü gözlərimiz şəklində gözləri var, amma bu gözlərin piyi, eləcə də göz ağrısı onda yoxdur.”
Bu gözlər Qiyamət gününədək görür, özü də yaxşı görür və dünyadakı gözlər kimi zəifləyib eynəyə möhtac olmur.

İKİ ŞƏRT DAXİLİNDƏ GÜZGÜDƏKİ SURƏTƏ OXŞATMA


Hikmət sahibləri və mütəkəllimlər iki şərt daxilində bərzəx bədənini güzgüyə düşmüş surətə oxşatmışlar: birincisi, o, güzgüdə yox, öz zatı əsasında dayanır; ikincisi isə onun dərki, şüuru vardır.
Onun oxşarı yuxudakı şəxsdir ki, bir göz qırpımında uzun məsafələri ötüb Məkkəyə, Məşhədə gedir. O aləmdə növbənöv yeməli, içməli, nuş ediləsi ne᾽mətlər və gözəl surətlər, nəğmələr vardır ki, dünya sakinlərində o vücudlara taqət yoxdur. Ruhlar həmin misali bədənlərlə bütün sadalanmışlardan bəhrələnir və ruzi yeyirlər. (3-cü surə, 169-cu ayə)

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə