Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU



Yüklə 1,5 Mb.
səhifə13/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   9   10   11   12   13   14   15   16   ...   91
Mead

ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU


Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri çıxmaqla hər bir mö᾽mindən və kafirdən soruşulur.)
Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın vahidliyinə, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə, Mə”sumların (əleyhimussalam) İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi olmadıqda) dili tutular. Elələri də vardır ki, qorxudan mələklərə “sən Allahsan” deyərlər. Gah da cavab verərlər ki, camaat deyirdi ki, Mühəmməd peyğəmbərdir, Qur᾽an Allah kitabıdır (yə”ni, cavabın öhdəsindən gəlməzlər). Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı açılar, qəbir göz işlədikcə genişlənər; yə”ni, bu şəxs Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq içərisindədir. (“Vaqiə”, 87) Ona deyərlər: “Yat, ərus yatışı ilə.” (“Vaqiə” 93)
Əgər suallara cavab verə bilməsə Bərzəx Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən götürülmüşdür).

QƏBİR SORĞUSUNUN FAYDASI NƏDİR?


İnsanın mö᾽min və ya kafir, əməlisaleh və ya bədəməl olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür?
Mö᾽min üçün qəbir sorğusu ne᾽mətə yetişməyin başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan qoxusu iyləyən mö᾽min çox xoşhal olur. Buna görə də bu mələklərin adı “Bəşir” və ya “Mübəşşir” (xoş müjdəçi)dir. Digər tərəfdən, mö᾽minlə sorğunun özü də onun üçün ləzzətdir.
Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Mö᾽minin də meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə şəhadət versin.

ƏZAB MƏLƏYİ İLƏ GÖRÜŞ VƏ NARAHATLIĞIN BAŞLANĞICI


Mö᾽min kəs üçün qəbir sorğusu ləzzətlərin və rahatlıqların başlanğıcıdırsa, kafir şəxs üçün isə bədbəxtliklərin əvvəlidir. Mələklərin gəlişi kafir üçün qorxulu, dəhşətlidir. Rəvayətə görə, onlar gələrkən ildırım səsi verirlər, gözlərindən od sıçrayır, saçları yerlə sürünür. Kafir meyyitə qorxunc surətdə görünürlər. Elə bu səbəbdən də kafir üçün onların adları “Nəkir” və “Münkir” (müşkülçü, inkarçı)dır.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə