Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


QƏBUL ETMƏMƏK AZ TUTUMLUQDANDIR



Yüklə 1,5 Mb.
səhifə4/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   2   3   4   5   6   7   8   9   ...   91
Mead

QƏBUL ETMƏMƏK AZ TUTUMLUQDANDIR


Ehtimalların çoxluğu əql üçün zəruridir. (İnsanın əqli onun verdiyi ehtimalların çoxluğu ilə tanınar.) Yə᾽ni, insan əqli nöqteyi-nəzərdən qeyri-mümkün olmayan bir mətləb eşitdikdə, ehtimal verməlidir ki, ola bilsin ki, doğrudur. Amma xəbər verən şəxs mə᾽sum (günahsız, pak) olarsa, gərək desin ki, mütləq doğrudur. Lakin insan cahil və ağlı az olarsa, deyəcək: “Bu nə sözdür?!” Qəbul etməmək tutumun kiçik, az olması dəlilidir ki, belə adam fövqəl-təbii (təbiətin fövqünü), maddiyyatdan xaricdəki şeyləri dərk etməkdə acizdir. øBelə insan iki ayaqlı heyvan kimidir və yalnız yemək, içmək, cinsi yaxınlığı dərk edir. Əlbəttə, əgər ulağa, öküzə də desələr ki, öləndə mələk gəlir, qəbirdə sual-cavab olur, qəbul edə bilməzlər. Çünki onların düşüncə hədləri qarın və fərcdən uzağı əhatə etmir. Beləcə, ali mətləblərin qəbulu böyük sərvət və ruhun ucalığıdır.π
Məad məsələsinin geniş izahına ehtiyac yoxdur. Yalnız ilk mənzildən son mənzilədək olan hadisələrin izahını, Əhli-beyt (mə”sum İmamlar (əleyhimüssalam)-ın) hədislərində zikr edilənlərlə şərh etməklə kifayətlənirik.

İLK MƏNZİL – ÖLÜM


Ölümün həqiqəti-ruhun bədənlə əlaqəsinin qırılmasıdır. Ruhun bədənlə əlaqəsini çox şeyə oxşatmışlar. Bə᾽ziləri bu əlaqəni gəmi və gəminin sükançısının əlaqəsi ilə müqayisə etmişlər ki, ölüm gəmini gəmiçinin ixtiyarından çıxarır.
Deyirik, “mənim ayağım”, “mənim əlim”, “mənim gözlərim.” Amma əsl “mən” ayaq deyil, əl deyil, göz deyil, qulaq deyil. (Yə”ni, insan ayağını, əlini itirməklə “mən”i itməz-red.) “Getdim” deyəndə, düzdür ki, sən gedirsən, amma ayağınla gedirsən. “Sən” ayaqdan qeyri bir şeysən. Gördüm, eşitdim, dedim, hər biri vahid şəxsə qayıdır. Bu şəxs şərif ruhdur ki, həmin üzvlərlə zühur edir. Görən, eşidən ruhdur. Amma görəsən qulaq və gözdən eşidib görürmü? Deməli görən ruhdur. Göz, qulaq isə yalnız ruhun görüb, eşitməsi üçün çatlardır. Deməli, göz yalnız ruhun görmə alətidir, ruh isə görəndir. Ruh cismin, bədənin zülmətini işıqlandıran çıraq kimidir və göz, qulaq və digər hiss üzvlərinin məcrasından işıqlıq verir.
Ölüm, yə”ni bu çırağın yerini dəyişmək. Məsələn, fərz edin bir neçə deşiyi olan daxmaya çıraq daxil edirik. Görəcəyik ki, həmin dəliklərdən işıq verir. Elə ki, çırağı daxmadan çıxartdıq, zülmətə bürünür. Ölüm, yə”ni bədəndən həmin çırağın (ruhun) çıxarılması.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə