Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


DÜNYAYA MƏHƏBBƏT KAFİRLƏRİN XASİYYƏTİ VƏ BÜTÜN GÜNAHLARIN BAŞIDIR



Yüklə 1,5 Mb.
səhifə10/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   6   7   8   9   10   11   12   13   ...   91
Mead

DÜNYAYA MƏHƏBBƏT KAFİRLƏRİN XASİYYƏTİ VƏ BÜTÜN GÜNAHLARIN BAŞIDIR


Amma şər᾽ən: Qur᾽ani-Məcid dünya məhəbbətini kafirlərin sifətlərindən biri kimi bildirib və buyurub: “Kafirlər dünya həyatından xoşhal olub, ona bağlandılar.” (“Yunis”, 7). Başqa bir ayədə: “Əbədi axirət həyatı əvəzinə müvəqqəti dünyanı bəyəndiniz?” (“Tövbə”, 37) Yəhudilər haqqında isə belə buyurur: “Onlar hər biri dünyada min il yaşamaq arzusundadırlar.” (“Bəqərə”, 96).
Bu barədə ayələr və hədislər çoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir məhşur hədis vardır: “Dünya məhəbbəti bütün günahların başıdır.”

ÖLÜMƏ İKRAH VƏ BAĞLI OLDUĞU ŞEYLƏRƏ GÖZ YAŞI


Deyilənlərdən aydın oldu ki, ölümün insanla onun sevdikləri arasında ayrılıq saldığına görə ölümə pis baxmaq və uzun ömür arzulamaq əqlən və şər”ən xoşagəlməzdir. Lakin axirət səfərinə daha artıq hazırlaşmaq niyyəti ilə ölümün tə”xirini istəmək, əməl dəftərinin gec bağlanmasını arzulamaq çox yaxşıdır. Lakin dostların, yaxın adamların ölməsindən, onların ölməsindən irəli gələn bu narahatlıq, qorxu maddi cəhətdən olarsa, yersiz və səhvdir. Məsələn, insan ağlaya ki, nə üçün onlar dünya ləzzətlərindən ayrılmış və yaxud nə üçün onun özü həmin yaxın adamların vasitəsi ilə çatacağı səadətdən məhrum olub. Amma bu göz yaşları ayrılıq xatirinə olsa, yaxşıdır. Necə ki, bir yerdə səfərə çıxmış adamlardan biri ayrılıb, vətənə tez çatdıqda, mütləq o biriləri tə”sirlənər. Əgər belə olsa, çox gözəldir, hətta müstəhəbdir (yaxşıdır) ki, mö᾽minin ayrılığı, uzaqlığı üçün ağlayasan. Xüsusilə, o halda ki, bu mö᾽minin olması ilə axirət səfərinə daha çox tədarük görə bilərdin.

SƏBİRSİZLİK AXİRƏTDƏN XƏBƏRSİZLİK NƏTİCƏSİDİR


Adamların çoxu, xüsusilə qadınlar, dünya məhəbbətinə giriftar olduqlarına görə, onların bir yaxın adamı öldükdə, çox narahat olur, əldən-ayaqdan gedir, səbirsizlikdə həddi aşırlar. Həmişə dünyada qalmaq istəyən bu adamların hədsiz səbirsizliyinin səbəbi ölümü yoxluq kimi başa düşmələridir. Əgər bilsəydilər ki, ölən adam səfərdə idi, öz vətəninə çatdı və onlar da tezliklə ölən şəxsə qovuşacaqlar, belə səbirsizlik etməzdilər.
Həzrət Sadiq (əleyhissalam) oğlu ölmüş bir kişini gördü ki, oğlunun ölümündə haray-həşir qoparıb çox səbirsizlik edirdi. İmam (əleyhissalam) buyurdu: “Kiçik müsibətdə haray-həşir qoparırsan, daha böyük müsibətdənsə, (axirət müsibətindən) xəbərsizsən?! Əgər öz axirət səfərin üçün hazırlıq görsəydin, oğlunun ölümünə bu cür səbirsizlik göstərməzdin. Öz axirətinin fikrində olmamağın oğlunun ölüm müsibətindən daha ağırdır.”

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə