Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


KAFİR RUHLARININ İŞGƏNCƏ İLƏ ÇIXARILMASI



Yüklə 1,5 Mb.
səhifə8/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   4   5   6   7   8   9   10   11   ...   91
Mead

KAFİR RUHLARININ İŞGƏNCƏ İLƏ ÇIXARILMASI


“Biharül-ənvar” kitabının 3-cü cildində şərif bir hədisdə buyurulur: “Bir gün Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm) əziz əmioğlusu Əliyyibni Əbi Talib (əleyhissalam)-ı görməyə getdi. İmamın o qədər şiddətli göz ağrısı var idi ki, nalə çəkirdi. Allahın Rəsulu dağca səbri olan Əli (əleyhissalam)-a elə qorxunc, vəhşətli bir xəbər verdi ki, İmam göz ağrısını unutdu.
Buyurdu: “Ya Əli! Cəbrail xəbər verdi ki, kafirlərin ruhu alınarkən bir neçə əzab məlaikəsi gələr və taziyanələrlə, qızmış şişlərlə canını çıxararlar.” Əmirəl-mö᾽minin ərz etdi: “Ya Rəsuləllah! Sizin də ümmətinizdən belə can verənlər olacaqmı”? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Bəli, müsəlmanlardan üç tayfa bu sayaq can verərlər: zalım hakimlər, yetim malını yeyənlər və nahaq yerə şahidlik verənlər (yə”ni, həqiqətin ziddinə şahidlik edənlər).”
Ümumiyyətlə, olacaqlar özümüzdəndir. Hər kəs etdiklərini görər. Asan və çətin can vermək, əməllərimizin nəticəsidir. Pənah Allaha, bə᾽zən mümkündür pis əməllərə görə insan dünyadan imansız getsin (30-cu surə, 10-cu ayə).

FÜZEYLİN ŞAKİRDİ İMANSIZ ÖLÜR


Məşhur Füzeyl haqqında yazırlar: “Ən bilikli şakirdi xəstələnib ölüm həddinə yaxınlaşdı. Füzeyl və bir dəstə adam onun görüşünə getdilər. Füzeyl “Yasin” surəsini oxumağa başladı. Bədbəxt tələbə öz ustadının əlinə vurub dedi: “Qur᾽an oxumağını istəmirəm!” Bədbəxtliyə bax ki, bir ömür məscidə, mədrəsəyə, ibadət məclislərinə gedəsən, Qur᾽an əhli olasan, indi isə “istəmirəm Qur᾽an oxunsun” deyəsən. Bəli, bu şəxs şəhadət kəlmələrini də demədən həmin məclisdə öldü.
Füzeyl bu əhvalatdan çox kədərləndi. Bir guşəyə çəkilib, evdən bayıra çıxmadı. Nəhayət, həmin şakirdi yuxuda gördü. Ondan pis aqibətinin səbəbini soruşdu. Cavab verdi: “Məndə üç xasiyyət olduğundan dünyadan imansız getdim. Əvvəlincisi həsəd idi ki, kimsəni özümdən yüksək görə bilmirdim.”
Bəli, od çubuğu yandırıb yox etdiyi kimi, həsəd də imanı puç edər.

GÜNAHLAR SƏBƏBİNDƏN İMANSIZ ÖLMƏK


İkinci xasiyyət xəbərçilik, sözgəzdirmək olmuşdur. Yə”ni, camaatın arasını vurmaq, ərlə-arvadın arasına girib ayrılıq salmaq kimi. Əgər bir kəs digərinin arxasınca danışdısa, məbada o adama bu sözləri xəbər verib deyəsən ki, filakəs belə dedi! Əksinə, əgər iki nəfərin arası yaxşı olmasa de ki, filankəs sənin yaxşılığından danışırdı. Belə yerdə yalan danışmağın heç də eybi yoxdur. Çünki iki nəfərin arasını düzəldirsən; əksinə, xəbərçilik isə çox böyük günahdır. Ona görə ki, kini, nifaqı artırır. Üstəlik xəbərçi xəbər apardığı adamın rahat xəyalını aradan götürər. Qəlbini çirkləyər və qətldən də pis olan fitnə yaradar.
Üçüncü xasiyyət isə onun şərab içməsi olmuşdu.
Bəli, bu üç böyük günah alim, fazil, müdərris bir şəxsin dünyadan imansız getməsinə bais oldu.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə